Məzmuna keç

Bioloji



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Din - yaşadığımız duyğular dünyasının bəzi bioloji və psixoloji ehtiyaclarımıza görə daxilimizdə yaratdığımız arzular aləmi vasitəsilə nəzarət altına alınması yolunda göstərilən cəhddir. Ancaq din son məqsədinə heç vaxt çatmır. Dini təlimlərdə yarandıqları dövrlərə, insan irqinin hələ tamamilə cahil olduğu uşaqlıq günlərinə aid izlər vardır. Onun verdiyi təskinlik və təsəllilərə qəti surətdə inanmaq lazım deyil. Təcrübələrimiz bizə dünyanın uşaq bağçası olmadığını öyrədir. Dinin söykənməyə çalışdığı əxlaqi buyruqlar dindən başqa dayaqların mövcudluğunu zəruri edir. Çünki insan cəmiyyətləri bəzi əxlaq qaydaları olmadan yaşaya bilmir; itaətkarlığı dini inanc və əxlaq qaydaları ilə əlaqələndirmək təhlükəlidir. İnsanın təkamül prosesində dinin yerini müəyyənləşdirməyə çalışan şəxs görəcəkdir ki, din o qədər də qədim tarixə malik deyildir və bu tarix sivilizasiyaya yiyələnmiş fərdin uşaqlıqdan yetkinliyə keçid prosesində məruz qaldığı nevrozlara paraleldir. Ziqmund Freyd
  • Ekologiyada iki bölmə var: bioloji ekologiya və mədəni və ya mənəvi ekologiya. Birincinin qanunlarına əməl edilməməsi bir insanı bioloji olaraq öldürə bilər, ikincinin qanunlarına əməl olunmaması isə insanı mənəvi cəhətdən öldürə bilər. Dmitri Lixaçov
  • Əslində, sadəcə əşyaların tam rasional qavranması mümkündür. Əşyalar "öldürülmədən" hissələrinə ayrıla bilər, təbiətlərinə ziyan vurmadan manipulyasiya edilə bilərlər, onları yenidən istehsal etmək mümkündür. İnsan əşya deyil. O öldürülmədən hissələrinə ayrıla bilməz, ona zərər vurmadan manipulyasiya etmək, süni olaraq yenidən istehsal etmək mümkün deyil. Bioloji olaraq həyat möcüzə və sirrdir, insanın insani tərəfləri bir müəmmadır. Biz özümüzü və yoldaşlarımızı bəzi yönləriylə tanıya bilirik, ancaq əşya olmadığımız üçün tam qavrama mümkün deyil. Özümüzün ya da bir başqasının ruhunun dərinliyinə endikcə tam bilgi əldə etmək məqsədi daha əlçatmaz olur. Yenə də insan ruhunun sirrinə, "o"-nun ruhunun nüvəsinə nüfuz etmək arzusundan özümüzü saxlaya bilmirik. Erix Fromm
  • ..Hamımızı ümumi maraqlar, dənizə bağlılığımız və sevgimiz birləşdirir ... Bu sevginin nədən qaynaqlandığını bilmirəm. Bəlkə suyun sonsuz dəyişkənliyidir, ya da səthindəki gəmilər, bəlkə də hamımızın dənizdən çıxmağımızdır ... Axı bu bioloji bir həqiqətdir ki, damarlarımızda axan qanda, göz yaşlarımızda olduğu kimi, okeanların suyunda olduğu kimi eyni faiz nisbətində duz ... Biz dənizlə güclü şəkildə bağlıyıq və üzmək və ya sadəcə ona baxmaq üçün gəldiyimizdə, həmişə bir qayıdışdır. hardan gəldik... Con F. Kennedi
  • Xeyr, bu hiylə işləməyəcək ... Kimya və fizika qanunları ilk sevgi kimi vacib bir bioloji hadisəni necə izah edə bilər. Albert Eynşteyn

İstinadlar

[redaktə]