Məzmuna keç

Əli Yusif

Əli Yusif
Doğum tarixi 1 yanvar 1900
Doğum yeri Şuşa
Vəfat tarixi 18 avqust 1937
Vəfat yeri Daşkənd
Dəfn yeri bilinmir
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Azǝrbaycan gǝnci! Bu gün sǝnin gǝnc cümhuriyyǝtin bir yaşını bitirir. Kim bilir, tarix ilahının tövqiylǝ [kömǝyilǝ] qaç, bǝlkǝ yüzlǝr, minlǝrcǝ sǝnǝlǝr sǝn bugünkü gündǝ bayrağını götürüb sǝmimi bir sevinc, haqlı bir vüqar ilǝ istiqlal aldığın bu günü xatırlayacaqsan…
  • Azǝrbaycan gǝnci! İftixar et, qardaşım! Oğuz xan nǝsli arasında birinci olaraq ǝn mǝdǝni üsuli-idarǝyǝ, cümhuriyyǝt üsuluna nail olan yenǝ sǝnsǝn.[1]
  • Bu gün hər birimizi bir məfkurə, bir ideal ruhlandırmalıdır: istiqlal. Hangi əqidədən, partiyadan, klubdan olursaq, yenə də bizi bu müqəddəs, ümidverici kəlmə birləşdirməlidir. İstiqlal dedikdə, artıq bütün mənsubiyyətlər, siyasi məsləklər ortadan qalxaraq, yalnız müstəqil Azərbaycan qalır ki, onu yaşatmağa hamımız namusumuzla borcluyuz.[2]
  • Ey ixtiyar yunan müvərrixi, sən Prometeyin alovu gətirdiyi üçün Qafqaziyada edam edildiyinə hökm edərkən, şübhəsiz Azərbaycanın tǝbii atəşkədələrindən bixəbər deyildin. Bax, bu gün yenə atəşkədədən nur doğur. Fəqət, şimdiki nur vəhdət, həqiqət, hürriyyət nurudur. Bir zamanlar Şərqin atəşpərəstləri ziyarət üçün Azərbaycanın Suraxana atəşkədələrinə gəlir, onu təvaf edirdisə [başına dolanırdısa], imdi də həmin Şərqin bütün əsir, zəlil millətləri Azərbaycanın hürriyyət və istiqlalını, Cümhuriyyətini təqdisə [sitayiş etmǝyǝ; ǝzizlǝmǝyǝ] gələcəkdir.[3]
  • Qoy istiqbal müvərrixi [gələcəyin tarixçisi] bizi yazarkən “Denikinə tabe oldular” deyə deyil, “Denikin onların cəsədləri üstündən keçdi” deyə yazsın. Əgər həpimiz doğrudan bu qərara gələrsək, əmin olalım ki, kibirli generalın macərapərəstlərdən ibarət “ordusu” qarşımızda sühulətlə [asanlıqla] məhv olub xam xəyalından əbədilik əl çəkəcəkdir.[4]

İstinadlar

[redaktə]

Xarici keçidlər

[redaktə]