İnstinktlər

Vikisitat saytından
(İnstikt səhifəsindən yönləndirilmişdir)
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • “Allah”, “ruh”, “savab”, “günah”, “o dünya”, “həqiqət”, “axirət dünyası” – bütün bunlar yaramaz adamların xəstə instinktlərinin uydurduqları yalanlardır. Fridrix Nitsşe

B[redaktə]

  • Bəşəriyyətin qarşısında duran ən çətin problem bizim təcavüzkar instinktlərimizdir. İbtidai icma dövründə sağ qalmaq üçün bu instinktlərin yaranması zərurət idi və Darvinin təbii seçimi ilə irəli sürülən genetik kod səviyyəsində başımıza damğalanmışdı. İndi sahib olduğumuz bütün nüvə silahları ilə birlikdə təkamülün bizi instinktlərdən xilas etməsini gözləyə bilmərik. Stiven Hokinq

Ə[redaktə]

  • Əgər istedad təbii meyillərin inkişafıdırsa, möhkəm iradə instinktlər, maraqlar, maneələr və əngəllər üzərində iradənin qələbəsi, hər cür çətinliyi qəhrəmancasına dəf etməsidir. İradə istedaddan daha çox qürur predmeti ola bilər və olmalıdır. Onore de Balzak

İ[redaktə]

  • İnsan ağlının instinktlər qarşısında aciz olduğunu iddia edə bilərsiniz. Hətta bu iddianız haqlı çıxa da bilər. Ancaq həmin acizlikdə nəsə qəribəlik olduğunu qəbul etməlisiniz. Çünki hər nə qədər qulağa xoş gəlsə də, ağlın səsi ona söz verilənə kimi susmayacaq və saysız-hesabsız rədd cavabı aldıqdan sonra, nəhayət, müvəffəqiyyət qazanıb məqsədinə çatacaqdır. İnsan orqanizminin müəyyən həddi vardır və təcrübələr əsasında təsdiqlənmişdir ki, bu hədd aşılanda insanların əksəriyyəti sivilizasiyanın tələbləri qarşısında əzilir. Beləliklə, özlərinə əziyyət verib daha yüksək standartlara çatmaq istəyən şəxslərin nevroza yoluxma ehtimalları qat-qat çoxdur. Bu halda onların idealistlikdən imtina edib, daha az "kamil" olmağa səy göstərmələri özləri üçün daha faydalı olacaqdır. Ziqmund Freyd
  • İnsanı atəş altında qovsan, o müdrik bir canavara çevriləcək. İnsanın ağlını çətin anlarında heyvani instinktlər əvəz edir. Mixail Bulqakov
  • İnsanlar tərəfindən qəbul olunmasa da, "kişilər sevilmək istəməyən kobud məxluqlardır" və ya "kişilər hücuma məruz qalanda ancaq özlərini müdafiə edirlər" kimi fikirlərdə az-çox həqiqət vardır. Ancaq bunu da demək lazımdır ki, kişi instinktləri arasında aqressiya böyük yer tutur. Ziqmund Freyd

M[redaktə]

  • Möhkəm iradə-instinktlər üzərində, meyllər üzərində hər dəqiqə qazanılmış qələbədir. Onore de Balzak
  • Müharibə həqiqətləri insan təbiətinin mürəkkəbliyini göstərmək üçün fantastik şəkildə uyğundur. Normal şəraitdə, ümumiyyətlə necə davranacağımızı, nə istədiyimizi bilirik. Eyni zamanda, müharibə zamanı hər zaman baş verən ekstremal vəziyyətlərdə heç bir şey sadə deyil. Dəyərlərin toqquşması, çətin əxlaqi seçimlər, həyatı təhdid edən amillər, dərin gizli, şüuraltı instinktlərin, hisslərin və motivasiyaların ortaya çıxmasına səbəb olur. Bu, bir kinorejissor üçün həqiqətən də əla materialdır. Enq Li

N[redaktə]

  • Nəsil artırma və ona aid olan xüsusiyyətlər o qədər ürəkbulandırıcıdır ki, üz gözəlliyi, iştirakçıların bəzənib-düzənməsi və qarşısı alınmış instinktlər olmasaydı, təbiət insan adlanan bu növün bütövlükdə məhv edərdi. Leonardo da Vinçi

S[redaktə]

  • Sosial həyatımızda kor instinktlər həddindən artıq güclüdür və biz demək olar ki, şüursuz olaraq çox böyük əhəmiyyət verdiyimiz ənənələrə, adətlərə, qərəzli baxışlara və məqsədlərə zidd olan hər şeydən uzaqlaşırıq. Teodor Drayzer

T[redaktə]

  • Təbiətin yaradıcı gücü insanın dağıdıcı instinktlərini üstələyir. Jül Vern

Y[redaktə]

  • Yaxın gələcəkdə məni son dərəcə narahat edən və ölkəmin taleyinə görə həyəcanlanmağa məcbur edən dönüş yaranacaq ... Korporasiyaların hakimiyyətə gəlməsi ölkənin ali orqanlarında satılma və parçalanma erasına səbəb olacaq, kapital, kütlələrin ən qaranlıq instinktləri üzərində oynayaraq öz hökmranlığını təsdiq etməyə çalışacaq, bütün milli sərvətlər bir neçə seçilmişin əlində cəmləşəcək və o zaman respublikanın sonu gələcək (Linkolun həlak olmamışdan qabaq etirafı). Avraam Linkoln

İstinadlar[redaktə]