Məzmuna keç

Nitq



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Akademik nitqlər bərq vuran, amma qızıdırmayan büllur çılçıraqlara oxşayır. Pyer Büast
  • Ağla əvvəlcə fikir, sonra isə sözlər gəlir və hər bir sözün öz yerindən səslənməsi üçün ağıl onları ağlasığmaz bir tezliklə öz yerlərinə çatdırır. Bu cür düzülüş müxtəlif yollarla edilir. Buna baxmayaraq, başlanğıc, orta, bütün sözlər həmişə sonluğa bərabər olmalıdır.(ritmin tələblərini nəzərə almayan nitq haqqında). Bu, ağıl üçün kifayətdir, eşitmə üçün isə yox. Mark Tulli Siseron
  • Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər təhsilli deyilik; biz ümumi təhsilin böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz təhsil haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. Nadan insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir. Bertran Rassel
  • Başqa sözlə desək, öz natiqlik qabiliyyətlərinizi inkişaf etdirin. Öz ideyalarını effektiv şəkildə təqdim etmək, elə təkmilləşmə və peşəkarlıq səviyyəsi qədər vacib nüansdır. Öz nitqiniz üzərində işləyin, onun aydın, səlis və ifadəli olmasına diqqət yetirin. İctimai, açıq çıxışlarda məşq edin – bunu o qədər davam etdirin ki, auditoriya qarşısında olarkən özünüzü öz doğma evinizdə olduğu qədər sərbəst, təbii və rahat hiss edəsiniz. Auditoriyanın idarə etmək qabiliyyəti, əla təqdimat bacarığı – liderin xarizma və özünə əminlik qədər başlıca və ayrılmaz keyfiyyətləridir. Napoleon Bonapart
  • Bədii ifadə nitqin predmetini görünən edir. Mark Tulli Siseron
  • * Bilinməyən, sirr, xəyali, mifik, möcüzəvi, inanılmaz və hətta dəhşətli olanı aşkar, sadə və sağlam olandan üstün tutmaq cəhalətə xasdır. Həqiqət heç vaxt təxəyyülü mövhumatlar qədər güclü şəkildə sarsıtmaz ki, hər kəsin özünə uyğunlaşdıra bilər. Adi insanlar nağılları dinləməyi hər şeydən üstün tuturlar. Kahinlər və qanunvericilər dinlər uydurur və bu nağıllardan sirlər çıxarırlar. Onlardan adi insanların xarakterinə, xasiyyətinə uyğun istifadə edirdilər. Adi camaatın bu meylinə görə keşişlər, şəriət və qanunvericilər vəcd həvəskarlarına, qadınlara və cahillərə bağlandılar. Bu məzmunda olan insanlar tədqiq edə bilmədikləri fikirləri asanlıqla qəbul edirlər. Saflıq və həqiqi sevgi ancaq təxəyyüllərini araşdırma və düşünməklə təşkil edən müəyyən insanlarda olur. Bir kəndin sakinləri heç vaxt öz keşişindən latın dilini dini nitqlərinə həddən artıq qarışdırdıqda ondan məmnun olmurlar. Cahillər, başa düşmədikləri şeylərdən danışan hər kəsi çox alim hesab edirlər. Bu, qəbilələrin sadəlövhlük prinsipi və onlara rəhbərlik iddiasında olanların təsir və hökmranlığıdır. Pol Anri Holbax
  • Biz nitqi yox danışan insanı dinləyirik. Aristotel
  • Ən yaxşı kitab yaxşı nitq kimidir-sizi güldürür, düşünməyə vadar edir, ağladır, əyləndirir. Bu ən yaxşı ardıcıllıqdır. Madlen Olbrayt
  • İlk baxışdan elə görünür ki, sadə nitqi yamsılamaq çox asandır. Amma ilk təcrübələr göstərir ki, bu heç də asan iş deyil. Mark Tulli Siseron
  • Qələm — ən yaxşı müəllimdir, yazılmış nitq ən yaxşı düşünüləndir. Mark Tulli Siseron
  • Nadanın qulaqlarında ən canlı nitq də yuxuya gedir. Uilyam Şekspir
  • Nitq, əşya haqqında bilikdən irəli gəlməli və inkişaf etdirilməlidir. Əgər natiq onu bağrına basmasa, öyrənməsə, onun bəlağətli danışmağı əbəsdir, uşaq səyidir. Mark Tulli Siseron
  • Nitq — heyranedici güclü vasitədir. Ondan istifadə etmək üçün ağıllı olmaq lazımdır. Georq Vilhelm Fridrix Hegel
  • Nitqi yumorla canlandırmaq. Mark Tulli Siseron
  • Nitqi çox bəzəsən, məqsəddən uzaq düşərsən. Mövlana Cəlaləddin Rumi
  • Nitqin gözəlliyi az sözlərlə çox şeylər ifadə etməkdədir. Platon
  • Nitqin gücü az sözlə çox şey demək bacarığındadır. Plutarx
  • Nitqin təmizliyi natiqləri və şairləri oxumaqla təkmilləşir. Mark Tulli Siseron
  • Nitqin yaxşı, gözəl olması üçün natiq nə dediyinin mahiyyətini dərk etməli deyilmi? Platon
  • Sizin yaratdıqlarınız bizim nəyimizə lazım idi? Onlardan ən yaxşılarını seçib xüsusi sərgilər təşkil edirdik. Yetmişinci illərin axırı, təsirimiz maksimum həddə çatanda bütün ölkə üzrə tədbirlər keçirirdik. Nazirlər, yepiskoplar, müxtəlif məşhur adamlar gəlirdi. Nitqlər söylənilir, yardıma böyük məbləğlər verilirdi. "Budur, baxın! – bəyan edirdik. – Bu incəsənət əsərlərinə baxın! Cəsarət edib necə deyə bilərsiniz ki, bunların müəllifi insan deyil?". İşiquro Kazuo
  • Yalanlamaq və rədd etmək üçün oxuma. İnanmaq və hər şeyi qəbul etmək üçün də oxuma. Danışmaq və nitq atmaq üçün də oxuma. Dartmaq, müqayisə etmək və düşünmək üçün oxu. Frensis Bekon