Məzmuna keç

Səməd Vurğun

Səməd Vurğun
Səməd Vurğun (1954-cü il)
Səməd Vurğun (1954-cü il)
Səməd Vurğun (1954-cü il)
Tam adı Səməd Yusif oğlu Vəkilov
Doğum tarixi 21 mart 1906
Doğum yeri Qazax
Vəfat tarixi 27 may 1956 (50 yaşında)
Vəfat yeri Bakı
Dəfn yeri Fəxri Xiyaban
Vikipediya məqaləsi
Wikipedia logo
Wikipedia logo
Səməd Vurğun haqqında Vikipediyada məqalə var.

Səməd VurğunAzərbaycan şairi, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi, Azərbaycanın ilk xalq şairi (1956), Azərbaycan Yazıçılar İttifaqının sədri (1941–1948), Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın təsisçilərindən biri, akademiki (1945) və vitse-prezidenti (1954–1956).



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağılsız köpəklər ulduza hürər.
  • Bəşərsiz kainat bir viranədir!
  • Çörək bol olarsa basılmaz Vətən.
  • De gəlsin hər nəyin vardır,
    Deyilən söz yadigardır.
  • Dostluğu dar gündə unutmaz könül.
  • Dünyanın ölməyən bir qanunu var,
    Bir yandan boşalar, bir yandan dolar.[1][2]
  • Düşmən can desə də, düşməndir yenə.
  • Günəşi örtsə də qara buludlar,
    Yenə günəş adlı bir qüdrəti var
  • Hansı mövzuya əl atıram, hansı daşı qaldırıram, altında Dədə Ələsgərdən bir nişanə görürəm.
  • Kimin qanunu düzdürsə, onun hökmündə qüdrət var.
  • Kitabsız bir ömrün nə mənası var.
  • Qızılı udsa da qara torpaqlar,
    Yenə qiymətini özündə saxlar.[3]
  • Məhəbbət əbədi bir ehtiyacdır.
  • Mən özümü bu dünyada, dünyanı məndə,
    Dərk eləyib məna dolu hər şey olaydım.[4]
  • Soyuq məzara da zinətdir insan.
  • Şairin sözü insan qüvvəsinin sərkərdəsidir.
  • Unudulmaz el yolunda canı qurban olanlar; Vətən mülkü abad yaşar vəfadarı görəndə.
  • Unutmaz tarixin böyük günləri,
    Dünyaya mərd gəlib, mərd gedənləri.[5]
  • Ürəkdən ürəyə yollar görünür. [6]

Mənbə

[redaktə]
  • Aforizmlər və hikmətli sözlər. Bakı, 2005
  • Həmid Qasımzadə. "Atalar sözü", Bakı, Yazıçı, 1985,

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh. 98
  2. "Hikmət xəzinəsindən incilər" Bakı, 2009.
  3. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
  4. Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,
  5. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
  6. Buludxan Xəlilov. Dil-söz çələngi. Bakı, “Elm-təhsil” nəşriyyatı, 2012,