Uilyam Qoldinq

Vikisitat saytından
Uilyam Qoldinq (1983)

Ser Vilyam Gerald Qoldinq (1911 - 1993) — İngilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatçısı (1983).



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Allaha inanmaq mənim üçün çətin deyil, onun mənə inanması vacibdir.

B[redaktə]

  • Başqasının qoxusu olan yerdə mən də dəyişib başqa cür oluram. Qorxuram, acgöz oluram. Güclü oluram.
  • Bir qədər əvvəl elə bilir ki, onların hamısının tərk eləmiş sağlam düşüncə və cəsarət hava işıqlananda qayıdacaq.
  • Bir nəfərdən qorxursansa, ona nifrət etməyə başlayırsan və hər zaman onun haqqında düşünür, onu ağlından çıxara bilmirsən.
  • Bu dağlıq diyarda, şeytanlar məskəni olan dağlarla adamlardan təcrid olunduqları və öz qəbilələrinin təhdidlərindən qorxmadıqları bir ölkədə anlaşılmazlıq hökm sürdüyü dünya üçün onlar daha neyləməli, hansı qurbanlar verməlidirlər?
  • Bu gün də dünənki və sabahkı gün kimidir.

D[redaktə]

  • Dünyanı bürümüş qaranlıq zülmətə qarşı xəncər itiləmək kimə lazımdır?

E[redaktə]

  • Elə ifadələr var ki, az qala iri hərflər kimi adamın gözünə girir və onlardan ən böyüyü — nifrət və düşmənçilikdir.

Ə[redaktə]

  • Əgər gün işıqlı olsaydı, onlar utanıb yerə girərdilər, amma hər tərəf qaranlıq gecə idi.

G[redaktə]

  • Güclü, ya da zəif olmağının məsələyə dəxli yoxdur, əsas odur ki, vicdanın olsun.

X[redaktə]

  • Xətt uzanıb sularda o tərəfə – uzaqlara gedirdi. Tuami yelkənin böyründən qabağa baxdı ki, görsün xəttin o biri qurtaracağında nə var, amma suyun parıltısı gözünü qamaşdırdı və o, qaranlıq xəttin sonu olub-olmadığını görə bilmədi.

H[redaktə]

  • Heç olmasa ömründə bircə dəfə sönmüş ocaq ətrafında əyləşib öz həyatını onun külü ilə müqayisə edən adamlar bir-biri ilə qohumdur.

İ[redaktə]

  • İlk anda sözlər onlara uyğun gələn görüntülərlə çulğalaşmadılar, amma hisslərin içində qərq olaraq onları daha da gücləndirdilər.
  • İnsan ağlı istənilən qanunu dərk edir, amma buna baxmayaraq, uşaq kimi hər dəfə o qanunlara aldanır.
  • İnsanın inamını onun xasiyyəti formalaşdırır, kimliyindən asılı olmayaraq, çox şey həyatda düşdüyün şəraitlə bağlıdır.
  • İnsanlar bir insanın başqaları haqqında nə qədər az bildiyinə təəccüblənirlər.
  • İnsanlar həmişə onlardan gözlədiyinin əksi olurlar.

Q[redaktə]

  • Qadına nə verirsinizsə verin, əvəzində verdiyinizin mislini sizə qaytaracaq. Qadına nütfə verirsiz, o sizə uşaq qaytarır. Ev verirsiz, o, sizə ailə ocağı qurur. Ərzaq verirsiz, sizə yemək bişirir. Üzünə gülürsüz, qəlbini sizə açır. Bir sözlə, verdiyiniz hər şeyin əvəzini artıqalaması ilə qaytarır. Yəni, deməyim odur ki, qadının ürəyini murdarlasaz, o zaman tonlarla zibil qəbul eləməyə də hazır olun!
  • - Qanun! Sən qanunu pozursan!

— Hə, nə olsun?

— O olsun ki, bizim qanundan başqa heç nəyimiz yoxdur!

  • Qəflətən başa düşdü ki, bu həyatda salınmış cığırları yenidən salmaq və dayanmadan öz addımlarını izləmək nə qədər cansıxıcıdır.
  • Qəhrəman olduğumu iddia etmirəm, amma sağlam, təhsilli və ağıllıyam.
  • Qorxu yuxudan daha çox zərər verə bilməz/

L[redaktə]

  • Lok yalnız indi anladı: səndən çəkinən və diqqətlə qulaq asan adamlarla danışmaq çox asandır; dediyin sözlər görüntüsüz də olsa, olar.

M[redaktə]

  • Məncə qadınların özlərini kişilərlə müqayisə etməyi ağılsızlıqdır. Çünki qadınlar onlardan xeyli yüksəkdədir və bu, hər zaman belə olub.
  • Mənim başımı və sümüklərimi açmayın. Siz ancaq zəiflik görəcəksiniz.
  • Məsul olanda gərək fikirləşəsən və müdrik olasan, bəla budur.

O[redaktə]

  • Onun təzə başı bilirdi ki, bir çox şeylər eynən dəniz dalğası kimi gedibdir. Təzə baş onu da bilirdi ki, bütün bu dəyişikliklərin səbəbini təzə adamlarda axtarmaq lazımdır və hər tərəfdən bədəninə batan tikanların ağrısına səbirlə dözdüyü kimi, baş verənlərin gətirdiyi kədərə də səbirlə dözməlidir.
  • Onlar qoşa addımlayırdılar — bir-birinə xəbərdarlıq edə bilməyən hiss və düşüncənin qoşa dünyası.

T[redaktə]

  • Təfəkkür — bu, qiymətli şeydir, ondan çoxlu xeyr götürmək olar.

U[redaktə]

  • Uzun bir ömür yaşayıbdır və çox şey bilir, qadındır deyə, az ehtimal olunan şeyləri hiss eləyirdi.

Ü[redaktə]

  • Ümumiyyətlə, qadınların evlilik məsələsini gərək başqası həll etsin, özlərinə qalanda ancaq yoldan keçənə könül verirlər.

Y[redaktə]

  • Yaxşı adamlarla uşaqlar arasında ümumi cəhətlər var — onların heç birini məyus etmək olmaz.

Həmçinin bax[redaktə]

Vikianbarda Uilyam Qoldinq ilə əlaqəli mediafayllar var.

Vikipediyada Uilyam Qoldinq haqqında məqalə var.

İstinadlar[redaktə]