Susmaq

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağıldan kəmliyi iki şey müəyyən edir: susmaq lazım gələndə danışmaq, danışmaq lazım olanda susmaq. Sədi Şirazi
  • Ağıllı danışmaq çətindir, ağılla susmaq isə ondan da çətindir. Kristian Nestell Bovio
  • Axmaq adam sussa yaxşıdır. Amma o, bunu bilsəydi, axmaq olmazdı. Sədi Şirazi
  • Axşamlar dinləyərək susmağın səni müdrik edir. Çünki, müdrikliyin başlanğıcı susmaqdır. Pifaqor

B[redaktə]

  • Bəzən susmaq, deyilən bir çox sözdən daha çoxunu ifadə edər. Şarl Lui Monteskyö
  • Bəzən susmaq ən dəhşətli ittiham ola bilər. Menandr
  • Bəzən susmaq ən yaxşı cavab olur. Alman atalar sözləri
  • Bir cahil üçün ən yaxşı şey susmaqdır. Nə var ki, bunu bilsəydi, onsuz da cahil olmazdı. Sədi Şirazi

D[redaktə]

  • Danışmaq ehtiyac ola bilər, amma susmaq bir sənətdir. Höte

Ə[redaktə]

  • Ədəb həddini aşmamaq, qəlb qırmamaqdır. Dedi-qodudan, haqsızlıqdan və ittihamdan uzaq durmaqdır. Bilmədiyin məsələ ilə bağlı susmaq, bildiyin məsələdə ehkam kəsməməkdir ədəb. İnsan ayrıseçkiliyi etməməkdir. Həddini aşmamaqdır. Əlif Şəfəq
  • Ədəb sayılsa da məclisdə susmaq,
    Məsləhət zamanı danışmaq gərək.
    İki şey ağıla nöqsan sayılır,
    Yersiz susmaq ilə yersiz söz demək. Sədi Şirazi
  • Əgər sussan danışmağın daha işıqlıq olar. Çünkü sükutda həm səssizliyin işığı, həm də danışmağın faydası gizlidir. Şəms Təbrizi
  • Ən çox da üç şey yorar insanı... Bağışlamaq, içi yanarkən susmaq və olmayacağını bildiyi halda xəyal qurmaq. Çak Palanik
  • Ən yaxşı dinləyici susmağı bacarandır. Fletçer Kristian
  • Əsl siyasətçi susaraq nə isə deməyi və danışaraq heç nə deməməyi bacarmalıdır. Əbu Turxan
  • Əvvəlcə üç dəfə fikirləş,sonra sus. Anri Fransua Renye

H[redaktə]

  • Həqiqəti söyləyirəm deyə çığır-bağır salmaqdansa,susmaq yaxşıdır. Rene Dekart
  • Hətta başıboş adam da susanda müdrik görünür. Əli

İ[redaktə]

  • İnsan ruhunu iki şey qaraldar: susulacaq yerdə danışmaq və danışılacaq yerdə susmaq. Sədi Şirazi

Q[redaktə]

  • Qəzəbin yeganə dərmanı susmaqdır. Sokrat

L[redaktə]

  • Lazım olmayan söhbətləri danışmaqdansa susmaq məsləhətdir. Ovidi

N[redaktə]

  • Nadan üçün susmaqdan yaxşısı yoxdur, lakin əgər o bunu bilsəydi nadan olmazdı. Sədi Şirazi

S[redaktə]

  • Sadəcə birinə yaxşı cavab verə bilmədiyimiz halda "Susmaq qızıldır". Məhəmməd Əli
  • Sus, ya da susmaqdan da qiymətli söz söylə! Lev Tolstoy
  • Susmaq alimə yaraşır, cahilin isə eyiblərini ört-basdır edir. Məhəmməd peyğəmbər
  • Susmaq çarə deyil, doğru-dürüst danışmağı öyrənmək lazımdır. Corc Herbert
  • Susmaq bəzən ən yaxşı cavabdır. Tenzin Gyatso
  • Susmaq da bir işdir. Xausa atalar sözləri
  • Susmaq dözülməsi çox ağır olan bir cavabdır. Çesterton
  • Susmaq güclülərin gücü, zəiflərin sığınacağıdır. Şarl de Qoll
  • Susmaq- hakimiyyətin mütləq silahıdır. Şarl de Qoll
  • Susmaq insanı ələ verməyən sadiq bir dostdur. Konfutsi
  • Susmaq insanı pis söz demək ehtimalından xilas edərək nəcibləşdirir.[1] Vilson Follet
  • Susmaq insanın daxili vəziyyətinin təzahürüdür. Romano Qvardini
  • Susmaq - qızıldır, verilən suala layiq cavab tapmayana qədər. Məhəmməd Əli
  • Susmaq o qədər gözəl mövzudur ki, onun haqqında saatlarla danışa bilərəm. Uilyam Varner
  • Susmaq - razılığın yarısıdır. Xindi atalar sözləri
  • Susmaq sadəcə danışmamaq deyil. Bir heyvan və daha böyük qaya da bunu edə bilər! Romano Qvardini
  • Susmaq təkzib edilməsi mümkün olmayan dəlildir. Henrix Böll
  • Susmaq üçün enerji tələb olunmur. Hind atalar sözləri
  • Susmağın ağlından xəbər verməsə də, axmaq olmadığından xəbər verir. Pyer Büast
  • Sükut da bir növ danışmaq sənətidir. Uilyam Hezlitt

Ş[redaktə]

U[redaktə]

  • Uşaqlarına susmağı öyrət, danışmağı onlar özü də öyrənə bilər. Bencamin Franklin

Ü[redaktə]

  • Ümumiyyətlə, susmaq təqdirəlayiqdir, amma tədris zamanı susmaq təqdirəlayiq deyil. Talmud

Y[redaktə]

  • Ya sus, ya da susmaqdan üstün bir söz söylə. Pifaqor
  • Yerində danışmaq və yerində susmaq böyük qabiliyyət tələb edir. Sokrat

İstinadlar[redaktə]

  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.403.