Rəşad Nuri Güntəkin
Görünüş
(Reşat Nuri Güntekin səhifəsindən yönləndirilmişdir)
Rəşad Nuri Güntəkin | |||
Doğum tarixi | 25 noyabr 1889 | ||
Doğum yeri | İstanbul | ||
Vəfat tarixi | 7 dekabr 1956 | ||
Vəfat yeri | London | ||
Dəfn yeri | Qaracaəhməd qəbiristanlığı | ||
|
Rəşad Nuri Güntəkin (25 noyabr 1889, İstanbul, Türkiyə - 13 dekabr 1956, London, İngiltərə) – Türkiyə yazıçısı və dramaturqu. “ Çalıquşu” (1921), “Gizli əl” (1924), “ Damğa” (1924, “ Dodaqdan qəlbə” (1924), “ Axşam günəşi” (1926), “Bir qadın düşməni” (1927), “Yaşıl gecə” (1928), “Acımak” (1928), “Yarpaq tökümü” (1939) və s. romanlarının müəllifidir.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Artıq heç kim gözlərini yumaraq yaşamaq, əldə etdiyi ilə kifayətlənmək istəmir. İnsanlar asan qazanc əldə etməyi düşünürlər. Nəticəsi isə budur: keçmiş mənəvi əsaslar dağılır və bu prosesi dayandıra biləcək heç bir qüvvə yoxdur.
- Ayrılıq böyük məhəbbətləri daha da qüvvətləndirir, natamam olanları isə öldürüb məhv edir.
B
[redaktə]- Başqa ailələri bilmirəm, amma bizim ailədə yetimə əl qaldırmaq günah sayılırdı.
- Baltanın köməyi olmadan kötüyü yonmaq olarmı?
- Bəlkə onun gözəl qız olduğunu düşünürsən? O sadəcə olaraq ismətli və təvazökar idi. İndi insanda ən qiymətli şey onun şərəfidir.
- Bəzən bizdə gerçək görünmək üçün çox gözəl bir arzu yaşayır...
- Bəzən özümü düşündüyümdən daha yaxşı hesab edirəm.
- Bəzən uşaqların həyatında boş şeylər belə böyük əhəmiyyətə malik olur.
- Böyüklərdə olduğu kimi, uşaqların da öz kədərləri, inciklikləri olur və onların mənliyinə toxunanda onlar bu barədə susurlar.
- Bu həmişə belədir: xoşagəlməz hadisələrdən sonra həyat insanı xoşbəxtliklə mükafatlandırır.
- Bu qoca həkimi başa düşmürəm. Özü üçün əziz olan hər şeyə qarşıdır.
- ... bütün ailə fəlakətləri “həyatın iqtisadi şərtləri” kimi yeganə səbəbdən baş verir.
Ç
[redaktə]- Çarəsiz xəstəlikdən və labüd fəlakətdən xilas olmağın yeganə yolu səbir etmək və itaətkarlıqdır.Amma bədbəxtliyin gizli bir acıması, mərhəmət göstərməsi var. O, şikayət etməyənə, onu təbəssümlə qarşılayana qarşı çox da amansız olmur.
- Çətinliklərin də öz gözəllikləri var.
- Çirkinin ağzındakı gözəl söz acizin ağzındakı haqlı söz qədər boş və lazımsızdır.
D
[redaktə]- Daş divara səslənməklə yalnız öz səsinizin əks-sədasını eşidə bilərsiniz.
- Deyirlər ki, eşq birinə səni yox etmə qüdrəti verib, bunu istifadə etməyəcəyinə etimaddır.
- Deyirlər ki, əsl sevgi davasız, qışqırıqsız olmur.
- Dibi görünməyən quyulara atılan daş çıxardığı səslə dərinliyi göstərdiyi kimi, başqalarının kədəri də bizim ürəklərimizə düşəndə çıxardığı səslə bizə insanlığımızın dərəcəsini öyrədir.
