Axmaqlar
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adətən, siz deyirsiniz ki, Allah hər şeyi insanlar üçün yaradıb. Müdriklər üçün? O halda, o bu qədər az adam üçün nə qədər böyük səy göstərib. Yaxud, axmaqlar üçün? Əgər bütün axmaqlar ən çox axmaq oduqlarına görə bədbəxt insanlardısa, o zaman Allah nəyə nail olub? Mark Tulli Siseron
- Axmaqlar bazara getməsəydi çürük mallar satılmazdı. İspan atalar sözləri
- Axmaqlar düşündüyümüzdən azdır; insanlar bir-birlərini sadəcə olaraq başa düşmürlər. Lyuk de Klapye Vovenarq
- Axmaqlar düşünür ki, vətənlərini Amerika mandatına, Britaniya protektoratına buraxmaqla xilas olacaqlar. Onlar öz rahatlıqlarını təmin etmək üçün tarix boyu davam edən bir vətən və türk istiqlalını fəda edirlər! Mustafa Kamal Atatürk
- Axmaqlar ən çox müdriklikdən, vicdansızlar isə vicdandan dəm vururlar. Paul Ernest
- Axmaqlar heyran olur, ağıllı insanlar isə razılıq ifadə edirlər. Aleksandr Pop
- Axmaqlar kütlə ilə gəzərlər. Yapon atalar sözləri
- Axmaqlar olmasaydı. ağıllılara baxan olmazdı. Assuri atalar sözləri
- Axmaqlar öz təcrübələrindən öyrəndiklərini söyləyirlər, mən isə başqalarının təcrübəsindən öyrənməyə üstünlük verirəm.[1] Otto fon Bismark
- Axmaqlar özlərini ağıllılar sırasına aid etməsəydilər, ağıllı adamlar tənha olardılar. Lyuk de Klapye Vovenarq
- Axmaqlar, sərxoşlar və Amerika üçün xüsusi bir ilahi ədalət var. Otto fon Bismark
- Axmaqlar suvarılmır: özləri böyüyürlər. Tomas Fuller
- Axmaqlar utancaq olmur, baxmayaraq ki, utancaqlıq axmaqlığın hər cür növünü qəbul edir. Jan Jak Russo
- Axmaqlar üçün dərman yoxdur. Yapon atalar sözləri
- Axmaqlar və dəlilər adətən həqiqəti söyləyirlər. Robert Berton
- Axmaqlar və gönüqalınlar günahın əzabını hiss etməzlər. Vasili Suxomlinski
- Axmaqları xüsusi olaraq yetişdirmirlər, onlar özləri yetişir. Tomas Fuller
- Axmaqların davranışına nəzarət edin. Çanakya
- Axmaqlarla fikir mübadiləsi aparmaq korlar üçün şam yandırmaq kimi bir şeydir. Pyer Büast
- Axmaqlarla mübahisə etməyin. Çanakya
- Axmaqlıq, axmaqlığın edilməsindən yox, onu ört-basdır edə bilməməkdən ibarətdir. İnsanların hamısı səhvə yol verir, amma axmaqlar onu hamıya nümayış etdirdikləri halda, müdriklər öz nöqsanlarını gizlədirlər. Reputasiya gözə nə göründüyündən çox, nələrin ört-basdır olunduğundan asılıdır. Əgər xoşməramlı ola bilmirsənsə, onda heç olmasa ehtiyatlı ol. Baltazar Qrasian
- Ağıllı adam axmaqların əhatəsində olmasaydı, daha tez-tez çətin vəziyyətə düşərdi. Fransua de Laroşfuko
- Ağıllı adamlar ideyaları, sıravi şəxslər hadisələri, axmaqlar isə insanları müzakirə edir. Kozma Prutkov
- Ağıllı adamlar söyləyəcək sözləri olduğu üçün, axmaqlar mütləq danışmaq məcburiyyətində olduqları üçün danışarlar. Platon
