Məzmuna keç

Asiyalılar

(Asiyalı səhifəsindən yönləndirilmişdir)



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Аsiyаlı və аvrоpаlı əcdаdlаrımızdаn bizə irs qаlаn irqi, mədəni, əxlаqi və sоsiаl kоnsеpsiyаlаr həmvətənlərimizə, оnlаrın istеdаd və rifаhınа hörmətdən kеçməklə hər şеyi qəbul еtməli və еhtirаm göstərməlidir. Pirаmidаnı öz şəxsi şərəfin üzərində qurmаq yоlvеrilməzdir. Nə qədər ki, biz şəxsi və milli аdətlərimizi möhkəm sаxlаyırıq, bizim həyаt еnеrjimizi sümürən təmtərаqlı özünüsеvmə оyunlаrının qurbаnı оlmаmаlıyıq. Atilla
  • Bəzi amerikalılar və ya avropalılar Yaponiyanı Asiyanın həqiqətən amerikalaşdırırlmış, yaxud avropalaşdırılmış birinci ölkəsi sayırlar. Qərbdə çoxları son yüz il ərzində Yaponiyada baş vermiş dəyişiklikləri göstərərək belə hesab edirlər: yaponların özləri də o qədər dəyişmişlər ki, amerikalılara və ya avropalılara oxşamağa başlamışlar, yalnız coğrafi təsadüfə görə yaponlar asiyalı sayılırlar. Lakin bu obraz yanlış təsəvvürdür, yapon həyatının bəsit hadisələrinin təcəssümüdür. Mahiyyəti isə yapon mədəniyyətində və tarixində dərin kök salmış baxışlardan, adətlərdən, vərdişlərdən, qaydalardan doğur. Yapon ənənəsinin özəyi əvvəllər olduğu kimi yenə də yaponların gündəlik həyatına , ölkənin siyasətinə istiqamətverici təsir göstərir. Bu özək xarici təsirlərə məruz qalmışdır. Qərbin təsiri Yaponiyanın simasını dəyişdirmiş, lakin yaponların beyninə və qəlbinə girə bilməmişdir.
    • H.Riçard ,“Yaponiya: obraz və gerçəklik”. Nyu-York, 1969.
  • Liberal Amerika və mühafizəkar Amerika yoxdur, Amerika Birləşmiş Ştatları var. Qara Amerika və ağ Amerika, Latın Amerikası və Asiyalılar Amerikası yoxdur, Amerika Birləşmiş Ştatları var. Barak Obama

İstinadlar

[redaktə]