Abbas Səhhət

Abbas Səhhət
Tam adı Mehdizadə Abbas Əliabbas oğlu
Doğum tarixi 1874
Doğum yeri Şamaxı
Vəfat tarixi 11 iyul 1918
Vəfat yeri Gəncə
Vikipediya məqaləsi

Mehdizadə Abbas Əliabbas oğlu — (1874, Şamaxı - 11 iyul 1918, Gəncə) - şair, yazıçı, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • A hürriyyət! A münfərid əməlim,

İştə sənsən səadəti bəşərin.

B[redaktə]

  • Biz dünyanı dilimiz vasitəsi ilə öyrənirik, dilimiz vasitəsi ilə tərbiyə tapırıq.[1]

E[redaktə]

  • Elmdir cümlə sənətin dəyəri, Elmsiz sənətin nədir səməri?
  • Elminə güvənmə hər kişinin,

Bağlıdır, bəxti, rəvacı işinin.

O[redaktə]

  • Oxuyaq, elm oxumaqlıq dəmidir,
    İndi aləmi dəxi elm aləmidir.

S[redaktə]

  • Sən mükafatını insanlığa xidmətdə ara,
    Ədəbi zövqü, təsəllini həqiqətdə ara.

Ş[redaktə]

  • Şair oldur ki həqiqətlərə dildadə ola,
    Şairin fikri, xəyalı gərək azadə ola.
  • Şişə çəksəz də diriykən ətimi,
    Atmaram mən vətənü millətimi. [2]

U[redaktə]

  • Uçma alçaqlara, sən tairi - ülviyyətsən,

Qaç əsarətdən, əgər aşiqi-hürriyyətsən.

V[redaktə]

  • Vətənim verdi mənə nanü-nəmək,
    Vətəni məncə unutmaq nə demək.
  • Vətənin sevməyən insan olmaz,
    Olsa, o şəxsdə vicdan olmaz.[3]

Y[redaktə]

  • Yayda işlə, qışda dişlə.

Mənbə[redaktə]

  • Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.

Xarici keçid[redaktə]

Vikianbarda Abbas Səhhət ilə əlaqəli mediafayllar var.

İstinadlar[redaktə]

  1. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh. 314.
  3. "Hikmət xəzinəsindən incilər" Bakı, 2009.