Məzmuna keç

Ömər ibn əl-Xəttab

(Həzrəti Ömər səhifəsindən istiqamətləndirilmişdir)
Ömər ibn əl-Xəttab
Doğum tarixi586
Doğum yeriMəkkə
Vəfat tarixi3 noyabr 644
Vəfat yeriMədinə
Dəfn yeriMəscid ən-Nəbəvi
Vikipediya məqaləsi

Əbu Həfs Ömər ibn əl-Xəttab əl-Ədəvi və ya I Ömər (ərəb. أبو حفص عمر بن الخطاب العدوي القرشي‎‎) – I xəlifə Əbu Bəkrin vəfatından sonra onun təyinatı ilə Rəşidi xilafətinin ikinci xəlifəsi və əmir əl-möminin.


A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

  • Allaha qarşı təvazökar bir həssaslıq sevgi və ürpərdi duyğuları daşımadıqca xilas olmanın faydası olmaz.
  • Allahdan qorxandan başqa kimsəyə güvənmə.
  • Borcunu azaltsan — azad yaşayarsan, əgər günahlarını azaldarsansa — rahat ölərsən.
  • Cömərdlik olmadıqca zənginliyin faydası olmaz.
  • Çox danışanın səhvi də çox olar. Səhvi çox olanın həyası azalar.
  • Həyası az olanın utanması az olar. Utanması az olanın da ürəyi ölər.
  • Çox gülənin heybəti və həyası azalar.
  • Elmin olmadıqca ərdəmin faydası olmaz.
  • Ədalət olmadıqca rəhbərliyin faydası olmaz.
  • Ədəb olmadıqca zadəganlığın faydası olmaz.
  • Günah və harama düşmək narahatlığıyla şübhəli şeylərdən uzaq dayanmadıqca ağılın faydası olmaz.
  • Güvən olmadıqca sevincin faydası olmaz.
  • İnsanların ən cahili, axirətini başqasının dünyası üçün satandır.
  • İnsanların ən pisi — Axirətini dünyası üçün satandır, daha da pisi isə Axirətini başqalarının dünyası üçün satandır.
  • İnandığınız kimi yaşamazsanız, yaşadığnız kimi inanmağa başlayarsınız.
  • Pis işlərimizin ən güclü şahidi vicdanımızdır.
  • Qənaət olmadıqca kasıblığın faydası olmaz.
  • Sirrini saxlasan, sən ona hakim olarsan, saxlamasan, o sənə hakim olar.
  • Təvazökarlıq olmadıqca yüksəlmənin faydası olmaz.
  • Uca Allah Qurana uyan millətləri yüksəldir. Uymayanları alçaldır.

İstinadlar

[redaktə]

Xarici keçidlər

[redaktə]