Pol Oster
Görünüş
Pol Oster | ||||
Doğum tarixi | 3 fevral 1947 | |||
Doğum yeri | Nyuark | |||
Vəfat tarixi | 30 aprel 2024 | |||
Vəfat yeri | Nyu-York | |||
|
Pol Oster — Amerikalı yazıçı, şair və ssenarist.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adətən deyirlər ki: "Hər kəsə ikinci imkan vermək lazımdır". Unutma ki, həqiqətən sevən birisi heç ilk imkanı da əldən verməz.
- Axtarmayacaqsansa kimsəni, olması lazım olanlar onsuz da yanındadırlar… Və yanında olmayıb gedənlər, nə ağlında olmalıdır, nə də vecinə.
- Artıq insanları tanımaq üçün zaman itirmirəm, necə olsa onlar zamanı gələndə özlərini tanıtdırar.
- Atıldığını bildiyin birisindən heç vaxt: "Canım-gözüm, həyatın yolunda gedirmi?" deyə soruşma. Çünki artıq onun yeganə problemi – həyatının sadəcə axıb, getməsidir.
B
[redaktə]- Bəzən bütün bağları qoparıb, getmək cəsarətini tapıram özümdə. Bax, o an kaş ki hara gedəcəyimi bilsəm! Gedərəm hər halda.
- Bəzilərinin münasibəti var, amma sevdiyi yoxdur. Bəzilərinin sevdiyi var, amma münasibəti yoxdur. Geridə buraxdıqlarım hesab sormağa qalxmasın. Fərqinizdə olduğum üçün var oldunuz, imtina etdiyim üçün artıq yoxsunuz.
- Bil ki, düşmək deyil insanları kədərləndirən.. Əlindən tutmuş kimi edib əslində itələyənlərdir insanı həyata küsdürən.
- Bilirəm ki, düşmək deyil insanları kədərləndirən.. Əlindən tutmuş kimi edib əslində itələyənlərdir insanı həyata küsdürən.
- Biz çiçək yoluruq sevir və ya sevmir deyə. Həyat da bizi yolur əslində, dayanacaq və ya dayanamayacaq deyə.
- Bir dəfə aldadan şəxsi bağışlarsan, səni yenə qırar. Çünki xəyanət bir ruh halı deyil, xarakterin bir növüdür.
- Bir gözəllik et özünə.. Yalnız sahib olduqlarını düşün, xoşbəxt ol onlarla. Sahib olmadıqların kədərlənsin səninlə ola bilmədiklərinə.
- Bir insan ən çox kimin yanında susursa, əslində ən çox onunla danışmaq istəyir.
- Bir insanı niyə sevdiyiniz sualına cavab tapa bilmirsinizsə, onu həqiqətən sevirsiniz deməkdir.
- Bir qadının canı yananda, bir kişinin başı bəlaya girmək üzrədir.
- Bir qadının nə dediyinə deyil, nə demək istədiyinə qulaq as. Çünki onlar, kimsə qırılmasın deyə bəzi şeyləri söyləməzlər.
- Bir şeyi ciddi qəbul elə, ancaq ona aludə olma.
- Birisi bizi sevir, sevmir deyə fal açarkən çobanyastığının ləçəklərini bir-bir qoparırıq. Əslində həyat da bizi bu cür yolur və hər dəfə: "Dözəcək? Ya dözməyəcək?" deyə sual verir.
- Birisini hər nə qədər sevsən də, bunu əsla büruzə vermə. Çünki o halda həmin adam sevildiyi qədər də sənə iztirab verməyə can atacaqdır.
- Birisini unutmaq məcburiyyətindəsənsə, bunu sindirə-sindirə edin. Çünki ağlın zamansız öldürdükləri, ürəkdə amansız dirilər.
- Bu dünya beş qəpiyə də dəyməz. Özünün dünyalar qədər dəyərli olduğunu düşünənlər sadəcə özlərini qiymətə mindirməyə can atarlar.
Ç
[redaktə]- Çox lazımsız şeyləri çox düşünürəm. Deyəsən ona görə hər zaman ağlımdasan.
D
[redaktə]- Doğru insan, yanlış zaman. Doğru zaman, yanlış insan… Həyat belə oyunlar oynayar hər zaman.
- Durğundursa insan bəlkə bir səbəbi, susqundursa bir səbəbi var. Sən susqunluğuna aldanma kimsənin… Bil ki, hər şeyin bir zamanı var.
Ə
[redaktə]- Əgər bir qadın ürəkdən ağlayırsa, ağladan onun qəlbinə çatmış deməkdir.
- Əgər hər hansı insanın xətrinə öz mənəvi dəyərlərindən imtina edirsənsə, onda o insana bir daha və diqqətlə bax. O, artıq sənin ya hər şeyindir, ya da heç nəyin.