- Ağıllı adamlara gülmək axmaqlara verilmiş imtiyazdır. Sokrat
- Ağıllı və yetkin insanlar, ancaq əbədi olan dəyərlərdən və mənəviyyatdan həzz duyarlar. Axmaqlar şəhvət və digər hakimlərinin əsiridirlər. Cəmil Məric
- Ağıllılar həmişə şübhə içindəykən axmaqlar həyasızca özündən əmindir. Bertran Rassel
B
[redaktə]- Barmaqlarım ayı göstərərkən axmaqlar barmaqlarıma baxarlar. Tibet atalar sözləri
- Bəxtindən şikayət etmə, bunu axmaqlar edər. Haruki Murakami
- Bir çox axmaqlar və zəif düşüncəli insanlar alkoqolizmə meylli valideynlərdən doğulur. Frensis Bekon
- Bir çoxları İlahi Qüvvəni Adəmə qadağanı pozmağa imkan verdiyinə görə məzəmmət edirlər. Ey axmaqlar! Axı Tanrı ona ağıl, deməli, seçmək azadlığı vermişdi, belə ki, ağıl seçmək bacarığından başqa şey deyildir, əks halda Adəm adicə maşın olardı.[2] Con Milton
- Bütün axmaqlar axmaq adlandırılmağa nifrət edirlər. Çovdarlıqda uçurumdan qoruyan
- Bütün qadınlar istəyirlər ki, yalnız onlarla məşğul olsunlar. Qadınlar böyük iş görən kişiyə qarşı üsyan edir və ona dözə bilmirlər. Ona görə də qadınlar axmaqları sevirlər. Çünki, axmaq adam öz vaxtını qadınlara sərf edib, yalnız onlarla məşğul olur və bununla xanımlarının sevimlisi olmalarını sübut edirlər. Əgər dahi insan qadına ürəyini, sərvətini verib, vaxtını isə sərf etməzsə, o zaman ən nəcib qadın belə kişinin onu sevdiyinə inanmayacaq. Onore de Balzak
D
[redaktə]- Demokratiya dövründə axmaqlar səs vermə, diktatura dövründə - idarəetmə hüququna malikdirlər. Bertran Rassel
- Demokratiyada axmaqlar səs vermə, diktaturada isə hökm etmə hüququna malikdirlər. Mark Tven
- Döyüşdə təcrübəli olanlar qəzəblənmir, qalib gəlməyi bilənlər qorxmur, müdriklər döyüşməzdən əvvəl qalib gəlir, axmaqlar isə qalib gəlmək üçün mübarizə aparırlar. Zhuge Liang
- Dünyanı, ağıllılar yaşasın deyə axmaqlar qurmuşdur. Oskar Uayld
- Dünyanın bütün problemi, axmaqlar və fanatiklər bu qədər özündən əminkən, ağıllı insanların şübhələrlə dolu olmasıdır. Bertran Rassel
E
[redaktə]- Elə bir zaman gələcək ki, axmaqlar ağıllılardan üstün tutulacaqlar. Əbülfəz Zun-nun Misri
- Ellinlər arasında müdriklər danışır, amma axmaqlar qərar verir. Plutarx
Ə
[redaktə]- Əgər siyasətə daxil oldunuzsa, pul haqqında unudun. Və yaxud tərsinə. Pulun siyasətlə görüşü kibritin dinamitlə görüşünə bənzəyir. Hər an partlayış baş verə bilər. Həmişə özümə deyirəm ki, dünyaya işləmək üçün yox, həzz almaq üçün gəlmişik. Bütün zamanınızı işə sərf edirsinizsə, tezliklə buna peşman olacaqsınız. Yalnız axmaqlar rəqiblərinə aqressiya ilə yanaşırlar. Əgər ətrafa düşmən kimi yanaşırsınızsa, əmin olun, onlar elə düşmənə çevriləcəklər. Rəqabət şahmat oyunu kimidir. Uduzdunsa, növbəti raundu oyna. Əlbəyaxa olmaq vacib deyil. Sahibkar üçün düşmən yoxdur. Bunu anladınsa, kimsə səni dayandıra bilməyəcək. Depressiyaya düşüb həyatdan şikayətlənmək alkoqolizm kimi bir şeydir. Nə qədər çox içirsinizsə, vəziyyət bir o qədər pisləşir.[3] Cek Ma
