Virciniya Vulf

Vikisitat saytından
Virciniya Vulf (1902)

Vircinia Vulf (1882-1941) — İngilis yazıçısı, modernizm ədəbi cərəyanının qurucularından biridir.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Başqalarının gözləri bizim zindanlarımızdır; başqalarının düşüncələri bizim qəfəslərimizdir.
  • Başımı pəncərədən içəri çəkərkən zehnin çox sirli bir orqan olduğunu düşündüm. Ona çox güvənirik, amma haqqında heç nə bilmirik.
  • Belə bir dünyaya necə uşaq gətirmək olar? Nə haqla əziyyəti çoxaldırıq? Uzun müddətli sevgilərin olmadığı, zəif duyğuların ardınca oradan-buraya sürünən bu zövq düşkünü heyvanların soyunu hansı haqla davam etdiririk?
  • Bəziləri keşişlərə üz tutur, bəziləri poeziyaya. Mənsə dostlarıma üz tuturam.
  • Bildiyim heç bir şeyin ölümə qarşı şansı yoxdur.
  • Bir xəyalı öldürmək, bir həqiqəti öldürməkdən daha çətindir.
  • Bir qadın kimi ölkəm yoxdur. Bir qadın kimi ölkəmin olmağını istəmirəm. Bir qadın kimi bütün dünya mənim ölkəmdir.

D[redaktə]

  • Düşünmək mənim mübarizəmdir.

H[redaktə]

  • Həyat röyadır, oyanmaq bizi öldürür.
  • Həyata necə başlayırsan başla, sonda əlində qürur və axmaqlıq qalır. Halbuki həyatdan nələr istəmişdik…
  • Həyata nə ilə başlamağımızın fərqi yoxdur, əlimizdə həmişə az şey qalacaq.
  • Həyatdan qaçaraq rahatlıq tapa bilməzsiniz.
  • Həyatın üzünə bax. Həmişə həyatın üzünə bax. Nə olduğunu bilmək, onu olduğu kimi sevmək üçün həyatın üzünə bax.
  • Həyatlarını könüllü yaşamaq istəyən qadınlarla evlənməyi məsləhət görmürəm.
  • Hər kəs öz keçmişini qəlbi ilə bildiyi bir kitabın səhifələri kimi bağlı saxlayar. Və dostları, sadəcə onun ön sözünü oxuya bilər.

X[redaktə]

  • Xoşbəxtliklə melanxoliyanı bir-birindən ayıran cizgidən daha nazik heç nə yoxdur.

K[redaktə]

  • Kaş ki, şair olasan; və kaş ki, sevgilisən.
  • Kitablar ruhun aynasıdır.

Q[redaktə]

  • Qadın kişilər haqda düşündüyü müddətcə, heç kim qadının fikirləşməyinə qarşı çıxmır.
  • Qadınlar bu əsr boyu insan fiqurunu həyatın iki qatından çox əks etdirmək gücünə sahib olan güzgü kimi xidmət etdilər.
  • Qadınlar həmişə ataları ilə qürur duyurlar.
  • Qadınlar kişilər kimi yazıb, kişilər kimi yaşayıb, yaxud kişilərə oxşasalar, heyif olar. Axı dünyanın böyüklüyü və fərqliliyinə nəzərən iki cins nədir ki?! Niyə bir cinsə məhkum olaq?!
  • Qadının qəlbi məzar kimidir, girən bir də çıxmaz. Kişi qəlbi dükan kimidir, girən-çıxanın hesabı olmaz.
  • Qəlbin yanında beynin nə əhəmiyyəti var idi?

M[redaktə]

  • Melanxoliya – qış gecəsinin səsidir.
  • Mən çox dözümlüyəm. Mən bir əxlaqçı deyiləm. Həyatın qısalığını və başqalarını tənbeh etmək üçün cazibələrini çox hiss edirəm. Bununla birlikdə, düşüncələrimə görə iddiasız deyiləm, məni mühakimə etdiyiniz kimi mühakimə etdiyimə görə mühakimə edirəm.

N[redaktə]

  • Necə qəribədir! İnsan poçtdan vacib bir şey çıxmayacağını bilir, amma yenə də dörd gözlə məktub gözləyir.
  • Neçə dəfə yaşadığımız anın dəyərini bilmədiyimiz üçün gələcəkdən imtina etmişik, neçə dəfə qiymətini bilmədiyimiz, indi olduğumuzdan daha parlaq bir gələcəyi əlimizdən qaçırmışıq.
  • Nə xoş bir gözəlliyi vardır, asta addımlarla dünyadan köçənlərin.
  • Nə qədər az görsək, o qədər çox inanarıq.

Ö[redaktə]

  • Öz adını qeyd etmədən bu qədər şeir yazan “Anonim” böyük ehtimalla qadın olub.
  • Özün haqqında həqiqəti söyləməsən, başqaları haqqında danışa bilməzsən.

P[redaktə]

  • Pul qazanın. Özünüzə aid bir otaq və boş vaxt yaradın. Ən əsası yazın. “Kişilər nə düşünər?” deyə fikirləşmədən yazın!

S[redaktə]

  • Sevdiklərimizin gözəlliyi kimi dənizin hər dalğasının fərqli bir işığı var.
  • Sevgi – qadının mövcudiyyətidir.
  • Sevmək insanları tənha edir.

T[redaktə]

  • Tərcümədə ən birinci yumor itir.

Y[redaktə]

  • Yaxşı yemək yeməyən insan yaxşı düşünə, yaxşı sevə, yaxşı yata bilməz.
  • Yalnız məndən çox əziyyət çəkən insanların olduğunu düşünmək mənə təsəlli verir və bu xəstə bir eqoistlikdir.
  • Yalnız nə vaxtsa axmaqcasına unutsansa; Mən heç vaxt səni düşünmürəm.
  • Yaşadığımız sevgilər, sevgililər həyatımızı dəyişdirir. Səhvlərlə dəyişmiş həyatımızı yenidən alt-üst edir...
  • Yaşamaq niyə uçurumun yanından keçən dar yol kimidir?!
  • Yazmaq seks kimi bir şeydir. Əvvəlcə bunu sevgi üçün, sonuncusu dostlarınız üçün və sonda pul üçün edirsiniz.

Z[redaktə]

  • Zərəri yoxdur, xəyal qırıqlığı məni cilovlayan ən yaxşı müalicədir.

İstinadlar[redaktə]