Rixard Vaqner

Vikisitat saytından
Rixard Vaqner (1871)

Rixard Vilhelm Vaqner (alm. Wilhelm Richard Wagner‎; 22 may 1813, Leypsiq - 13 fevral 1883, Venesiya) — Alman bəstəkarı, dirijor, teatr xadimi, publisist, musiqi nəzəriyyəçisi, esseisti.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Bu cəhənnəmin alçaq varlıqlarına çox düşkünəm və onların həsrətini çəkirəm.

G[redaktə]

  • Gələcəyin bədii yaradıcılığının yaradıcısı indiki rəssamdır.

H[redaktə]

  • Heyvan təcrübələrindən imtina edilsəydi, bəşəriyyət əsaslı irəliləyiş əldə edərdi.
  • Həqiqi bir həyatımız olsaydı, sənətə ehtiyacımız olmayacaqdı. Sənət əslində gerçək həyatın bitdiyi yerdə, qarşımızda başqa heç bir şeyin olmadığı yerdə başlayır. Sənət iqtidarsızlığımızı etiraf etməkdən başqa bir şey deyilmi?

İ[redaktə]

  • İnsanın ləyaqəti onun əməyi ilə müəyyən olunur.
  • İnsanların dili birdən dayandığı yerdə musiqi başlayır .

M[redaktə]

  • Melodiya musiqinin yeganə formasıdır: melodiya olmadan musiqini təsəvvür etmək mümkün deyil, musiqi ilə melodiya ayrılmazdır.
  • Musiqi bütün nitqin başlanğıcı və sonudur.
  • Musiqi düşünə bilməz, ancaq düşüncəni təcəssüm etdirə bilər.
  • Musiqinin ruhunu eşqdən başqa bir şeylə izah edə bilməm.
  • Musiqinin varlığına borclu olduğu ən qədim, ən uyğun və ən gözəl musiqi aləti insan səsidir.

S[redaktə]

  • Sevinc şeylərdə deyil. O, özümüzdədir.
  • Siyasətçi adam iyrəncdir, amma siyasətçi qadın qorxuncdur.

T[redaktə]

  • Təbiət o qədər güclü, o qədər sarsılmaz və yeniləşməsində o qədər tükənməzdir ki, heç bir təsəvvürə sığmayan qüvvə onun yaradıcı gücünü məhdudlaşdıra bilməz.

İstinadlar[redaktə]