Pifaqor
Vikisitat saytından
- Ağıllı qadın! Əgər istəyirsən ki, ərin boş vaxtlarını səninlə keçirsin, elə elə ki, o səndə gördüyü həzzi və rahatlğı, etibarı və təvazökarlığı heç yerdə tapa bilməsin.
- Az danış, ondan da az yaz.
- Ya sus, ya da susmaqdan daha dəyərli bir söz de.
- Günəş batanda uzanan kölgənə baxıb özünü böyük adam hesab eləmə.
- Səadət dalınca qaçma, o, sənin özündədir.
- Böyük vədlər vermədən böyük işlər gör.
- Öz ehtiraslarının əsiri olan adam heç vaxt azad ola bilməz.
- Uşaqlarınızın göz yaşını qoruyun ki, qəbrinizin üstündə axıtmağa göz yaşı qalsın.
- Bir-biri ilə qarşılaşan ədədlər, fiqurlar və onların kombinasiyası bütün riyazi ideyaların mənbəyidir.
- Vaxtımı siyasətə və tənliklərə sərf edirəm.Zənnimcə tənliklər daha vacibdir,çünki siyasət yalnız həmin məqam üçün mövcud olduğu halda , tənliklər əbədidir.
- Qoy sənin yeganə Allahın - Vicdanın olsun.
- Əgər soruşsalar Allahlardan əzəl kim olub, Cavab ver: qorxu və ümid.
- Uşaqlarla, qadınlarla və xalqla fikrini bölüşmə.
- Səndən soruşsalar, xeyirxahlıq nədir, De ki, müdrikliyin əmələ keçirilməsi.
- Nə cür xoşbəxtliyə düçar olsan belə, göz yaşı axıtma. Gözünün yaşını insanların bədbəxtliyi üçün saxla.
- Sözündə və əməlində şitlikdən və təkrarçılıqdan qaç.
- Qulaq asıb sən susa- susa müdrikləşirsən. Müdrikliyin başlanğıcı susmaqdır.
- Sakit ölüm istəyirsənsə, sabit həyat keçir.
- Biliklə müdrikliyi eyni şey hesab etmə.
- Əgər istəyirsən ölümündən sonra da yaşayasan və gələcək nəslin hörmətini qazanasan, özündən xeyirxah ailə və yaxşı bir kitab yadigar qoy.
- Yalnız əsərlərində ağıllı görünənlərdən olma.
- Səndən soruşsalar ki müvəffəqiyyətin açarı nədədir? de ki özü-özünlə yola getməkdə.
- Ey insan! Qapını bədbəxtlik döyəndə, onu gülümsər üzlə qarşıla, gözləmə ki qapın ikinci dəfə döyülsün. müqavimət bədbəxtliyi bir az da qıcıqlandırar, itaət - zəiflədər.
- Bədənini ruhunun tabutuna çevirmə.
- Mülkiyyəti olmayan vətəndaşın vətəni yoxdur!