Prometey
Görünüş
Prometey (yun. Προμηθεύς eyni zamanda Promefey mənası qabağı görən ya sonranı düşünən) — qədim yunan mifologiyasında insanların dostu və onları tanrıların özbaşnalığından qoruyan titan İapet və Klimenanın (Apollodora görə), ya Femida və Heyin (Esxilə görə), ya da Hera və titan Yevrimedontun oğlu. Hesiona onun həyat yoldaşı olmuşdur.
| A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
E
[redaktə]- Ey ixtiyar yunan müvərrixi, sən Prometeyin alovu gətirdiyi üçün Qafqaziyada edam edildiyinə hökm edərkən, şübhəsiz Azərbaycanın tǝbii atəşkədələrindən bixəbər deyildin. Bax, bu gün yenə atəşkədədən nur doğur. Fəqət, şimdiki nur vəhdət, həqiqət, hürriyyət nurudur. Bir zamanlar Şərqin atəşpərəstləri ziyarət üçün Azərbaycanın Suraxana atəşkədələrinə gəlir, onu təvaf edirdisə [başına dolanırdısa], imdi də həmin Şərqin bütün əsir, zəlil millətləri Azərbaycanın hürriyyət və istiqlalını, Cümhuriyyətini təqdisə [sitayiş etmǝyǝ; ǝzizlǝmǝyǝ] gələcəkdir.[1] Əli Yusif
İstinadlar
[redaktə]- ↑ (az) 1918-1920-ci illərdə nəşr olunmuş "Azərbaycan" qəzetinin tam külliyatı (20 cilddə). III. Bakı: ADA Universiteti. 2021. p. 115. Şablon:Citation/identifier. https://www.ada.edu.az/file_upload/publications/azerbaijannewspaper/file3.pdf.