Ravi Şankar
Görünüş
(Şri Şri Ravi Şankar səhifəsindən yönləndirilmişdir)
Ravi Şankar | ||||
Doğum tarixi | 13 may 1956 | |||
Doğum yeri | Thanjavur district | |||
|
Şri Şri Ravi Şankar — Hindistanın tanınmış ictimai xadimi, "Həyat İncəsənəti" beynəlxalq təşkilatının yaradıcısı. 2004, 2006-cı illərdə onun Nobel mükafatına namizədliyi irəli sürülmüşdü. 2009-cu ildə isə "Forbes İndia" jurnalı Şri Şankarı Hindistanın 5 dünya şöhrətli simasından biri seçmişdir.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
H
[redaktə]- Heç yerə tələsmək lazım deyil. Özünü rahat hiss etdiyin yerdə qal. Narahatlıq hiss etdiyin an olduğun məkanı tərk et, ürəyinin səsi apardığı yerə get. Yadda saxla, axtardığını tapmaq üçün məkanı cismən tərk etməyə gərək yoxdur. Bu çox incə sərhəddir. Açarı tapmaq üçün fiziki deyil, mənəvi məsafə qət etməlisən.
- Hər kəsi, hər şeyi təbəssüm və sevgi ilə qarşıla. Amma heç vaxt əbədiyyətə qədər sağollaşma, çünki hadisələrin bitmə nöqtəsi olmur. "Çox sağ ol, növbəti görüşümüzədək" de.
- Hər şeyə birdən sahib olmağa cəhd etmə. Hətta heç nə yoxdur deyə zənn etdiyin anda mütləq nə isə var. Çatışmayanları isə dost, doğma, hətta həyatından keçən yad tanış əli sənə verəcək. Mülayim və bol səbirli ol.
- Hinduizm din deyil; bu, minlərlə Rişinin yazdığı həyat tərzidir. Bu elə demokratik bir dindir ki, hər kəs istədiyini düşünmək, yazmaq və ya demək azadlığına malikdir. İçimizə gələn başqa bir fəlsəfəyə qarşı bizim heç bir etirazımız yoxdur. Müqəddəs Kitabın öz tədqiqatımızın bir hissəsi olmasına qarşı deyilik. Burada heç kim "İncil oxusan, cəhənnəmə gedəcəksən" deməyəcək. Bu, həyata inklüziv baxış tərzidir və bu gün dünyada bizə lazım olan budur. Dünyanın hər yerindən yemək götürməyə, dünyanın hər yerindən musiqi dinləməyə etirazımız yoxdur. Beləliklə, biz də müdrikliyi qloballaşdırmalıyıq.
İ
[redaktə]- İnsanlara, kosmosa, Tanrıya (istədiyiniz kimi adlandırın) qucaq aç. İnan ki, həyatındakı bütün dəyişikliklər müsbət şəkildə irəliləyir. Ən ümidsiz anın özü belə yeni həyatın toxumudur. İnsan heç vaxt itirəcəyi və tapacağı nöqtəni təxmin edə bilmir.
- İnsanları və hadisələri idarə etməyə çalışma. Plan qurma, gözləmə, arzulama, inadını xəfiflət. Ətalət dolu fasiləyə tab gətirməyi öyrən. İnsanların sənə doğru addım atmasını, hadisələrin baş verməsini gözlə. Əmin ol, onlar səni təsadüfən seçmirlər.[1]
Ö
[redaktə]- Özünə özün, başqasına başqası olmaq azadlığı verməkdən qorxma. Unutma, hər kəsin öz yolu və həyat dərsləri var. Yolunuz kəsişirsə, sevin. Amma yolayrıcında da üzülmə. Demək hər ikiniz üçün xeyirlisi budur.
S
[redaktə]- Sevgi emosiya deyil. Bu, sənin varlığındır.
Y
[redaktə]- Yeni libas geyinmək üçün köhnəni soyunmalısan. Köhnə çərçivələrin içərisində sıxılaraq yenilik və dəyişikliklərdən xəbər tuta bilməyəcəksən. Şüurunu elastikləşdir. Kürəkləri idarə etməyi öyrənmədən qayığı dəyişmək mənasızdır.