Məzmuna keç

Xaqani Şirvani

Xaqani Şirvani
Doğum tarixi 1121
Doğum yeri Şirvan
Vəfat tarixi 1199
Vəfat yeri Təbriz
Dəfn yeri Şüəra məqbərəsi
Vikipediya məqaləsi

Xaqani Şirvani (təq. 1121, Şirvan, Şirvanşahlar dövləti – təq. 1199, Təbriz, Eldənizlər dövləti) — klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağlın varsa, gücə, qızıla, nüfuza tabe olma! Qoy sənə rəhbərlik edən ancaq təmiz vicdanın olsun.
  • Bəzən dil sıyrılmış qılınca bənzər,
    Sərvaxt ol, başını bədəndən üzər.
  • Cahildir özünü tərif edənlər, "Çox bilirəm" demə, bilsən də əgər.
  • Cavanlara qocalıq yaraşmadığı kimi, qocalara da cavanlıq yaramaz.
  • Dostluqda və düşmənçilikdə ifratlığa varma.
  • Eşqdir könüldən hər dərdi silən,
    Eşqdir dünyada hər dərdi bilən.
    Eşqdir eyləyən varlığı yoxluq,
    Hər şey dərk edilirancaq eşq ilə.
  • Ədalət də eşq və şərab kimi ürəklərin pasını silər.
  • Əgər istəyirsən qəmini çəksinlər, başqalarının qəmini çək.
  • Gözəllik bir qızıldır, ömrün əlindən,
    Düşərək torpağa yox oldu birdən.
    Tapmaq həvəsilə həmin qızılı,
    Torpağı yuyuram göz yaşımla mən.
  • Heç vaxt ümidsizliyə qapılmayan adam üçün dünyada qeyri-mümkün iş yoxdur.
  • Hər bədbəxtliyə döz, ancaq kədər qarşısında baş əymə.
  • Həyat diləyirsənsə, hərəkət et. Sükut — ölümdür.
  • Xəsis yemək zamanı toyuğu hinə salar, pişiyi evdən qovar.
  • Xudpəsənd olmasan, xalq səni sevər,
    Təvazökar olan daim yüksələr.[1]
  • İçkinin başlanğıcı günah, ortası sərxoşluq, sonu fəlakətdir.
  • İnsaflı cəza yersiz təltifdən yaxşıdır.
  • İstəsən güzgütək saf olsun ürək,
    Sinəndən on şeyi atasan gərək:
    Haram, qeybət, kin, paxıllıq, tamah,
    Kibr, riya, həsəd, ədavət, kələk.[2]
  • Keçmişdir o günlər çörək üzündən,
    İkidilli olum bilə-bilə mən.
    İndi qılınc kimi kəskin dilim var,
    Qılınc sıyrılanda kəsərli olar.
    Daha məddahlıqla olmaram
    Göstərməz doğrunu əyri bu aynam.
  • Mənəm, mənəm deyib öymə özünü,
    Həmişə müxtəsər eylə sözünü. Cahildir özünü tərif edənlər,
    Çox bilirəm, — demə, — bilsən də əgər.
  • Məntiqsiz, dəlilsiz yalan danışmaq,
    Nadan adamların işidir ancaq.
  • Nə pis adamlardan yaxşılıq gözlə, nə də yaxşı adamlardan pislik
  • Nəcibdən ayrılıb nanəcibə qoşulma.
  • O insan ki, dözər dərdə, baş əyməz mərdə, namərdə,
    Onu diz çökdürə bilməz tutan dörd əllə dünyanı.
  • Özgənin əlilə adam olanlar,
    Dost qədri bilməzlər, nankor olarlar.[3]
  • Sədəf ol ki, üzün sadə ola, qəlbin gövhər kanı.
  • Sən məzlumların qayğısını çəkməsən, sənə də kimsə qayğı bəsləməz.
  • Tamah zəncirini ancaq sağlam ağıl qıra bilər.
  • Tamahını azalt hörmətin artsın.
  • Təmkinli insanlara səbir çox yaraşır.
  • Uşağa xoş gələr qırmızı, sarı,
    Kişi cummaz lələ, qızıla sarı.

Xarici keçidlər

[redaktə]

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.212
  2. "Hikmət xəzinəsindən incilər" Bakı, 2009.
  3. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005. səh.82