Pablo Pikasso
Vikisitat saytından
Pablo Ruiz Pikasso (isp. Pablo Ruiz Picasso; 25 oktyabr 1881 – 8 aprel 1973) – ispan rəssamı, heykəltəraşı, qrafiki, keramisti və dizayneri 20-ci əsr incəsənətinin ən tanınmış şəxsiyyətlərindən biridir. Jorj Brakla birlikdə üçsəthli cismin orijinal tərzdə bir yerdə yerləşdirlimiş səthlər sırası kimi təsvir edildiyi kubizm cərəyanının banisidir.
Sitatları[redaktə]
- Allah da başqa rəssamlar kimi rəssamdır.
- Bədii cərəyanlar mağaza vitrinlərini öz silahı kimi işlədəndə qalib gəlirlər.
- Cavan rəssamı az adam başa düşür, yaşlı rəssamı ondan da azı.
- İnsanlar arasında da kopiya orijinaldan daha çoxdur.
- İncəsənət bizi həqiqəti anlamağa kömək edən yalandır.
- Müharibə millətlər və xalqlar arasında elə bir dəhşətli mühakimə üsuludur ki, həm mühakimə edəni, həm də mühakimə ediləni məhv edir.
- Rəngkarlıq korlar üçündür. Rəssam gördüyünü yox, duyduğunu çəkir.
