Pul
Vikisitat saytından
- Pul yaxşı qulluqçudur, lakin pis ağadır. - Frensis Bekon
- Sevgidən daha artıq yalnız pul insanı həyəcanlandırır. - Bencamin Dizraeli
- Çox pul qazanmaq - igidlik; onu saxlamaq - müdriklik; məharətlə xərcləmək isə - incəsənətdir. - Bertold Averbax
- Pul-şeytanın əlamətidir. - Qabriel Qarsia Markes
- Pul-qızıldan düzəldilmiş azadlıqdır. - Erix Mariya Remark
- Ağıl çox - pul yox, ağıl yox - pul çox. - Azərbaycan atalar sözləri
- Məhəbbət çox qəribə qəlp pul kəsəndir. O, təkcə misi qızıla çevirmir, bəzən də qızılı misə çevirir. - Onore de Balzak
- Pul dəniz suyuna bənzər, nə qədər çox ehtiva etsəndə o qədər çox ona susayarsanArtur Şopenhauer
- Vaxt və pul bir-birinə bağlıdır.Uinston Çörçill
- Ağlatsam alacağim pul üzümü güldürər güldürsəm pul alacağim zaman gəldimi mən ağlaram. - Platon
- Pul əl çirkidir. - Azərbaycan atalar sözləri
- Əgər siz pulun dəyərini anlamaq istəyirsinizsə, onları kiməsə borca veri. - Bencamin Franklin
- Pulsuz sülh olmaz.- Uinston Çörçill
- Axmaq ilə pul uzun zaman bir yerdə dayana bilməz. - Bernard Şou
- Əldəki pul azadlığın alətidir. Lakin arxasınca qovulan pul, tam tərsinə köləlik alətidir. - Jan Jak Russo
- İnsanoğlunun heç bir icadı pul qədər fəsad verici deyil. - Sofokl
- Bələdçisi pul olana hər qapı açıqdır. - Uilyam Şekspir
- Pul bir heçliyi belə birinci yerə gətirən biricik yoldur. - Fyodor Dostoyevski
- "Pul hər şeyi edər" deyən adam, pul üçün hər şeyi gözə alan adamdır. - Bencamin Franklin
- Pul öndə gedib, insana bütün yolları açar. - Uilyam Şekspir
- Pulu köləniz edin, yoxsa yoldaşınız olar. Bernard Şou
- Yaşamağı bir döyüş olmaqdan qurtarmaq istəyən həyatla barışmasını təmin edəcək qədər pul sahibi olmalıdır. - Bernard Şou
- İnsan ancaq xəyalları ilə yaşar və biraz yaşamağa başladıqca hamısını itirər. - Volter
- Müştərilərimin etibarını itirməkdənsə, pul itirməyi üstün tuturam. - Robert Boş