Məzmuna keç

Əbül Fərəc

Əbül Fərəc
Doğum tarixi 1226
Doğum yeri Malatya
Vəfat tarixi 30 iyul 1286
Vəfat yeri Marağa
Dəfn yeri Mar Mattai monastery
Vikipediya məqaləsi

Əbül Fərəc ibn Harun (1226–1286) — Marağa rəsədxanasında da çalışmış xristian mənşəli Suriya tarixçisi, yakovit patriarx, xristianlığı qəbul etmiş və yəhudi millətinə mənsub olan Yuhanna Qriqori — Qərb mənbələrində işlədiyi rəsədxananın adı ilə — Bar-Ebrey, Şərq mənbələrində isə Əbül Fərəc ibn Harun adı ilə tanınır.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Daş-qaş əvəzinə özünə bilik yığsan daha çox tanınarsan, ən qiyməli daşı salıb itirə bilərsən, ən sadə biliyi səndən heç kəs ala bilməz.
  • Əqli-kamalı olmayan qəlb ölüdür. Onu əgər elmlə zənginləşdirsən, üstündə yağış yağmış xam torpaq kimi canlanar.
  • Gil qabın möhkəmliyini səsi ilə yoxlayan kimi, insanı da ağzından çıxan sözü ilə yoxlayarlar.
  • Həddindən artıq canfəşanlıq olan yerdə yalan olur.
  • Hərislik mərhəmətsizliklə əkizdir, mərhəmətsizlik hərisliyi doğurur.
  • Həzm olunmayan yemək onu yeyən adamı yeyir.
  • Hiyləgər adam sıyrılmış qılınca bənzəyir.
  • Xoşbəxt o adamdır ki, özgənin günahlarını saymağa vaxt itirməyib, öz şəxsi qüsurlarını düzəltməklə məşğuldur…
  • O adam ki, özünə lazım olduğundan artıq pul yığmağa can atır, o, pulu özgəsi üçün yığır.
  • Özünü qarınqululuğun və əxlaqsızlığın torundan qoruyan adam-əsl qüvvərli adam hesab olunur.
  • Özünü ləyaqətlə aparan adam vicdan əzabından azaddır.[1]
  • Təlim ağıllı adamın ağlını artırar.
  • Səbirsizlik və laqeydlik yalnız hərəkətlərdə deyil, həm də sözdə də özünü göstərir.
  • Sərxoşluq — bütün pis adətlərin anasıdır.
  • Suyun çoxluğu əkinə zərər verdiyi kimi, yeməyin də çoxluğu bədənə zərər verir.
  • Yaxşı yuxu, yumşaq qarın və tərləmə — uzun ömrün şərtləridir.

İstinadlar

[redaktə]
  1. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005. səh.127