Aşıq Kamil
Görünüş
| Aşıq Kamil | |||
| Tam adı | Kamil Şamil oğlu Zülfüqarov | ||
| Doğum tarixi | 1 may 1929 | ||
| Doğum yeri | Boranıkənd, Salyan | ||
| Vəfat tarixi | 7 dekabr 2004 (75 yaşında) | ||
| Vəfat yeri | Salyan | ||
| Dəfn yeri | Salyan | ||
|
| |||
Aşıq Kamil (tam adı: Kamil Şamil oğlu Zülfüqarov; 1 may 1929, Boranıkənd, Salyan — 7 dekabr 2004, Salyan) — Azərbaycan ustad aşığı, Şirvan aşıq məktəbinin nümayəndəsi, Salyan Rayon Mədəniyyət Evi "Kür" Aşıqlar Ansamblının bədii rəhbəri (1980), Azərbaycan Gənclərinin III Ümumrespublika "Çiçəklən, bizim Azərbaycan!" Festivalının laureatı (1962), Azərbaycan LKGİ mükafatı laureatı (1978), Azərbaycan Aşıqlarının IV Qurultayının nümayəndəsi (1984) və Azərbaycan Aşıqlar Birliyinin üzvü (1984).
| A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Z
[redaktə]Haqqında deyilənlər
[redaktə]- Aşıq Ağababa Bədəlov — "Mən Aşıq Kamildən çox şey öyrənmişəm. Aşıq üslubunda çalıb oxumağı mənə o öyrədib. Aşıq olmaq üçün gərək şagird olasan. Bu sənətin min bir əziyyətinə qatlaşan aşıq ola bilər. Kamil bildiyini öyrədən sənətkardır. Fəxrlə deyə bilərəm ki, belə bir sənətkarın şagirdi olmuşam."[2]
- Əliməhəmməd Əmrahov ("Cəngi" xalq kollektivinin konsertmeystri) — "Mən onu balabanda çox müşayiət etmişəm. Hər sənətdə olduğu kimi aşıq sənətinin də öz incəlikləri var. Aşıq Kamil onu duya və tuta bilir. Sözü yerində tutarlı deyir."[2]
- Lətif Zərbəliyev (Salyan Rayon Mədəniyyət Mərkəzinin direktoru) — "…Onu lap kiçik yaşlarımdan tanıyıram. Onu danışdığı dastanları, oxuduğu aşıq mahnılarını lentə köçürüb evimdə əziz xatirə kimi qoruyub saxlayıram. Aşıqla tanışlığım 25 il bundan əvvələ təsadüf edir. Xalam oğlu Aşıq Ağababa Bədəlov onun şagirdi olub. O, tez-tez onlara gələrdi, dastanlar, el oxumaları öyrədərdi ona."[2]
- Mələkxanım Eyubova (Azərbaycanın xalq artisti, xanəndə) — "…Atam Şirvanda bütün sənətkarla dost idi. Gözümü açandan evimizdə musiqi səsi eşitmiş, evimizi sənətkarla dolu görmüşəm. Kimlər olmamışdı ki, bizim evdə: Hacı Məmmədov (tarzən), Arif Babayev (xanəndə), Aşıq Qurbanxan, Aşıq Kamil, Aşıq Şakir… Evimizdə hərənin öz hörməti, öz yeri var idi."[3]
- Yavər Cəbrayılov (Əməkdar mədəniyyət işçisi) — "…Aslan İlyasovun (qarmon ifaçısı) uşaqlıq çağından ən böyük şahidlərindən, ustadı Aşıq Kamildir."[4]
İstinadlar
[redaktə]- ↑ "Gündoğar" qəzeti №2 (5769). 8 yanvar 1993. səh.1
- ↑ 2,0 2,1 2,2 "Һәр сәнәтин вар әзабы"."Ҝүндоғар" гәзети № 29 (5947) 30 avqust 1996. səh.4
- ↑ Seyfəddin Qəniyev "Adım Aşıq Şakir, mahalım Şirvan" 2001 Bakı, Nurlan nəşriyyatı. səh.122
- ↑ Aslan İlyasovun yaradıcılıq gecəsi 1994, çıxış edir Yavər Cəbrayılov, Aşıq Kamil Zülfüqarov dəq.05:30
