Branislav Nuşiç
Görünüş
(Bronislav Nuşiç səhifəsindən yönləndirilmişdir)
Branislav Nuşiç | |||
Doğum tarixi | 8 oktyabr 1864 | ||
Doğum yeri | Belqrad | ||
Vəfat tarixi | 19 yanvar 1938 | ||
Vəfat yeri | Belqrad | ||
Dəfn yeri | Yeni Belqrad qəbiristanlığı | ||
|
Branislav Nuşiç (1864 – 19 yanvar 1938, Belqrad, Yuqoslaviya krallığı) — serbiyalı yazıçı və dramaturq. Yuqoslav yumorist.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Azadlıq çox vaxt bir ifadədir və tiranlıq həmişə həqiqətdir.
B
[redaktə]- Biliyin həddi var, cəhalətin isə həddi yoxdur.
- Bir çox cinayətlərin izi gələcəyə aparır.
- Bu barədə düşünməyə dəyər, lakin nəyinən?
D
[redaktə]- Dişsiz tiranları güldürmək təhlükəlidir.
E
[redaktə]- Elmin həddi var, cəhalətin isə həddi yoxdur.
- Evlilik, adətən səhv ünvanlanan, yalnız bağlı olduğu zaman maraqlı olan bir qeyd məktubudur.
- Evlilik, bir insanın ömrü boyu bir dəfə "Bəli" dediyi, ömür boyu təkrar etməyi öhdəsinə götürdüyü bir müqavilədir.
- Evlilik, birinci nəşrdə məmnuniyyətlə oxunan, ikinci nəşrdə daha az oxunan və qədim dövrlərə görə klassikə çevriləndə bütün dəyərini itirən bir kitabdır.
- Evlilik, fatehin məğlub olana itaət etdiyi nadir tarixi hadisələrdən biridir.
H
[redaktə]- Həqiqət çox vaxt aldanışdan qat-qat dəyişkəndir.
- Hər bir qadın aktrisadır; nə qədər az diqqət yetirilirsə, bir o qədər böyük aktrisadır.
- Hər halda həyatda tamaşaya baxmaqdansa, həyatı tamaşada izləmək daha yaxşıdır.
İ
[redaktə]- İkinci sevgidə insan sanki bir dərsi təkrarlayırmış kimi hiss edir. O, bütün fənləri bilir, amma buna baxmayaraq, imtahandan keçəcəyinə əmin deyil.
- İlk sevgi yalnız sonuncu olanda təhlükəlidir.
- İnsan müdrikliyi çox vaxt insan axmaqlıqlarının cəmidir.
M
[redaktə]- Məncə avtobioqrafiyaya ön söz yazmağa ehtiyac yoxdur. İnsan həyatının hər hansı ön sözü varsa, o qədər intim xarakter daşıyır ki, onun haqqında heç yazılmır.
S
[redaktə]- Sevgidə ən təhlükəli şey yoxluqdur.
- Səhnədə əvvəlcə pərdə qalxır, sonra dram baş verir. Həyatda başqa cür olur: əvvəlcə dram baş verir, sonra pərdə qalxır.
- Səhnədəki suflyorlar tez-tez vəziyyəti xilas edir, həyatda həmişə onu məhv edirlər.
Z
[redaktə]- Zalım oğlunun xasiyyəti belədir: Ya gərək özü rəhbərlik eləsin, ya da gərək rəhbərlikdən narazı qalsın.