Məzmuna keç

Biganə



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ayağını atın yəhərinə qoyanda tarixin qanadlarına minirsən, qılıncın, hərəkətin ona görə davam edəcək ki, bu torpaqda doğulan minlərlə övlad öz azadlığını qollarımızdan, düşüncələrimizdən istəyir. Ona görə də biz öz əməlimizlə öyrənəcəyik ki, ataları öz gələcəklərinə biganə qalmayıblar və onlar öz azadlıqlarını heç bir qiymətə satmamağı öyrənəcəklər. Nadir şah
  • Ciddi olmaq gözəldir - lakin biganə olmaq lazım deyil. Volter
  • Daxili apartamentlərin nəzarətçisi topal, qozbel, axmaq, qoca, qadınlara qarşı biganə, öz hisslərinə nəzarət edən, arzulardan azad və hər bir iş üçün yararlı olmalıdır. Çanakya
  • Deyirlər ki, filosoflar və həqiqi müdriklər biganə olurlar. Bu düz deyil. Biganəlik, ruhun iflici, vaxtından əvvəl ölüm deməkdir. Anton Çexov
  • Düşmənin bıçaq zərbələrinə biganə qala bilərsiniz, amma sevilən birinin sancağı ağrılıdır. Viktor Hüqo
  • Əxlaq – insanlar üçün nəzərdə tutulmuş yol-hərəkət qanunudur. Həmçinin elmin əxlaq sistemi yaratmasını gözləmək ağılsızlıqdır. Yeri gəlmişkən, bunu da yada salmaq pis olmazdı: hələ dünən dördkünc olduğu zənn edilən atomun forması bu gün dairəvi qəbul edilir və bütün dindarlar da fürsətdən istifadə edib, ədalətsiz və qərəzli şəkildə bu vəziyyətdən yararlanırlar. Bu halda fizika elmi təbiət üzərində hakimiyyətimizi daha da gücləndirəndə bu insanlar yaranan bütün dəyişikliklərə qarşı yenə belə laqeyd və biganə qalsınlar. Ziqmund Freyd
  • Ət yeməyinin insanlar üçün xarakterik olmadığına bir çox sübutlar var. Bu sübutlardan ən dəqiqini uşaqların ət yeməklərinə biganə olması, meyvə- tərəvəzlərə, südlü yeməklərə, peçeniyə və s. bu kimi ərzaqlara üstünlük verməsi ilə izah etmək olar. Jan Jak Russo
  • Gəzmə bundan belə biganə ilə, qorxum odur,
    Bivəfa söyləyib aləm, sənə dünya gülsün. Əliağa Vahid
  • Heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır. Heydər Əliyev
  • Hər kəs öz işlədiyi sahə üçün məsuliyyət hiss etməlidir. Deputat da, nazir də, adi vətəndaş da ətraf mühit üçün cavabdehlik daşıdığını unutmamalıdır. Ətraf mühitə biganə olmamalıyıq. Asya Manafova
  • İnanclarını təsadüflərə bağlayanlar, bu yer üzündəki günlərinin sonuna doğru qaçınılmaz bir şəkildə qaçacağının şüurunda olanlar, başqalarının ağrı və ümidsizliyə səbəb olma riskinə biganə qalaraq, öz xeyrinə olan hər şeyi etmək istəyinə qarşı çıxa bilməyəcəklər. Andrea Boçelli
  • İnsan öz emosiyalarını idarə etməli və iztirablara biganə qalmalıdır. Zenon
  • İnsanlara münasibətdə ən böyük günah insanlara nifrət bəsləmək yox, insanlara qarşı biganə olmaqdır. Corc Bernard Şou
  • Məzəmmətə də, tərifə də eyni cür biganə ol. Pifaqor
  • Müasir insan puldan başqa hər şeyə biganədir. Aleksis Karrel
  • Nə qədər ki, xalqımız idarə olunan sosial-iqtisadi qüvvələrin girovluğundadır, biz yoxsulluğun bütün ölçüləri və nəticələri ilə törətdiyi fəsadlara biganə qala bilmərik. İbrahim Babangida
  • Riyaziyyatçılar obyektləri yox, obyektlər arasındakı münasibətləri öyrənirlər; ona görə də, bu obyektləri başqaları ilə əvəz etmək onlar üçün vacib deyil, yalnız əlaqələr dəyişməz qalır. Obyekt onlara biganədir, düsturlar onları maraqlandırır. Anri Puankare
  • Sevgiyə biganə qız ətirsiz qızılgül kimidir. Kolumbiya atalar sözləri
  • Sevməyən sevgili aşiqin qəlb işığını özünə qaytaran güzgü kimidir; özü biganə olsa da, aşiqin qəlbini daha da alovlandırır. Əbu Turxan
  • Şairlər digər insanlardan həssas olur və başqalarının biganə qaldığı hadisələrdən təsirlənərək böyük əsərlər yaradırlar. [3] Piter de Vrayz
  • Yalnız xəstə cəmiyyət öz problemlərini görmək istəmir, öz üzvlərinə bərabər imkanlar yaratmır və öz qadınlarının bacarıqlarına biganə qalır. Frida Kahlo
  • Yalnız təbiətə dərindən biganə olan bir insan üçün dəniz monoton görünə bilər. Jül Vern
  • Yaşadığınız cəmiyyətin məqsədi sizi məhv etməkdir. Siz cəmiyyətlə döyüşməyə hazırsınız. Onun silahı biganəliksə, siz biganə qala bilməzsiniz. Deməli, hücuma keçin! Mişel Uelbek

İstinadlar

[redaktə]
  1. Roberts, Dale L. Motivasion Sitatlar: Sizi yüksəltmək, həvəsləndirmək və gücləndirmək üçün 646 ilhamverici sitatlar . Tərcümə edən: Ana Rosa Qomez Obregon. Publisher Babelcube Inc., 2018. ISBN 9781547509898.
  2. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005. səh.48
  3. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014.səh.410