Tai atalar sözləri

Vikisitat saytından
(Tay atalar sözləri səhifəsindən yönləndirilmişdir)



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ad batınca, var - dövlət batsın.
  • Ağıl olmayanda gözdən də kömək olmaz.
  • Ağacı elə kəsmə ki, başına düşsün.
  • Arvad yaxşı bişirəndə ər onu ömrünün sonuna qədər sevəcək.

B[redaktə]

  • Balığı tutanda başından yapış.
  • Bambukun yaxşısını dələ yeyər.
  • Bilib deməyin qiyməti iki biadır, bilib susmağınki - bir tamlınq qızıl. (Bia - Asiyanın cənubunda yayılmış pul vahidi; tamlınq - 60 qrama bərabər çəki vahidi)

C[redaktə]

  • Cavanlıqda var-dövlət dalınca qaçma.
  • Cəhd eləyən - var qazanar, tənbəl elə kasıb qalar.

Ç[redaktə]

  • Çətin işi qabağa sal, asanı saxla sonraya.
  • Çox bərk qaçarsan - büdrəyərsən, çox bərk əyilərsən - yıxılarsan.

D[redaktə]

  • Dəniz dərinliyini ölçmək olar, insan ürəyi dibsizdir.
  • Dəyib ötmüş meyvə turşuyar.
  • Dörd ayaqlı heyvan da büdrəyir, alim də səhv edir.
  • Düşmən yanında sayıq ol.
  • Düşməni görəndə xoş üzlü ol.
  • Düşmənin gücü sözlə azalmaz.

E[redaktə]

  • Evin söhbətini çölə çıxartma, çölün qeybətini evə gətirmə.
  • Evlilik, bir qala kimidir. Çöldəkilər oraya girmək üçün, içindəkilər də çölə çıxmaq üçün məşğul olar dayanarlar.

G[redaktə]

  • Gizləmək gərəkdirsə, sonadək gizlə.
  • Güclüyə hamı kömək eləyir, dara düşəndən hamı üz çevirir.
  • Günəş gərək işıldaböcəyə baş qoşmasın.

F[redaktə]

  • Fil hirslənəndə şıx yoldan.
  • Fil sürəni fil öldürür, timsah öyrədəni - timsah, ovsunçunu - ilan.
  • Filə qiymət vermək üçün gərək minib sürəsən.
  • Fillər arasındakı döyüşdə qarışqalar əzilir.

H[redaktə]

  • Hələ gözlə ki, Menamın suyu qurusun. (Menam (Çaurayya) - Tailandın ən böyük çayıdır).
  • Həyəcanlananda həqiqəti görə bilməzsən.

İ[redaktə]

  • İlanı qarğanın xatirinə öldürmə.
  • İstiotun tumu xırda da olsa acıdır.
  • İt səni qapıbsa, sən də əvəzində onu qapma.

K[redaktə]

  • Kralın qəzəbinə qəzəblə cavab vermə.
  • Küləyi sudan çox istəmə.

Q[redaktə]

  • Qaçan fili quyruğundan saxlaya bilməzsən.
  • Qızı tanımaq istəyirsənsə, gərək anasını görəsən,; lap yaxından tanımaq istəyirsənsə, gərək nənəsini görəsən.
  • Qızılın saflığı məhək daşıyla bilinər.

L[redaktə]

  • Lağ eləyəni lağa qoyarlar.
  • Lələyi tökülmüş durnanın yeganə köməyi dimdiyidir, bir də caynağı.

M[redaktə]

  • Məhəbbət birliyə aparar, yalan ölümə.
  • Müəllimi üzə tərifləyərlər, dostu - arxada, işçini işdən sonra.

O[redaktə]

  • On dil bir gözə dəyməz, on göz bir yoxlayan ələ dəyməz.

S[redaktə]

  • Sənin balını yeyir, arxanca da deyir: "Güclə uddum, Borapet meyvəsi kimidir". (Borapet - çox acı meyvədir, Borapet bataqlığının adından götürülüb, orada çox bitir).
  • Soyuq dağı-daşı çulğayar, amma ürəyə girə bilməz.

T[redaktə]

  • Tamah bir qapıdan girəndə, xoşbəxtlik o biri qapıdan çıxır.
  • Tək-təkinə qabağa can atma.
  • Tək ucalan ağac hündürə qalxar.
  • Təsirsiz söz yağışsız ildırım kimidir.

U[redaktə]

  • Uşağı öpüb, ananın rəğbətini qazanarsan.

Ü[redaktə]

  • Üzdə sənə "plab" deyir, arxada - "tako". (Plab - şirin meyvə, tako - acı meyvə).

Y[redaktə]

  • Yaxşı atı ancaq kürəyinə əl vurub tanımaq olar.

Z[redaktə]

  • Zahidlə danışan gündə min yol ölər.

İstinadlar[redaktə]