Ömər ibn əl-Xəttab
Görünüş
(Ömər ibn Xəttab səhifəsindən yönləndirilmişdir)
Əbu Xafs Ömər ibn əl-Xəttab əl Ədavi və ya I Ömər (ərəb. أبو حفص عمر بن الخطاب العدوي القرشي;) – I xəlifə Əbu Bəkrin vəfatından sonra onun təyinatı ilə Rəşidi xilafətinin ikinci xəlifəsi və Əmir əl-möminin.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Allaha qarşı təvazökar bir həssaslıq sevgi və ürpərdi duyğuları daşımadıqca xilas olmanın faydası olmaz.
- Allahdan qorxandan başqa kimsəyə güvənmə.
B
[redaktə]- Borcunu azaltsan - azad yaşayarsan, əgər günahlarını azaldarsansa - rahat ölərsən.
C
[redaktə]- Cömərdlik olmadıqca zənginliyin faydası olmaz.
Ç
[redaktə]- Çox danışanın səhvi də çox olar. Səhvi çox olanın həyası azalar.
- Həyası az olanın utanması az olar. Utanması az olanın da ürəyi ölər.
- Çox gülənin heybəti və həyası azalar.
E
[redaktə]- Elmin olmadıqca ərdəmin faydası olmaz.
Ə
[redaktə]- Ədalət olmadıqca rəhbərliyin faydası olmaz.
- Ədəb olmadıqca zadəganlığın faydası olmaz.
G
[redaktə]- Günah və harama düşmək narahatlığıyla şübhəli şeylərdən uzaq dayanmadıqca ağılın faydası olmaz.
- Güvən olmadıqca sevincin faydası olmaz.
İ
[redaktə]- İnsanların ən cahili, axirətini başqasının dünyası üçün satandır.
- İnsanların ən pisi - Axirətini dünyası üçün satandır, daha da pisi isə Axirətini başqalarının dünyası üçün satandır.
- İnandığınız kimi yaşamazsanız, yaşadığnız kimi inanmağa başlayarsınız.
P
[redaktə]- Pis işlərimizin ən güclü şahidi vicdanımızdır.
Q
[redaktə]- Qənaət olmadıqca kasıblığın faydası olmaz.
S
[redaktə]- Sirrini saxlasan, sən ona hakim olarsan, saxlamasan, o sənə hakim olar.
T
[redaktə]- Təvazökarlıq olmadıqca yüksəlmənin faydası olmaz.
U
[redaktə]- Uca Allah Qurana uyan millətləri yüksəldir. Uymayanları alçaldır.