Ralf Uold Emerson
Vikisitat saytından
- Ağıllı bir insan üzr istəmək məcburiyyətində qalmaz.
- Bir tək düşməni olan, hər yerdə onunla qarşılaşar.
- Birinə görə ədalətli olan şey, digərinə görə haqsızlıqdır; birinə görə gözəl olan, digərinə görə çirkindir; birinə görə müdriklik olan, digərinə görə dəlilikdir.
- Davranışlarından utanıb, sıxılma; həyatın bütünü bir sınaqdır.
- Diqqətsizlik, peşmanlığın başlanğıcıdır. Alqışı səssizcə qarşılayan alqışa layiq olmuş deməkdir.
- Dostunuzun evinə tez-tez gedin, çünki istifadə edilməyən yollarda kollar bitər.
- Edilərkən həyacanlı olmayan işlər bacarılmaz.
- Gördüklərim, görmədiyimin varlığına inanmağa məcbur edir.
- Hamımız, müxtəlif dərəcələrdə qaynayırıq.
- Hamımız başqalarını öz ürəyimizdə daşıdığımız şəkildə görərik.
- Heç bir şey böyüklük qədər sadə deyil. Çünki sadə olmaq bir az da böyük olmaqdır.
- Həyatda tək bir adam belə, siz yaşadığınız üçün rahat nəfəs alırsa, siz müvəffəqiyyətli və məqsədinizə çatmış bir insansınız.
- Həyat təcrübələr bütünüdür. Nə qədər çox təcrübə etsəniz, sizin üçün o qədər yaxşıdır.
- Sivilizasiyanın inkişafında ən böyük vəzifə, qadınların üstündədir.
- Yaxşı edilmiş bir işin mükafatı, onu etmiş olmaqdır.
- Yolunu itirmiş birindən yol soruşmazlar.
- Yaxşı davranışlar kiçik fədakarlıqlardan meydana gələr.
- Yaxşı dost, yanında uca səslə danışıb düşünə biləcəyin insandır.
- Zəngin bir ürək yoxsa sərvət çirkin bir dilənçidir.