Məzmuna keç

Abraham Maslau

(Abraham Maslov səhifəsindən yönləndirilmişdir)
Abraham Maslau
Doğum tarixi 1 aprel 1908
Doğum yeri Bruklin
Vəfat tarixi 8 iyun 1970
Vəfat yeri Menlo Park
Dəfn yeri Mount Auburn Cemetery
Vikipediya məqaləsi
Təhsilin məqsədlərindən biri də həyatın dəyərini öyrətmək olmalıdır.

Abraham Maslau (1 aprel 1908 - 8 iyun 1970) - Amerikalı psixoloq



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bəli, tarazlıq və harmoniya yaxşı ola bilər, çünki ağrıları azaldır; amma bəlkə də pisdir, çünki daha yüksək ideala doğru irəliləyişinizə mane olur.
  • Bir ehtiyacın ödənilməsi digərini yaradır.
  • Çətinliyin aradan qaldırılması prosesində bir fikrə sahib olmaq yalnız başlanğıcdır.
  • Ən yetkin insanlar, əylənməyi və yumoru daha çox bacaranlardır.
  • İnkişafa və irəliləməyə ağrı və münaqişə yolu ilə nail olmaq olar.
  • İnsanın əsl kimliyini ortaya qoymayan təhsil nəticəsiz qalır.
  • İnsanın sevilməyə və hörmətə ehtiyacı həqiqətə olan ehtiyacı qədər müqəddəsdir.
  • Mükəmməl bir insan olmaq və ümumiyyətlə insan olmaq, eyni zamanda insanlığı və özünü tanımaq üçün səy tələb edir.
  • Öyrənmək bir ömür sürə bilər.
  • Sahib olduğunuz tək şey bir çəkicsə, hər şeyi bir mismar olaraq görməyə başlayarsınız.
  • Şübhəsiz ki, insan qorxaq, qəzəbli və əsrarəngiz düşməndən daha çox hamının heyran olduğu və başa düşdüyü bir dostu ilə daha yaxşı ünsiyyət qura bilər.
  • Təhsil, necə böyüməyi öyrənmək, hansı istiqamətdə böyüməyi öyrənmək, nəyin yaxşı ilə nəyin pis olduğunu öyrənmək, nəyi seçməyi və hansını seçməyi öyrənmək üçündür.
  • Təhsilin məqsədlərindən biri də həyatın dəyərini öyrətmək olmalıdır.
  • Tək alətiniz çəkicdirsə, hər problemə mismar kimi baxmağa meyllisiniz.
  • Uşaqlara maraq göstərməyi öyrətmək lazım deyil.
  • Ümumiyyətlə ən mükəmməl olduğumuz anlarda özümüzün gözümüzə çarpmasından qorxarıq.
  • Yaxşı cəmiyyət, fəzilətin mükafatlandırıldığı cəmiyyətdir.

İstinadlar

[redaktə]