Ata

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Arvadın hörməti ərinə görə, oğlun izzəti atasına görə, şagirdin biliyi müəlliminə görə, ordunun gücü sərkərdəsinə görə müəyyən edilir. Kəlilə və Dimnə
  • Ata-ana bədəni, müəllim ürəyi yaradır. Monqol atalar sözləri
  • Ata-ananın borcu övladlarına, hər şeydən əvvəl, vicdanlı olmağı öyrətməkdir. Nəsirəddin Tusi
  • Ata-ananın övlada məhəbbəti təbii, övladların ata-anaya məhəbbəti isə iradidir. Nəsirəddin Tusi
  • Ata olduqdan sonra görəcəksiniz ki, öz xoşbəxtliyinizdən çox, uşağınızın xoşbəxtliyi ilə xoşbəxt ola bilərsiz. Onore de Balzak
  • Ata olmaq asandır, atalıq etmək çətin. Vilhelm Buş
  • Ata olmaq xoşuma gəlir. Ata olmaq insana özünü gənc hiss etdirir. Bu imkan verir ki, həyata yenidən başlayasan, həyata başqa tərəflərdən də baxa biləsən. Mel Qibson
  • Ata torpağı ələk-vələk edir, oğul əkir, nəvə varlanır. Fin atalar sözləri
  • Atam məni bu dünyaya gətirib, amma müəllimim isə mənə bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərib. Aristotel
  • Atanın fəzilətləri, uşaqların sərvətidir. Anatol Frans
  • Atanın gizlədiyi şey, oğuldan ortaya çıxar. Nitsşe
  • Atalarınızla yaxşı rəftar edin ki, uşaqlarınız da sizinlə yaxşı rəftar etsin.[1]İbn Sina
  • Atasına hörmət edən adamın ömrü uzun olar. Ərəb atalar sözləri
  • Atasız uşaq tavansız ev kimidir. Afrika atalar sözləri

B[redaktə]

  • Bir ata yüz müəllimə bərabərdir. Corc Herbert
  • Bir ata yüz övlada baxar, yüz övlad bir ataya baxa bilməz. Qabriel d'Annunzio
  • Bir atanın uşaqlarına edə biləcəyi ən böyük yaxşılıq onların analarını sevməkdir. T.Hesburq

Ə[redaktə]

  • Ən pis atalar kimlərdir bilərsinizmi? Gəncliklərində etdiklərini unudanlar. Denis Didro
  • Ən son atalar eşidər, ən son qərarı da atalar verir. Erkan Cantürk

H[redaktə]

  • Hər bir ata istəyir ki, onun edə bilmədiklərini oğlu həyata keçirsin. İ.Hote.

İ[redaktə]

  • Insan atasına borclu olmağını ancaq özü ata olduqdan sonra bilər. (Höte)

K[redaktə]

O[redaktə]

  • Oğlunun davakarlığı ilə fəxr edən ata axırda ağzıqanlı qalar. Fars atalar sözü

U[redaktə]

  • Uşağa yaradan yox, tərbiyə verən atadır. [2] Menandr

Y[redaktə]

  • Yalnız həyat verən deyil, həyat verib haqq edən, ata adını daşıya bilər. Fyodor Dostoevski

İstinadlar[redaktə]

  1. Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014
  2. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005