Rotterdamlı Erazm
Görünüş
(Erazm Roterdamski səhifəsindən yönləndirilmişdir)
Rotterdamlı Erazm | |||
Doğum tarixi | 28 oktyabr 1466 | ||
Doğum yeri | Rotterdam | ||
Vəfat tarixi | 12 iyul 1536 | ||
Vəfat yeri | Bazel | ||
Dəfn yeri | Bazel monastırı | ||
|
Rotterdamlı Erazm (27 oktyabr — 1466–12 iyul 1536) — Hollandiyalı filosof, humanist, ilahiyyatçı və yazıçı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Axmaqlıqda bütün qadınlar eynidir.
B
[redaktə]- Bağışla Tanrım.Son sözləri
- Bəxt cəsurlara üstünlük verir.
- "Bütün təriflər təhlükəlidir.
Ç
[redaktə]- Çox vaxt qalib ciddi qəbul olunmayandır.
D
[redaktə]- Dahiyanə şeylər məntiqə əsasən deyil, insanların dəliliyi nəticəsində yaradılır.
- Dənizçilər möcüzələrə öyrəşiblər.
- Dünyada heç kim qüsursuz doğulmur . Kimin nöqsanı azdırsa, o, başqalarından üstündür.
E
[redaktə]- Evim kitabxanamın olduğu yerdir.
Ə
[redaktə]- Əgər pisliklərə qarşı amansız olsanız, bir insana yaxşılıq edərsiniz.
- Ən zərərli sülh ən ədalətli müharibədən yaxşıdır.
H
[redaktə]- Heç bir şey qocalığı hədsiz içki, hədsiz sevgi və sərhəd tanımayan şəhvət qədər sürətləndirə bilməz.
- Heç kəsə ləyaqətlə yaşamaq qadağan deyil.
- Heyvanlar yalnız öz təbii instinktlərinə əməl edirlər; lakin insan, öyrənmənin və fəlsəfənin təsirini yaşamadıqca, vəhşi heyvandan daha pis olan impulsların mərhəmətindədir. Şöhrətpərəstlik, xəsislik, qəzəb, paxıllıq, israfçılıq və şəhvət ehtiraslarına qapılan insandan daha vəhşi və təhlükəli heyvan yoxdur.
- Hər kəsin öz nöqsanı dalına bağlanmış odun şələsi kimidir, onu bütövlüklə görə bilmir.
- Həyat yoldaşının necə olması həyat yoldaşından çox asılıdır.
İ
[redaktə]- İnsan özünə heyran olmalıdır: yalnız özünü bəyənməklə başqalarını da sevindirə bilər.
- İradəli insan üçün heç bir çətin şey yoxdur.
- İzah etməyin — dostlar başa düşəcək, düşmənlər hələ də inanmayacaqlar.
K
[redaktə]- Korların ölkəsində, tək gözlü insan kral olur.
M
[redaktə]- Mənim vətənim kitabxanamın olduğu yerdir.
- Müdriklik qorxuya səbəb olur: ona görə də, harada müdrikləri görürsənsə, orada kasıblar, aclar, murdarlar, nifrət edənlər olacaq. Bu arada, axmaqlar hovuzda üzür, yüksək dövlət vəzifələrinə çatırlar, bir sözlə, hər cəhətdən çiçəklənirlər.
- Müdrikliyin başlanğıcı özünü tanımaqdır.
- Müharibə təcrübəsizləri cəlb edir.
- Müharibə zamanı heç bir xərc və səy əsirgəmirlər. Onlar üçün heç nə vacib deyil. Qanunun, dinin, sülhün pozulmaması, hətta bəşəriyyətin iflasa uğraması onları maraqlandırmır.
S
[redaktə]- Sevgi əlimizdə olan hər şeydir, başqa bir insana kömək edə biləcəyimiz yeganə yoldur.
Y
[redaktə]- Yalnız axmaqlara heç kimi incitmədən həqiqəti söyləmək qabiliyyəti verilir.
- Yeni dostlar qazanarkən köhnələrini unutma.
Mənbə
[redaktə]- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014