Az
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağlın az olsun, amma özününki olsun. Maksim Qorki
- Az, amma dürüst bir zəka, zamanla çox amma pozğun bir zəkadan daha çox can sıxar. Fransua de Laroşfuko
- Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır. Mişel de Monten
- Az bilən və az düşünən çox danışar. Fridrix Nitsşe
- Az bilib çox danışan, bədxərclik edən yoxsula bənzər. Napoleon Bonapart
- Az bilmək istəmirsənsə, çox oxu. Azərbaycan atalar sözləri/A
- Az danış, ondan da az yaz. Pifaqor
- Az olar ki, qumarbazı öz atının üstündə qəbiristanlığa aparalar. Fin atalar sözləri
- Az olsun, saz olsun. Azərbaycan atalar sözləri/A
- Az olsun, üz olsun. Azərbaycan atalar sözləri/A
- Az sözlə çox şey izah edəcəksən; "səni sevirəm" deyəcəksən sadəcə. Ancaq hər dəfə deyil, yalnız hiss etdikdə. Turqut Uyar
- Az toyuq az yumurta, çox toyuq çox yumurta. Çin atalar sözləri
- Az sözün incitək mənası solmaz,
Çox sözün kərpictək qiyməti olmaz. Nizami Gəncəvi - Az yeyənin azarı da az olar. Azərbaycan atalar sözləri/A
- Aza qane olmayan yoxa çatmaz. Azərbaycan atalar sözləri/A
B[redaktə]
- Bir dəfə gedilmiş bir yola düşənlərin sayı çoxdur, hədəfə çatan az. Fridrix Nitsşe
- Böyük tora balıq az-az düşər, ancaq düşəndə də böyüyü. Fin atalar sözləri
- Bütün idealistlər, xidmət etdikləri iddiaların hər şeydən əvvəl dünyanın bütün o biri iddialarından üstün olduğunu düşünərlər. Öz iddialarının bir az olsun müvəffəqiyyətli olması üçün, bu iddianın bütün o biri insan cəhdlərinə lazımlı olan eyni murdar qoxulu gübrəyə açıqca ehtiyacı olduğuna inanmaq da istəməzlər. Fridrix Nitsşe
Ç[redaktə]
- Çox bilən, lakin az danışan ol, az bilib çox danışan olma. Qabusnamə
- Çox yesən ləzzət azalar, az yesən ləzzət çoxalar. Çin atalar sözləri
D[redaktə]
- Dinclik deyilən o şeyin hər santimetrinə ehtiyacım var bu aralar. Mənə bir az bahar lazımdır.. Çox üşüdüm. Maksim Qorki
- Düşünürəm də bir az, böyüyərək uşaqlıq etmişik. Turqut Uyar
E[redaktə]
- Eşqbazlıqda ən az olan şey eşqdir. Fransua de Laroşfuko
- Ey insan! Qapını bədbəxtlik döyəndə, onu gülümsər üzlə qarşıla, gözləmə ki qapın ikinci dəfə döyülsün. müqavimət bədbəxtliyi bir az da qıcıqlandırar, itaət - zəiflədər. Pifaqor
Ə[redaktə]
- Əhəmiyyətli olan; həyatda ən çox şeyə sahib olmaq deyil, ən az şeyə ehtiyac duymaqdır. Platon
- Əsl dostluğa əsl məhəbbətdən də az rast gəlinir. Fransua de Laroşfuko
- Əsl məhəbbət xəyala bənzəyir; hamı onun haqqında danışır, lakin çox az adam onu görüb. Fransua de Laroşfuko
G[redaktə]
- Gerçək eşq xəyalət kimidir. Hər kəs ondan danışır, amma görən çox azdır. Fransua de Laroşfuko
H[redaktə]
- Həqiqi sevgi, hər kəsin danışdığı kimi bir gül, lakin çox az adamən gördüyü xəyalətlərə bənzər. Anatol Frans
- "Hər şeydən bir az qalır" deyir bəziləri; fincanda bir az qəhvə, qutuda bir az çörək, insanda bir az kədər. Turqut Uyar
X[redaktə]
- Xəbərdarlıq yolu ilə təhsil həm çox əmək istər həm də az işə yarayar. Platon
İ[redaktə]
- İnsan nə qədər az bilərsə, o qədər çox bildiyini sanar. Jan Jak Russo
M[redaktə]
- Malı az olanın dərdi də az olar. Fransız atalar sözləri
- Mən müəllimimdən kimin ağıllı insan olduğunu soruşduqda o, "az danışıb şox eşidən" cavabını verdi. İsaak Barrou
N[redaktə]
- Nə qədər çox oxusan, özünü başqalarına o qədər az oxşadarsan. Jül Renar
O[redaktə]
- Oğullar analarının iffətli olduğuna inanarlar, qızlar da elə, amma onlar daha az inanarlar. Anatol Frans
Ü[redaktə]
- Üç şeyin çoxluğu və üç şeyin azlığı adama ziyandır: çox danışmaq və az bilmək, çox xəyal etmək və az iş görmək, çox xərcləmək və az qazanmaq. İspan atalar sözləri
Y[redaktə]
- Yaxşı bir nəsihətdən faydalanmaq, ən az onu vermək qədər sağlam fikirə ehtiyac duyar. Fransua de Laroşfuko
- Yaşlanmasını bilən çox az insan vardır. Fransua de Laroşfuko
Mənbə[redaktə]
- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014