Nəsihət

Vikisitat saytından

Nəsihət — Öyüd, yol göstərici sözlər.


A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

B[redaktə]

  • Başqalarının yanında verilən nəsihət məzəmmət kimi qəbul edilir. Alfred Kapus
  • Bilin ki, Allahın elmini qoruyan bəndələr vardır ki, onu mühafizə edərlər; qaynaqlarını axıdarlar. Bir-birləriylə uyğunlaşıb görüşərlər, bir-birlərini sevib qovuşarlar. Bir-birlərinə elm və hikmət piyaləsini verərlər, onu içib vəfa və nəsihətdən sirab olarlar. Onların saf könlünü şübhə bulandırmaz, qeybət onlara yol tapmaz. Yaradılışları, təbiətləri belədir: bu təbiətlə sevişərlər, bu təbiətlə bir-birlərinə uyğunlaşarlar. Onlar əkin üçün ayrılmış ən gözəl toxumlardır; pisləri ayaqlanıb atılmışdır; yaxşıları seçilib götürülmüşdür. Mahiyyətlərinin doğruluğu onları seçmişdir; sınaqlar onları yoxlamışdır. Həzrəti Əli

D[redaktə]

  • Dinlə bir nəsihət söyləyirəm mən, Kim tikan əkibsə, dərməz yasəmən. Sədi
  • Dəliyə nəsihət etmək səbətə su tökmək kimidir. Danimarka atalar sözləri

Ə[redaktə]

  • Ən yaxşı nəsihət: yaxşı örnək olmaqdır. Malkolm X

H[redaktə]

İ[redaktə]

  • İndi imtina etsən heç vaxt bacara bilməzsən. Bu nəsihəti qulaq ardı etsən, yolu artıq yarılamısan deməkdir. Devid Zuker
  • İnsanlar çox danışana və çox nəsihət verənə qulaq asmırlar. Corc Bernard Şou
  • İşgörməzə iş buyursan, atandan artıq nəsihət eylər. Özbək atalar sözləri

K[redaktə]

Q[redaktə]

  • Qardaşının sənə etdiyi nəsihəti qəbul et. Ona müxalif çıxma. Çünki o, sənin özündə görə bilmədiyin şeyləri görər. Bunun üçün Rəsulu əkrəm: "Mömin, möminin aynasıdır" buyurmuşdur. Mömin, din qardaşına etmiş olduğu nəsihətlərdə səmimidir. Onun görə bilmədiyi şeyləri bildirər. Ona, yaxşılıqlar və pisliklər arasındakı fərqi göstərər. Ona, lehində və ya əleyhində olan şeyləri izah edər. Əbdülqədir Geylani

N[redaktə]

  • Nəsihət vermək asan, nümunə olmaq çətindir. Fransua de Laroşfuko
  • Nəsihətdən dəm vuran adamın özü başqalarının öyüdünə möhtacdır. Sədi

S[redaktə]

Y[redaktə]

İstinadlar[redaktə]