- Dul qadının yaşaması çəpəki baxılan qızın yaşamasından daha asandır.
- Dünyada insanlara azacıq da olsa yaxşılıq etdiyiniz hissdən gözəl hiss yoxdur.
- Dünyada sifətin gözəlliyindən mənasız və hətta zərərli bir şey yoxdur, əsl gözəlliyi insanın qəlbində, ürəyində axtarmaq lazımdır.
E
[redaktə]- Elə şeylər var ki, uşaq onu görür, amma gənc qız görmür.
Ə
[redaktə]- Əgər ayın on beş günü qaranlıq gecələrdirsə, qalan on beş günü mütləq işıqlı, aylı günlər olacaq.
- Əgər kimsə öz oğlunun günahlarına göz yumursa, onun başqalarının günahlarını ifşa etməsi və ədalət uğrunda mübarizə aparması tamamilə axmaqlıqdır ...
- Əgər qara rəng onun sarışın saçlarına yaraşmasaydı, matəm çoxdan bitmiş və bütün bu qara libaslar zibilxanaya atılmış olardı.
- Əgər sevgi oyunu insanı yanmağa və əsməyə məcbur edirsə, onda sevginin özü nədir?!
- Ən qədim zamanlardan bəri din həmişə zülm və ziyana vasitə olub.
- Ən yaxın qohumları tərəfindən sancılan insan üçün özgələr qorxulu deyil.
- Əsl gənclik ruhun gəncliyidir.
G
[redaktə]- Gizli rüzgarlar var ki, insan onlara qapılanda yolunun necə dəyişdiyini, getdikcə yolundan uzaqlaşdığının fərqinə varmır. Ta ki başqa sahillərdə özünü görməyənə qədər.
H
[redaktə]- Haqsızlığa, təhqirə qoyun kimi dözməmək insanlığın başlanğıcıdır.
- Heyvanlar onlara edilən yaxşılığı daha yaxşı qiymətləndirə bilirlər.
- Hədiyyə pulla ölçülməməlidir.
- Həkim əfəndi, yaşamağa qərar verdiyim halda, pəncərədən özümü atmaqdan qorxmaq mənasız bir şey deyilmi?
- Hər bir insanın özünəməxsus qəribəlikləri var.
- Həyat elə qurulmuşdur ki, hətta bildiyin şeyləri gizlətməyə məcbur olursan.
- Həyatda göz yaşından mənasız heç nə yoxdur.
X
[redaktə]- Xəstələr kimi xoşbəxtlərə də gecələr uzun görünür...
İ
[redaktə]- İndi bağlı qapılar arxasında qalanlar üçün ər tapmaq bir o qədər asan iş deyil.
- İnsan gözləri qarşısında baş verən dəyişiklikləri görmür.
- İnsan hətta öz evində belə hamı ilə yola getmir.
- İnsan sevmək fəlakətinə düşdüsə, əsir kimi bir şey olur.
- İnsan ürəyi dərk edilməyən bir tapmacadır.
- İnsan yaşadığı insanlara görünməz incə tellərlə bağlanırmış. Ayrılıq vaxtı bu bağlar gərilməyə, qopan kaman telləri kimi ağrılı səslər çıxarmağa başlayır. Hər insan çıxdığı qəlbə ayrı bir ağrı qoyub gedirmiş. Bunu yazan şair nə qədər haqlıymış!
- İnsan yaşayır və o, onu əhatə edən insanlara görünməz tellərlə bağlanır. Ayrılıq zamanı gəlir və bu tellər darıxdırıcı səslər çıxarır, skripkanın telləri kimi gərilir və qırılır. Bu tellərin ürəkdə qırılması insana ən kəskin bir ağrı verir.