- Əksər insanlar düzgün axmaqlar kimi yox, mahir fırıldaqçılar kimi tanınmağa üstünlük verir. Fukidid
- Ən sadə yalanları gözümə baxaraq söyləyən axmaqlar gördüm. Mənsə onların cahil cəsarətlərinə və quş beyinlərinə heyrandım. Kiçik İsgəndər
- Əslində axmaq sarışın deyə bir şey yoxdur. Sadəcə kişilərin diqqətini çəkmək üçün, saçlarını sarıya rəngləyən axmaqlar var. Bob Dilan
G
[redaktə]- Gənclər etdikləri barədə danışırlar; nə etdikləri barədə yaşlı insanlar; və nə etmək istədikləri barədə axmaqlar. Pyer Büast
H
[redaktə]- Hər kəs xəta edir, ancaq axmaqlar xətalarında israr edirlər. Mark Tulli Siseron
Q
[redaktə]- Qanun müdriklər üçün məşğuliyyətdir, axmaqlar üçün məhdudiyyət. Şan Yan
- Qayda axmaqlar üçündür. Dahi xaos üzərində hakimlik edir. Albert Eynşteyn
M
[redaktə]- Mənə deyin, sevgi insanı axmaq edir, yoxsa yalnız axmaqlar aşiq olur? Orxan Pamuk
- Mənim axmaqlara çox böyük inamım var. Dostlarım bunu özünə güvənmə adlandırırlar. Edqar Allan Po
- Müdriklər başqalarının səhvləri ilə, axmaqlar isə öz səhvləri ilə öyrənirlər. Sardiniya atalar sözləri
O
[redaktə]- O müdrikilər yaxşıdır ki, axmaqlarla dostluğu bacarırlar, o axmaqlar yaxşıdır ki, müdriklərə arxalanmağı bacarırlar. Monqol atalar sözləri
P
[redaktə]- Pul ağıllı adam üçün vasitə, axmaqlar üçünsə məqsəddir. Adrian Dekursel
Ş
[redaktə]- Şübhə yoxdur ki, dünyanı müdriklər deyil, axmaqlar idarə edir. Ağıllılar düşünərkən, axmaqlar hərəkət edir; Müdriklər araşdırarkən, axmaqlar qərar verir; müdriklər kəşf edənə qədər, axmaqlar nizam-intizam üçün, müdriklər isə qanun və asayiş naminə, yoxsa, sülh və əmin-amanlıq naminə yol verməyə məcburdurlar. Cin İngelou
T
[redaktə]- Təcrübə, məktəblərin ən inkişaf etmişidir, o məktəbdə axmaqlar belə bir şeylər öyrənər. Bencamin Franklin
Y
[redaktə]- Yaxşı, qəbul edirəm; uşaqkən maqnit udmuş ola bilərəm, amma bütün axmaqlar da dəmirmi uddu? Yılmaz Ərdoğan
- Yalnız axmaqlar elə bilirlər ki, mən özüm də başqalarına verdiyim məsləhətlərə əməl edirəm. Nə münasibətlə? Axı mən başqalarına qətiyyən oxşamıram. Salvador Dali
- Yalnız axmaqlar fikirlərini dəyişməkdən imtina edirlər. Brijit Bardo
- Yalnız axmaqlar özbaşınalığa azadlıq deyirlər. Qai Korneli Tasit
- Yalnız ən müdriklər və ən axmaqlar heç vaxt dəyişilmirlər. Konfutsi
İstinadlar
[redaktə]- ↑ Robert Qrin. Hakimiyyətin 48 qanunu. Bakı,2014. səh.49
- ↑ Hikmət Hacızadə. Demokratiya:gediləsi uzun bir yol. Bakı, 2002. səh.29
- ↑ Leyla Əliyeva. Çinli milyarderin ərəb nağılı - Alibaba. publika.az, 13.09.2014 (azərb.)