- Əgər sən istəsən, keçmiş unudula bilər. Amma etdiyin hər seçimdə bir daha düşün. Çünki, gələcək, keçmiş qədər insaflı olmaya bilər.
- Əminəm ki, büdrəyib, yıxılan insan bunu özünə dərd eləməz. Özünü onun əlindən tutarmış kimi göstərib, əslində onu yıxanlardır insanı həyatdan küsdürənlər.
- Əsas olan dərdlərdən uzaq durmağı necə bacara bildiyiniz deyil, başınız dərdə girəndə bunun öhtəsindən necə gəldiyinizdir.
- Əslində çox danışan qadın yoxdur. Qarşıdakı heç bir şey anlamadığı üçün açıqlama etmək məcburiyyətində qalan qadın vardır.
F
[redaktə]- Fərq, bəziləri fərqli olmağa çalışarkən, özün olmaqdır həyatda. Bil ki, seçici olmamaq, keçici olmağa məhkum qalmaqdır əslində.
G
[redaktə]- Getməsini biləcəksən kimi zaman, arxana belə baxmadan! Və kimi zaman söyləyəcəksən sevdiyini, çox gec qalmadan.
- Gələcəklə çox maraqlanma onsuzda gələcək.. Amma gedəcək olanı yaxşı düşün; çünki ağılından silinməyəcək!
- Gəlməyəcək bir gedəni, olmayacaq bir səbəbi gözlədinizmi heç?
- Gözəl, çirkin, kök, zəngin, kasıb.. dünyadakı bütün qadınların tək bir ortaq dərdi vardır: 'Geyinəcək heç bir şeyimiz yox'
H
[redaktə]- Heç bir zaman zəmanəti olmayan bir xoşbəxtlik üçün, həyatınızda qalıcı olan şeyləri yox etməyin. Çünki tək kədərlənən siz olarsınız.
- Həqiqətən sevmədən, sevirəm deməyi heç cür öyrənə bilmədim. Tək səhvim budursa, bağışla.
- Həmişə deyilir: 'Eşq bitdiyi yerdən bir daha yaşanar' . Doğru, qopan hər şey bağlanar, amma bağlanan yerdə düyünləri qalar.
- Hər gün bir xəyal uydursan da, heç birisi gerçəkliyə dönməz. Ancaq bir gün elə bir gerçəkliklə rastlaşarsan ki, onun yanında bütün xəyalların ağ yalana bənzəyər.
- Hər gün yüzlərlə xəyal qurar insan və heç biri gerçək olmaz; amma unutma, bir gün bir gerçək yaşayarsan, heç bir xəyala sığmaz.
- Hər kəs ikinci bir şansa laiqdir deyərlər. Unutma, "Sevən gerçəkdən sevsə, ilk şansını itirməzdi."
- Hər kəsin bir münasibəti var, amma heç biri sevmir. Hər kəsin bir sevdiyi var, amma heç biri qovuşa bilmir.
- Həyat elə oyunlar oynayır ki, hara tutunsam yıxılıram. Tam da klounun dediyi kimi, ağlaya bilmədiyimdən gülürəm.
- Həyatda bir şeyə sahib ol, ancaq ona məxsus olma, yəni ağası ikən onun quluna çevrilmə.
- Həyatı göz yaşlarınla qiymətləndirməkdənsə, gülüşünlə cəzalandır.
- Həyatın ən hüznlü anı, dəli kimi sevdiyin insanın buna dəymədiyini gördüyün andır. Və ən böyük itkin ona xərclədiyin zamandır.
- Həyatın riyaziyyatının fərqli olduğu həmişə sonradan anlaşılar. Və anlayır ki, insan, dəyər vermək yalnızca riyaziyyatla işə yarıyır.
X
[redaktə]- Xəyallarının ardınca qaç, bir gün mütləq yorulacaqlar!
İ
[redaktə]- İnsan iki şeyi unutmaz: sevdiyini və onun yoxluğunu. İki şeyi də əsla gizlədə bilməz: Sərxoşluğu və aşiq olduğunu.
- İnsanın ən böyük səhvi sevmək deyil, sevməyə layiq olmayan birindən sevilməyi gözləməkdir!
- İnsanın sevdiyi birini son dəfə görməsindən daha pis olan tək şey; onu son dəfə gördüyünü bilməsidir.
K
[redaktə]- Kim olursa olsun, əldə edə bilmədiyini pislər. Kişi ya da qadın; Çata bilmədiklərini ya qısqanar ya da sevər..
- Kimi isə sevməsi insanın xətası sayılmaz. Ən böyük yanlış – sevilməyə layiq olmayan birisindən səni sevməsini ummaqdır.
- Kişi ya da qadın, ikisi də birinin canını yandıra bilər, amma bir qadının canı yananda, bir kişinin başı bəlaya girmək üzrədir.