- "İnsan yeddi yaşında necədirsə, yetmişində də odur!" deyirlər. Ancaq yeddisində nədirsə, on yeddisində, iyirmi yeddisində o deyil. Məsələn, yeddisində qorxaq olana, on yeddisində bir cəsarət gəlir, qanı qaynayır. Amma qırxdan sonra damarlar qalınlaşdıqca əvvəlki qorxaqlıq yenə deşiyindən burnunu göstərir.
- İstanbullular deyirlər: “ Namuslu qadın xoruzdan da qaçır”.
- İşıq xəstə gözlərə əzab verər, xoşbəxtlik yaralı ürəyə ağrı gətirər.
K
[redaktə]- Keçmişin ölü xəyallarını diriltmək mümkün deyil.
- Kədərdə gizli bir şəfqət var. Şikayət etməyənlərə, onu gülər üzlə qarşılayanlara qarşı daha az zalım olur.
- Kişilərin əksəriyyəti pis, qəddardırlar və bu şübhəsizdir. Bütün qadınlar isə yaxşıdır, zərifdir və bu da şübhəsizdir. Amma az da olsa elə kişilər var ki, onların təmiz ürəyi, düzgün düşüncələri var və belə bir təmizliyi heç bir qadında tapa bilməzsiniz.
- Kişinin müəyyən bir peşəsi və vəzifəsi yoxdursa, bu böyük bir çatışmamazlıqdır.
- Körpə gözlərindən sevgi göz yaşları kimi fışqırır…
- Kürən saçlılar həmişə vəfasız olur və insana yalnız qəm-qüssə gətirirlər.
Q
[redaktə]- Quşlar nə istədiklərini bilməyən, yazıq, ağılsız məxluqlardır. Qəfəsdən qaçana qədər kədər içində qıvrılırlar. Ancaq, elə bilirsiniz, azadlıqda xoşbəxt olurlar?
M
[redaktə]- Məgər başqalarına görə özünü qurban vermək xoşbəxtlik deyilmi?
- Məgər yeraltı qaranlığa düşən işığın şüası, yaxud dağılmış divarın daşlarının arasından çıxaraq insana ümid və təsəlli verən çiçək həyatın əlamətləri deyilmi?
- Məmurlar yalnız iş yerində deyil, həm də, şəxsi həyatlarında izlənilməlidir. Onların nə yediklərini, nə içdiklərini, harada oturduqlarını, harada gəzdiklərini, necə geyindiklərini bilmək və hər yerdə onların həyatına müdaxilə etmək lazımdır.
- Mən düşündüm ki, əgər iki kədəri birləşdirsəm, xoşbəxt olaram, amma bu bir səhv fikir idi.
- Mən qarı çox sevirəm. Çünki o mənə badam ağacının yazda çiçək açmasını xatırladır.
- Mən, məni xatırlayırlar, məni unutmurlar fikrinin mənə məmnunluq gətirdiyi bir yaşda idim.
- - Mən ona kömək etməyə hazıram ... Söhbət ancaq puldan gedə bilər ...Mən artıq ona təklif etdim ...
- Elə bu?
- Sizcə, bizim zamanımızda insana başqa şeylə də kömək etmək mümkündür?
- Məncə, ömrümüzün gəmisini istədiyimiz sahilə aparmaq üçün onun sükanını ələ almaq kifayətdir.
- Mənə elə gəlir ki, bir insana gizli mənəvi əzab vermək istəyən təbiət yalnız gözəl simalar deyil, həm də gözəl şəhərlər, gözəl dənizlər yaratdı…
- Mənə elə gəlir ki, onlar orada, pəncərənin arxasında həyatı gizlədirlər…
- Mənim fikrimcə, ruhun gözəlliyi zahiri gözəllikdən dəfələrlə gözəldir.
- Mənim narahat ürəyim səndə, səninlədir...
- Mənim necə də axmaq bir ürəyim var: insanlara çox tez bağlanıram.
- Mənzərələr, xatirələr, çöhrələr insandan uzaqlaşanda gözəlləşir, şairanələşir, fərqli buludlara, rənglərə bürünür.
