Məzmuna keç

Yohan Vilhelm Snelman

(İohann Vilhelm Snelman səhifəsindən yönləndirilmişdir)
Yohan Vilhelm Snelman
Doğum tarixi 12 may 1806
Doğum yeri Stokholm
Vəfat tarixi 4 iyul 1881
Vəfat yeri Tanskarla
Dəfn yeri Hitaniemi qəbiristanlığı
Vikipediya məqaləsi

Yohan Vilhelm Snelman (1806, Stokholm – 1881) — fin yazıçısı, diplomatı və filosofu.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bir xalqın mənəviyyatını öz dilindən başqa dildə necə ifadə etmək olar?
  • Bizim kiçik millətimiz böyük qonşularından daha yüksək sivilizasiyaya sahib olanda təhlükə sovuşmuş olacaq.
  • Dil insanı təkcə vətəni ilə deyil, bütün tayfası ilə bağlayır.
  • Əgər gəncliyin mənəviyyatını becərilməyən əkin sahəsi kimi öz ixtiyarına buraxsanız, orada gicitkən və tikanlar bitər.
  • Gəncliyin ruhunu istifadə edilməyən bir tarla kimi özbaşına qoysanız, orada gicitkanvə tikandan başqa bir şey tapa bilməzsiniz.[1]
  • Həqiqətin mahiyyəti ondan ibarətdir ki, o, müxtəlif inanclar arasında mübarizənin nəticəsidir.
  • Xalqın torpağı onun tarixi, dili isə cənnətidir. Fərdlər kimi xalqlar da öz taleyində günahkardırlar; günahı öz quraqlığından axtarmaq istəmədən sağa-sola itələdikdə isə zəiflik göstərilir.
  • Kainat Tanrı ideyasıdır.
  • Kobud söyüşlərlə danışmaq, itlərin hürməsindən də pisdir. Söyüş söymək mədəniyyətsizliyin göstəricisidir.
  • Millətlər başqa millətlər üçün özlərini qurban vermirlər.
  • Reallıq indikidir. Bir insanın həyatında olduğu kimi, xalqın həyatında da bu gün keçmişlə gələcəyi birləşdirir.
  • Tarix bizə təsəlli verir, çünki həqiqətən müstəqil olmaq istəyən bir xalq həmişə özünü müdafiə etmək gücünə malikdir.
  • Vətən üçün yaşamaq, ölkənin inkişafı və yüksəlməsi üçün çalışmaq da onun yolunda ölmək qədər şərəflidir!
  • Yalnız gəncliyin xəyallarında millətlər bir-birinin xeyrinə çalışırlar.
  • Yüksəlməyin nərdivanı beş pillədir:yaxşılıq, dürüstlük, çalışmaq, elm və sevmək.
  • Ziyalı olmaq dəbə uyğun paltar, papaq geyinmək demək deyil. Ziyalılar xalqın beynidir. Xalqımız sizi yaxşı təhsil aldıqdan sonra yüksək gəlir əldə edib, gecələr əylənəsiniz deyə o mövqeyə gətirməyib. Belələri həqiqi ziyalı ola bilməzlər. Onlar korlanmışlar. Təhsil alanların hamısı milli düşüncəni inkişaf etdirməyə, milli ruhu oyandırmağa, milli iradəni gücləndirməyə məcburdurlar. Kəndlilərə, işçilərə, xalqın aşağı təbəqələrinə daha yaxşı mövqeyə necə yüksəlmək lazım olduğunu öyrədin! Xalqımıza var olmağın dəyərini bilməyi və qorumağı öyrədin. Qıraq torpaqlarımızda hər kəndlinin, hər işçinin insan kimi daha sağlam, daaha xoşbəxt, daha ağıllı bir həyat yaşaya bilmək imkanlarını izah edin!
Xalqımıza necə çalışmaq lazım olduğunu öyrədin! Az xərclə daha möhkəm yaşayış binalarını necə inşa etməyi göstərin! Özlərinin və uşaqlarının necə qoruna biləcəklərini öyrədin! Xoşbəxt bir ailə həyatını necə qurmaq lazım olduğunu, qadının kişiyə, kişinin qadına necə davranmalı və uşaqlarını necə tərbiyə etməli olduqlarını başa salın.
Xalqımıza hər işi vaxtında görmək, nizamlı və intizamlı olmaq vərdişini aşılayın! Özlərinin və başqalarının hüquqlarına hörmətlə yanaşmağı öyrədin! Bütün bu işlərdə özünüz şəxsən hər kəsə nümunə olun! Özünüzə və xalqa yol göstərin!
Bütün Suomini böyük bir ailə kimi qəbul edin. Bütün ölkəyə də elə o gözlə baxın. Unutmayın ki, ən yoxsul kömürçü, satıcı, qulluqçu və dul qadın və eyni zamanda da hamısı birlikdə fin xalqını təşkil edir. Onlar sizin qardaşlarınız, həmvətənlərinizdir. Onlara təhsil vermək, onları mədəni, sivilizasiyada daha qədim olan millətlərin sırasına daxil etmək sizin vəzifələrinizdir.
Unutmayın ki, xalqın cəhaləti, kobudluğu, içki düşkünü olması, xəstəliyi, səfaləti, əxlaqsızlığı və ümumiyyətlə bütün mənfi xüsusiyyətləri sizin utancınız və günahınızdır. [2]

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.155
  2. Qriqoriy Petrov. Ağ zanbaqlar ölkəsi. Bakı, 2017, səh.20-21

Xarici keçidlər

[redaktə]