Q
[redaktə]- Qadın münasibətin başında həmişə sonu düşünər, sona yaxınlaşanda başlanğıcı özlər. Oğlan isə sonu istər və bitməsini gözləyər.
- Qadın, təbiətinə əsasən zəifdir, amma acıya ən çox o dayanır. Qadının qarşı durmasını qıran tək şey xəyal etdiyi şəxsi boş çıxmasıdır.
- Qadınlar ilk oğlanları dəyişdirmək üçün səy göstərərlər. Oğlan dəyişdikdən sonra da, səni artıq tanıya bilmirəm, çox dəyişdin deyərlər.
- Qadınlar kişilər üçün deyil, rəqibləri üçün makiyaj edərlər. Və bir qadının əsl gözəlliyi sevməyə başladığı zaman ortaya çıxar.
- Quşa "uçma", balığa "üzmə" demək kimidir. "Səni çox sevirəm" deyənə, "dost qalaq" demək..
M
[redaktə]- Maddə 1: Hər şeyə baxmayaraq gül. Maddə 2: Ölümünə sev. Maddə 3: Onu aldatma. Maddə 4: O səni aldatsa maddə 1-i xatırla.
- Makiyajın məqsədi, gözəlliyi göstərməkdir, amma çox makiyajın məqsədi, üzünü gizləməkdir.
- Mən 4 adamam: 1 mən, 2 içimdəki, 3 aynadakı, 4 ürəyimdəki.. Məni keç, içimdəki onsuz da dəlidir, qır aynadakını.. Ya ürəyimdəki?
- Mən insanın digər üzünü görəndə, ilkini xatırlamam!
N
[redaktə]- Nə qədər sevsən sev, əsla bildirmə sevgini. Çünki sevdiyin adam, sevildiyi qədər üzəcək səni.
- "Niyə xoşbəxt deyilsən?" dedi. "Bədbəxt deyil, bacarıqsızam" dedim. Sizin kimi xoşbəxt olduğumu sanmağı bacarmıram…
Ö
[redaktə]- Öz dəyərlərindən hər hansı bir insan uğruna imtina etdinsə, o insana dönüb, yaxşıca bax. O insan artıq ya hər şeyindir, ya da heç bir şeyin.
- Özünün də nə vaxtsa tərk ediləcəyinə inanmayanlar adətən başqalarını atıb, gedirlər. Onlara heykəl qoymağa gərək yoxdur, çünki belələri onsuz da daşdandır.
S
[redaktə]- Sadə oğlan bütün xanımlara "gözəlsən" deməyi seçim edər, bu bir həqiqətdir. Heç bir qadın da buna inanmaz, bu da bir həqiqətdir.
- Sevgini təqdim edərsən insanlara, nifrətləriyə uzaqlaşdırarlar əllərini. İlk əvvəl ürəyini qırarlar sonra xəyallarını.
- Sən istəsən əgər, keçmiş unudula bilər, amma etdiyin hər seçimdə bir daha düşün. Çünki gələcək, geçmiş qədər insaflı olmaya bilər.
- Sən onun həyatında bir seçimsənsə, onun sənin həyatında bir öncəlik olmasına icazə vermə!
- Sənə bir xəyanət edəni bağışlasan səni yenə istifadə edər; Çünki xəyanət bir ruh halı deyil, xarakterin tökülüş formasıdır.
- Səni bir kərə aldadan kəs yenə bu yolu tuta bilər. Çünki xəyanət – ruhi bir durum deyil, xasiyyətin özünü əməllərdə büruzə vermə şəklidir.
- Sizi şirin göstərəcək qədər sevinciniz olsun, güclü göstərəcək qədər qəminiz və sizdən istifadə etmələrinə fürsət verməyəcək qədər ümidiniz.
T
[redaktə]- Tərk edən biri özünün əsla tərk edilməyəcəyinə inanan insandır. Heykəlini tikməyə isə gərək yoxdur, çünki o onsuz da daşdandır.
- Tərk edilən birinə 'həyat necə gedir?' deyə soruşulmaz. Çünki tək problem həyatın davam edir olmasıdır.
U
[redaktə]- Unutma; Ciddi qəbul et, amma qapılma. Zarafat et, amma qırma. Sahib ol bu həyatda, əsla aid olma!
Ü
[redaktə]- Ürəyin istəyəndə sən keçmişi unuda bilərsən. Ancaq hər dəfə bunu seçərkən bir daha düşün, çünki gələcək sənə qarşı keçmişin qədər insaflı olmaya bilər.
V
[redaktə]- Vacib olan dərdlərdən uzaq qalmağı necə bacara bildiyiniz deyil; başınız dərdə girdiyində bunun öhdəsindən necə gəldiyinizdir.
Y
[redaktə]- Yalnız böyük ağrıları çəkənlər xoşbəxtliyin mənasını bilərlər.