Məzmuna keç

Balaca



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Balaca adam böyük yuxular görər. Assuri atalar sözləri
  • Balaca balta böyük ağacı aşırar. Lak atalar sözləri
  • Balaca daş böyük başı dağıdar. Assuri atalar sözləri
  • Balaca daş da yükü aşıra bilir. Fin atalar sözləri
  • Balaca daşla da böyüyü əzərlər. Monqol atalar sözləri
  • Balaca ilanı da böyük ağacla vur. Malayal atalar sözləri
  • Balaca qız ikən heç kim mənə gözəl olduğumu söyləməmişdi. Bütün kiçik qızlara gözəl olduqlarını söyləmək lazımdır, hətta olmasalar da. Merilin Monro
  • Balaca vaxtı özü yeriyir, böyüyəndə özgənin çiynində getmək istəyir. Əfqan atalar sözləri
  • Balaca yurdlarda da böyük alimlər doğulur. Monqol atalar sözləri
  • Balıqların balacası böyüyünə yem olur. Malayal atalar sözləri
  • Barmaqlar dünyaya birlikdə gəlilər, ancaq biri böyük, o biri balaca. Koreya atalar sözləri
  • Bəzən bütöv bir fili yeyirsən, boğazında heç nə qalmır: balaca bir balığı yeyirsən, sümüyü qalır boğazında. Aşanti atalar sözləri
  • Bir balaca balıq bütün suyu bulandırır. Koreya atalar sözləri
  • Bir balaca çınqı atıb, bütün meşəni külə döndərər. Hind atalar sözləri
  • Bir insan təxəyyülünün — əgər onu əvvəlcə təxəyyülü tanıyıbsa — bu qadınınkı kimi, balaca bir çöhrənin arxasına nələr sığışdıra biləcəyini anlayırdım; halbuki əksini də görürdüm: adi bir formada tanış olunubsa, bunca təxəyyül dolu varlığın maddi, hər cür dəyərdən yoxsul, səfil ünsürlərə parçalandığını da görürdüm. Mən, mənə görə, fahişəxanada iyirmi frankdan artıq dəyərə sahib olan, məndən isə sadəcə iyirmi frank qazanmaq istəyən bu qadın adlanan məxluqun, əgər başlanğıcda [[sirli, marağa səbəb olacaq, qavranılması, əldə edilməsi qəliz bir varlıq kimi xəyal edilsə, bir milyon frankdan artıq, qibtə ediləcək bütün mövqelərdən yüksək, hətta ailə sevgisindən də artıq dəyəri ola biləcəyini anlayırdım. Şübhəsiz, Robertlə mən eyni uzun çöhrəni görürdük. Amma bu çöhrəyə əsla kəsişməyəcək iki əks yoldan çatmışdıq və əsla eyni üzü görməyəcəkdik. Marsel Prust
  • Bütün balaca qızlara gözəl olduqlarını deyin, gözəl olmasalar belə. Merilin Monro
  • Deməzdim ki, bəxtim gətirdi. Bütün həyatımı atama borcluyam. Maraqlıdır ki, balaca şəhərin kübar bir ailəsində öyrəndiklərim mənə seçkilərdə qələbə gətirdi. Marqaret Tetçer
  • Əgər sən itə kartofu öyrədib sonra onun qarşısına ət qoysan, o yenə əti yeyəcək. Çünki bu onun qanındadır. Həmçinin sən insana bir balaca hakimiyyət həvalə etsən, onunla da eyni cür olacaq. O, bundan yapışacaq. Erix Mariya Remark
  • Həm böyük, həm də balaca insan eyni anda eyni bir məqsədə doğru gedə bilər, balaca insanın niyyəti məqsədə çatmaq, böyük insanın niyyəti isə daha da irəli getməkdir. Sun Dzı
  • Qadınların nə hündür kişilər xoşuna gəlir, nə balaca boy, nə kök, nə arıq, nə gözəl, nə eybəcər, o kişilər xoşlarına gəlir ki, onlarla məşğul olmaq istəsin. Anna Axmatova

İstinadlar

[redaktə]