Qautama Budda

Vikisitat saytından
Keçid et: naviqasiya, axtar
Qautama Budda
  • Ağlınla və sağlam zehninlə uzlaşmayan heç bir şeyə inanma, onu mən demiş olsam belə.
  • Başqalarının qüsurları asanca görülər amma öz qüsurumuz görülməz; adam qonşusunun qüsurlarını ayırd edər, öz qüsurlarını isə qumarda hiylə ilə pərdə saxlayar kimi saxlayar.
  • Bir adamın öz özünü məğlub edərək qazandığı zəfər, bir başqasının döyüşdə min adamı min dəfə məğlub edərək qazandığı zəfərdən daha yaxşıdır.
  • Bizdən nifrət edənlərdən nifrət etmədən yaşayaq. Gəlin, bizdən nifrət edənlər arasında nifrətdən xilas olmuş olaraq yaşayaq.
  • Bir dərdin varsa, dərman tapmağa çalış tapa bilmirsənsə də, onu dərd etmə.
  • Budda dənizinin sahilləri yoxdur.
  • Bu dünyanı yaradan, zehninizdir.
  • Göydən qızıl yağsa insanın arzuları bitməz. İstəyin kiçik bir zövq verdiyini və əslində ağrıya səbəb olduğunu bilən adam, müdrik adamdır.
  • Hirsiniz üzündən cəzalandırılmayacaqsınız, hirsiniz tərəfindən cəzalandırılacaqsınız. Nifrət heç bir zaman nifrətlə yox edilə bilməz. Nifrət sevgiylə yox edilər, bu ölümsüz qanundur.
  • Keçmişdə kim olduğunu bilmək istəyirsənsə, bu an kim olduğuna bax. Kim olacağını bilmək istəyirsənsə, nə etdiyinə bax.
  • Kin saxlamaq yanan bir kömür parçasını başqasına atmaq üçün əlinə almaq kimidir. Yalnız özünü yandırarsan
  • Necə ki oxçu oxların düz olmasına diqqət göstərər, usta da dağınıq düşüncələrini elə yığışdırıb istiqamətləndirər.
  • Nə ana, nə ata nə də hər hansı bir qohum insana yaxşı idarə olunan bir ağıldan daha çox faydalı ola bilər.
  • Sizi özünüzdən başqa heç kim qurtara bilməz. Öz özünüzə işıq olun.
  • Tərifləmək və ya tənqid etmək müdrik adamın tarazlığını poza bilməz.
  • Varlığın o biri sahilinə çatdığında əvvəl, sonra və ortada olandan imtina et.
  • Yaxşı bir iş, yaxşı bir düşüncədən daha yaxşıdır
  • Yaşayan varlıqların hamısı; zəif, güclü, uzun, qısa, böyük, orta və ya kiçik görünən, görünməyən; doğulmuş olan və ya doğulmaqda olan, hamısı xoşbəxt olsun! Kimsə kimsəni aldatmasın, kimsə kimsəni kiçik hesab etməsin, kimsə kimsəyə hirs ilə, incinmə ilə zərər vermək istəməsin.
Şəxsi alətlər
Adlar fəzası

Variantlar
Görünüş
Hərəkətlər
Naviqasiya
Alətlər qutusu
Başqa dillərdə