N
[redaktə]- Necə olsa da, ölmək çox qorxuludur...
- Nə istədiyini və nə edəcəyini bilən səkkiz-on işıqlı insan qaranlıq fikirli, qaranlıq məqsədli cahil sürülərini istədiyi kimi idarə edə bilər.
- Nə qədər acı olur-olsun, insan bir məcburiyyəti qəbul edəndən sonra içinə sükut və təvəkkül gəlir.
- Nə qədər dəhşətli olsa da, labüdlüklə barışan insan sakit və itaətkar olur.
- Nə qədər ki, insan işləyir, yaşına məhəl qoymur. Amma elə ki, pensiyaya çıxır, qocalıq ön plana çıxır: əllər boş-boşuna yellənir, çiyinlər ağırlaşır, bel əyilir, qozbelləşir.
O
[redaktə]- Onun dövlət xidmətində olduğu uzun illər ərzində xəzinədən oğurladığı yeganə şey oxumağa ayrılmış iş vaxtı idi.
Ö
[redaktə]- Ölməyə cəsarətim olmadığını bildikdən sonra yaşamaq istəyirəm.
- Övladlarınızdan xoşbəxtlik gözləmək boş bir ümiddir. Ey Rəbbim! Nə etmək olar, bütün insanlar eyni cürdür.
P
[redaktə]- Pensiya, bütün zəhmətkeşlər üçün qardaşlıq məzarıdır.
- Pul bir şeydir, sevgi, istilik isə başqa şey.
R
[redaktə]- Rəfiqənə dediyini kişiyə deyə bilməzsən.
- Rəhimsiz gözəllik nə üçün yaradılmışdır?.. Yalnız yoxsul qızların həyatını şikəst etmək, ürəklərini qırmaq üçün!.
S
[redaktə]- Sağalmaq necə də xoşdur! İnsana elə gəlir ki, o sanki yenicə dünyaya gəlib və onu hər boş şey sevindirir. O hər şeyə kiçik uşaq rəngarəng oyuncaqlara baxan kimi baxır.
- Sevgidə bədbəxtliyi dadan həmişə əsirə çevrilir.
- Son ümidlərini itirən insanın ürəyini boşaltmaq kimi təbii bir istəyi olur.
- “Syulus” yazısını (Ənənəvi altı ərəb əlyazmasının bir növü) xəttatlar kimi yazan insanları gördüm. Amma onların yazısı bir quruşa belə dəyməz. Bir də əyri, çəpəki, qarışqa ayağına oxşar xətlə yazanlar var. Nə çıxsa, həmin bu ikincilərdən çıxacaq.
T
[redaktə]- Tənhalıq yalnız haqq-təalanı göylərə qaldırır.
- Tərk etməli olduğum hər yerdə ürəyimin bir parçası qalsa, mənim halım necə olar?
Ü
[redaktə]- Ürəyinə salma. Doğrudanmı, sən bu dünyanın ədalətsizliyinə görə təkbaşına əziyyət çəkməlisən?
Y
[redaktə]- Yalan danışmağa başlayanda insanı özünüzə daha çox cəlb etmiş olursunuz.
- Yataq insanı tamamilə xəstə edir.
- Yoxsulluq ən yaxşı həyat məktəbidir.
- Yollar görünməz qayalarla doluymuş. Onlara dəyməmək lazım imiş...
- Yeriməyə başlayan fikirləri yollarından döndərmək mümkün deyil.
Z
[redaktə]- Zaman keçdikcə zəifləməyən, köhnəlməyən hisslər yoxdur.
- Zəhəri dərhal içmək lazımdır: insan ya ölər, ya da sağ qalar. Onu siropla qarışdırıb qurtum-qurtum içmək iyrənc bir şeydir. Bədbəxtlik barədə yavaş-yavaş, asta-asta xəbər vermək insanı mişarla doğramaq kimidir...