Monika Belluççi
Görünüş
(Moniki səhifəsindən yönləndirilmişdir)
Monika Belluççi | |||
Doğum tarixi | 30 sentyabr 1964 | ||
Doğum yeri | Çitta-di-Kastello | ||
|
Monika Belluçi (polyak dilində: Monica Anna Maria Bellucci; 1964) — italyan kinoaktrisası və foto modeli.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Aktyor pianoya bənzəyir — yaxşı tənzimlənməlidir, amma ona çox zərbə vurmaq lazım deyil.
B
[redaktə]- Bacarıqlarım və istəklərimlə səmimi olmaq istərdim. Heç kəsi aldatmayacağam, çox pul qazanıram və buna görə də işimdə əlimdən gələni edirəm. Oynamağı sevirəm, amma peşəmin missiyası haqqında yalan miflər yaratmıram.
- Biz qadınlar çox vaxt fahişələrin kişiləri bizdən yaxşı tanıdığını hiss edirik.
G
[redaktə]- Gizlətməyəcəyəm, səbəb gözəllik idi, amma qadınlar çox vaxt gözəlliyin yalnız başlanğıc nöqtəsi olduğunu unudurlar. Gözəlliyimizi necə və nə üçün istifadə etməyimiz vacibdir.
- Görünüş bir tələ ola bilər, ancaq kişilərdən çox qadınların özləri də buna düşməyə meyillidirlər.
H
[redaktə]Hamımızın illüziyalara ehtiyacımız var. Bu səbəbdən filmləri çox sevirik.
X
[redaktə]- Xanımda gözəllik və gözəllikdən başqa heç nə olmayanda, problemə çevrilir.
K
[redaktə]- Kiçik bir uşağın gözəl bir kuklası var. Uşaq kukla sevir, amma içərisində nə olduğunu görmək üçün onu sındırmaq istəyir. Biz eyniyik.
- Kişilər sahib ola bilmədiklərini sevirlər. Hər dəfə kimsə mənim üçün damarlarını doğrayacağını söyləyəndə gülmək istəyirəm.. Çünki hər bir qadın sevilməyi sevir.
M
[redaktə]- Məqsədlərimə çatmaq üçün gözəlliyimdən istifadə edirəm. Bununla heç bir problemim yoxdur.
- Mən özümdən razıyam. Amma gözəl olduğuna görə yox. Mən bir çox gözəl insan tanıyıram və onların həyatı sadəcə dəhşətlidir. Onlar özlərindən narazıdırlar. Özünüzlə xoşbəxt olmaq necə göründüyünüzlə deyil, necə hiss etdiyinizlə bağlıdır. Mən xoşbəxtəm, çünki sevgi ilə əhatə olunmuşam.
O
[redaktə]- O gözəldir, amma bu gözəllikdə təkdir, görünüşü onu digərlərindən ayırır, maneədir. Əslində bir çox cazibədar qadınların kompleksidir. Kişilər onlara sahib olmaq istəyir, amma birlikdə yaşamağı heç düşünmürlər, cəsarətləri də yoxdur, bu qadınları ciddiyə almırlar. Onlar qazanclardır, növbəti kuboklardır.
P
[redaktə]- Paxıllıq insan təbiətindədir.