Yılmaz Ərdoğan
Görünüş
Yılmaz Ərdoğan | |||
Doğum tarixi | 4 noyabr 1967 | ||
Doğum yeri | Hakkari | ||
|
Yılmaz Ərdoğan — Aktyor.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Acdığını deyəndə qalx özün götür cümləsini eşidəndə, ümumiyyətlə acmaqdan imtina edər Türk insanı.
- "Adam kimi" sevməyin qadağan edildiyi bir yerdə, nə qədər sevsən o qədər ağrı çəkərsən. Sonramı? Çəkdiyin ağrıyla qalarsan…
- Anladım ki, ağaclar torpağa ağrı verdikcə böyüyürlər.
B
[redaktə]- Bədbəxtəm, Çünki hər kəs kimi saxta deyiləm və kimsə kimi rol oynamadım. Bədbəxtəm, Çünki sevmədiyim birinə "eşqim" deyib sarılmadım.
- Bəzən sən belə "vay be!" deyərsən özünə; Tək sətirlik adamları necə roman etmişəm könülümə.
- Bir eşqi paylaşmaq üçün çox gecdir, Bir paylaşmaya aşiq olmaq üçüncə tezdir.
- Bir insanı sevməklə başlayırdı hər şey.
- Bir yuxunun ən gözəl yanı səninlə oyanmaqdır. Səndən uzaq bir yuxuyla aldada bilmirəm heç bir gecəni.[1]
- Birini seviriksə sərbəst buraxacaqmışıq, dönsə bizimmiş, dönməzsə heç bizim olmayacaqmış. Göyərçin bəsləyirik sanki.
C
[redaktə]- Corab dəyişdirər kimi sevigili dəyişdirən, hər yeni əlaqədə təmiz səhifə açdım deyənlərə səslənirəm: Sizin dəftər neçə vərəqlidir ?
Ç
[redaktə]- Çirkli bir uşaq üzüyəm qapında; Amma dünyanın ən təmiz gözləriylə baxıram sənə! şəkər deyil istədiyim, ürəyini qoy ovuclarıma!
- Çox əhəmiyyətsiz hesab edirəm kimsəni, yalnız gülürəm içimdən. Ətrafımdakı insanlardan deyil, İnsan kimi görünən varlıqlar üzündən.
D
[redaktə]- Doğuşdan çarəsi olmayan bir xəstəliyim var: Hər gördüyümü insan zənn edirəm.
Ə
[redaktə]- Əvvəllər eşqindən yataqlara düşənlər varıydı, indi də eşq deyə yatağa düşənlər var.
F
[redaktə]- Fikir vermə! Eşqmi qaldı artıq.. Hər kəs gördüyünü sevər olub. Nə olduğuna deyil, nə verdiyinə baxar olub.
G
[redaktə]- Gedə bilərsən, ya da məni unuda bilərsən. Amma mən yoxmuşam kimi etsən əgər, heç olmamısan kimi davranaram!
- Gəl! gözləyirəm, Ürəyimi qır yenə, canımı yandır! daha da ağrıt hətta.. Səni başqasıyla düşünməkdən daha çox ağrıtmaz onsuz.
- Gizlətmək qabiliyyəti yüksək olan, güclü biriyəm. Hətta gözlərimdən yaşlar düşəndə belə bu iki sözü deyirəm: "Mən yaxşıyam."
- Güc kişiyə, gözəllik qadına verilir; Amma hər şeyi məğlub edən güc, bir tək gözəlliyə məğlub olur.
H
[redaktə]- Hər kişi ağıllı, gözəl, anlayışlı və onu çox sevəcək bir qadın istəyir. Yaxşı, amma adama soruşmazlarmı, bunları haqq edəcək nə etdin.
- Heç kim sevgilisinə "mənim üçün nə etdin?" deməməlidir.. 6 milyard insanin içində səni tapıb, daha nə etsin?
İ
[redaktə]- İndi sən gedirsən deyə hər kəs sənə bənzəyəcək.
