Şeytan
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adam adamın şeytanıdır. Azərbaycan atalar sözləri
- Ağrı hiss etməmək duyğuların kəsilməsi deməkdir; hər coşğu şeytanla bazarlıqdır. Çarlz Bukovski
- Allah üç şər-xəta yaratdı: keşiş, şeytan və keçi. Rus atalar sözləri
B
[redaktə]- Bir işi görmək istərkən əvvəlcədən düşünüb-daşınmaq, götür-qoy etmək Allahın məsləhətidir, tələm-tələsikliyə yol vermək şeytan fitnəsidir. Məhəmməd peyğəmbər
- Biz elə bir məxluqlarıq ki, bəzən mələklər insan olmadıqlarına görə üzülür, bəzən də şeytanlar insan olmadıqlarına görə şükür edirlər. Mövlana Cəlaləddin Rumi
- Bu dağlıq diyarda, şeytanlar məskəni olan dağlarla adamlardan təcrid olunduqları və öz qəbilələrinin təhdidlərindən qorxmadıqları bir ölkədə anlaşılmazlıq hökm sürdüyü dünya üçün onlar daha neyləməli, hansı qurbanlar verməlidirlər? Uilyam Qoldinq
- Bütün İncil sistemində şeytan həm Ata Allahdan, həm də Oğul Allahdan daha hiyləgər və güclüdür: o, həmişə onların planlarının qarşısını almağa müvəffəq olur və Ata Allahı öz sevimli Oğlunu ölümə məcbur etmək zərurətinə çevirməyə müvəffəq olur. Şeytanın bəşəriyyətə etdiyi pisliyi düzəltmək üçün, xristianlıq həqiqi manixeyizmdir, burada hər bir üstünlük pis prinsipin tərəfindədir, o, öz tərəfdarlarının çoxluğu ilə İlahinin bütün məqsədlərini puç edir. Pol Anri Holbax
E
[redaktə]- Ehtiyac şeytanı məcbur edər ki, milçəyi də udsun. Alman atalar sözləri
- "Elmdən əvvəlki günlər" adlandırdığımız dövrlərdə insanlar yuxuların yozulmasında heç də çətinlik çəkmirdilər. O vaxtlar yuxular cin və şeytan kimi xəbis ruhların, yaxud mələk və Tanrı kimi müqəddəs qüvvələrin ifadə tərzi kimi qəbul edilirdi. Ancaq elmi düşüncənin yaranması və yayılması ilə birlikdə bu mitalogiya psixologiya ilə əvəz olundu. Müasir dövrümüzdə yuxunun insanın ruhi fəaliyyət olduğundan şübhələnən savadlı şəxslərin sayı çox azdır.[1] Ziqmund Freyd
H
[redaktə]- Harada şeytan müvəffəqiyyətsizliyə uğrasa oraya qadın göndərərlər. Rus atalar sözləri
İ
[redaktə]- İnsanlar günahları ilə öyünüb savablarıyla lağ edirlərsə, şeytan ürəklərində təvaf edir deməkdir. Mövlana Cəlaləddin Rumi
Q
[redaktə]- Qadını Allah gözəl yaradır, şeytan isə onu sevdirir. Viktor Hüqo
- Qəzəb od, qəzəb fəlakət, qəzəb şeytandır, oğul! İnsanoğlu dağları devirər, ancaq qəzəbinə məğlub olar. Qəzəb mənəm-mənəmliyin qidasıdır. Mənəm-mənəmlik olan yerdə iradə çəkilib gedər. İradəsiz insanın isə ruhu ölüdür. Şeyx Ədabali
- Qəzəb şeytan amalıdır və həmişə peşimançılıqla qurtarır. Corc Herbert
M
[redaktə]- Məncə, şeytan deyə bir şey gerçəkdə yoxsa, insanoğlu onu uydurmuşsa, özünə baxaraq, özünü nümunə götürərək uydurmuşdur. Fyodor Dostoyevski
Ş
[redaktə]- Şeytan bizimlədir, birlikdə qazanacağıq. İosif Stalin
- Şeytan, işlərini etdirmək üçün işsiz əlləri seçər. İsak Vots
- Şeytan özü öz qulluğundadır. Aqata Kristi
- Şeytan, şeytan olduğuna görə çox bilmir, şeytan qoca olduğuna görə çox bilir. İspan atalar sözləri
- Şeytana papış tikir, başına da deşik qoyur. Azərbaycan atalar sözləri/Ş
- Şər nə qədər görünməzdirsə, o qədər də qorxuludur. Şeytanın başının üstündə “şeytan” yazısı gəzdirmir. Mel Qibson
- Şeytanda insandakı xüsusiyyətlərin biri xaric hamısı vardır. Şeytanda əskik olan tək nemət eşqdir. Şeytanın insan dözə bilməməsi eşqsizliyindəndir. Şəms Təbrizi
T
[redaktə]- Tələsik işə şeytan qarışar. Türk atalar sözləri