Saib Təbrizi
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Abrı qorumaq gövhər qazanmaqdan yaxşıdır.
- Alçaqlara tərəf tamah əli uzadarkən,
Sanki öz abrından keçmək üçün körpü tikirsən. - Ağıllıların məsləkində özünü tərifləmək yoxdur.
B
[redaktə]- Bir ürəyə məlhəm olmasan, neştər də olma.
D
[redaktə]- Dоstun аyаğını qаpmаyаn it, dоstluq hüququndаn xəbərsiz qаrаfikirli аdаmdаn yаxşıdır.
H
[redaktə]- Hünər və eyibdən söz gedən yerdə öz eybini faş etmək mərd adamların işidir.
İ
[redaktə]- İgidlik cövhəri olarsa, əsa da qılınc kimi iş görər.
K
[redaktə]- Kim ki, söz ağrısından xəbərdardır, sözün barmağına üzük geydirməz.[1]
M
[redaktə]- Məclisdə bir-birinin qulağına söz demək könüllərdə nifaq toxumu əkməkdir.
Ö
[redaktə]- Öz eybini görməmək ən böyük eyibdir.
- Özündən xəbəri olmayanların ömür məhsulu təəssüf olar, özündən agah olan şəxs isə hər şeydən agah olar.
- Özünü öyən adamın donmuş ürəyində başla ayağın fərqi yoxdur.
S
[redaktə]- Söz yalnız səmimi keyfiyyətə malik olduğu təqdirdə təsir edə bilər.
- Sözə meydan tapana kimi dilə gəlmərəm.
Z
[redaktə]- Zavalsız söz parlaq günəşdir, məğribi qulaqdır, məşriqi ağız.
İstinadlar
[redaktə]- ↑ Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.50