K
[redaktə]- Keçirdim, xəyal qırıqlığına uğradım.
- Kədərlənmirəm.. Çünki həyatımdan çıxan heç kimin həyatımda yeri yoxdur. Düşünürəm də dəyərsizlərə bu sətirlər belə çoxdur.
- Köhnə sevgilidən qalan yaranı, günahsız bir qızla bağlamağa çalışma. Çünki bir gün o namusuyla oynanan qız, sənin qızın ola bilər.
- Küskünlüyüm həyata deyil, içindəki beş qəpik etməz insanlaradır. Bezginliyim isə, onların üzünə baxmaq məcburiyyətində qalmağımdır.
Q
[redaktə]- Qırıq hər bir parçamız. Yenə də xoşbəxtik; artıq acı çəkəcək və ya çəkməyə səbəb olacaq bir parça duyğusu belə yoxdur içimizdə.
- Qısqanclıq deyil ki bu. Mənim olanı başqasıyla paylaşa bilmərəm. Bu qədər.
M
[redaktə]- Mən gedərkən ən çox səni apardım.
- Mən də Bilirdim getmə deməyi; Amma meyitxanada yatan bir cəsədə, qalx gedirik demək kimi bir şey olardı bu.
- Mən sənin, məni sevə bilmək ehtimalını sevdim.
- Mən stəkan qırsam şikəstəm, Anam qırsa nəzərdi. Atam qırsa o stəkanın orada nə işi var.
- Məndə sənə çatacaq qədər mən qalmadı.
N
[redaktə]- Nəymiş? Birini seviriksə sərbəst buraxacaqmışıq. Dönsə bizimmiş. Dönməzsə heç bizim olmayacaqmış. Göyərçin bəsləyirik elə bil.
O
[redaktə]- O qədər yoruldum ki artıq heç bir şeyə təəccüblənmirəm.. Və vecimdə deyil heç kimsə, Nə halım varsa görməklə məşğulam.
S
[redaktə]- Sən, bir riyaziyyat bərabərsizliyində bilinməyənsən. Aydın oldu; tək buraxaraq həll edəcəyəm səni.
- Sən; Onun soruşduqlarına cavab verməyə belə tənəzzül etməzsən, O səni susdurduğunu sanar. Həyatdı..
- Sənə qovuşmaq deyil niyyətim, narahat olma! Yolda bir dilənçi görsəm pul belə vermirəm "Allah sevdiyinə qovuşdursun" deyər deyə.
- Sənin kimi olmaq variydı; Amma Allah məni "insan" olaraq yaratdı.
- Sənə baxmaq bir möcüzəni anlamaqdır.
- Səninlə qarşılaşmağım həyatımın ən böyük səhvi idi; və sırf səninlə digər tərəfdə qarşılaşmamaq üçün halal edirəm haqqımı!
- Son siqaretim kimi idin sən sevgili, qıya bilməzdim çəkməyə.. O cibimdə qırıldı, sən ürəyimdə.
- Söyləmək istəyib də söyləyə bilmədiyim çox şey var.. Kiminin üzünə kiminin gəlmişinə, keçmişinə.
T
[redaktə]- Tarakan başı qopsa belə 8 gün yaşayarmış. O da bir şeymi? Bəzi insanlar, bir ömür boyu beyinsiz yaşaya bilərkən.
Y
[redaktə]- Ya sevməyi bilmədik, ya da həddindən çox sevdik…
- Yaxşı, qəbul edirəm; uşaqkən maqnit udmuş ola bilərəm, amma bütün axmaqlar da dəmirmi uddu?
- Yaşamaq sürətli ölməyin formasıdır.
- Yazıçılıq, yazmaq: uydurmaq deyil seçməkdir.
- Yıxılıram hər keçən gün yoxluğunun üstünə.
Z
[redaktə]- Zəmanə çox dəyişdi.. Artıq qatillər öldürmədən əvvəl "özünə yaxşı bax" deyirlər.