Məzmuna keç

İbn Ərəbi

(Mühyiddin Ərəbi səhifəsindən yönləndirilmişdir)

Mühyiddin İbn əl-Ərəbi (28 iyul 1165, Mursiya, Mursiya – 16 noyabr 1240, Dəməşq, Abbasilər) — İslam alimi.

İbn Ərəbi
Doğum tarixi 1165
Doğum yeri Mursiya
Vəfat tarixi 1240
Vəfat yeri Dəməşq
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Aşiq eşqinin hökmü altına əqlinin ölçüsündə girməlidir.
  • Aşiq özünün aşiq olduğunu bilməməlidir.
  • Aşiq vüsalla ayrılıq arasında bir fərq görməməlidir.
  • Az ye. Bu, sənin qəlbindəkiyeri genişləndirəcək.
  • Bir dinə bağlı olan şəxs, nəticədə digər dinlərin daxili həqiqətlərini görməzlikdən gəlir, eynilə onun Allaha olan inancı hər bir başqa inancın inkarını nəzərdə tutur. Əgər o, Cüneydin: “Suyun rəngi onun qabının rəngidir” sözünün mənasını bilsəydi, bütün inancların doğruluğunu qəbul edər, Allahı hər cür və hər iman obyektində tanıyardı. Bu ondan asılıdır ki, o, Allah haqqında biliyə malik deyil, öz anlayışını yalnız öz fikrinə əsaslandırır, Allah Quranda buyurur: Mən bəndəmin Məndən formalaşdığı fikri ilə razılaşıram. Bunun mənası: Allah ona ibadət edənə həm ümumiləşdirəndə, həm də fərqləndirəndə öz dini surətində təcəlli edər. Dinə uyğun olan ilahilik müəyyən edilə bilən və insanın qəlbində Allah haqqında təsəvvür yaratmağa imkan verən şeydir, həmişə Allahın dediyi kimi: Nə mənim göylərim, nə də yerim Məni əhatə edə bilməz, ancaq möminlərimin qəlbi. Qul Məni ehtiva edir .. Həqiqətən də, mütləq ilahilik heç bir şeydə ola bilməz, çünki o, şeylərin Özü və Öz mahiyyətidir.
  • Eşq özünü fəda etməlidir.
  • Əgər kim isə sevgilidən başqa da nə haqda isə düşünə bilirsə, onun sevgisi səmimi deyil.
  • Gözəllik idraka sığmır.
  • İnsanlar yaxşı bildiklərini düzgün, yaxşı bilmədiklərini yanlış hesab edirlər.
  • Kim isə demişdir: «Ağılla idarə olunan məhəbbətdən yaxşılıq gözləmək olmaz».
  • Mövcud Olan cavab verdi: "Özünü bir kənara qoy və gəl".
  • Özünü alçaq xislətinin iistəklərindən xilas et. Bu dünyanın böyük hissəsini məhv edən odur.
  • Ruhu bir nurdur aşiqin, təbiəti bir qaranlıq!
  • Sevən mənəm; sevdiyim də mən.
  • Sevgili aşiqin qəlbindədir. Fəqət aşiq sevgilinin özündə olduğunu bilməz, onu yenə kənardakı sevgili vasitəsi ilə tanıyar.
  • Sevgilinin gördüyü hər iş gözəldir.
  • Sevginin səbəbi gözəllikdir. … Zira gözəllik təbiətcə sevilən şeydir.
  • Sizin hər biriniz çobansınız və hər biriniz öz sürünüzə cavabdehsiniz. [1]
  • şeytanın məqsədi səni yorub əldən salmaq, başını cəfəng işlərə qatıb terə yıxmaqdır.

Həmçinin bax

[redaktə]
  1. Mehman Kərimov. Müdrikliyə, ədalətə, uğura 40 çağırış. Bakı, 2017. səh.165