Məzmuna keç

Qazanmaq



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Abrı qorumaq gövhər qazanmaqdan yaxşıdır. Saib Təbrizi
  • Ağıl ilə dövlət əldə etmək olar, dövlətlə ağıl qazanmaq olmaz. Qabusnamə
  • Ağıllılar döyüşmədən qazanarlar, cahillər qazanmaq üçün döyüşərlər. Zhuge Liang
  • Bəlkə eşq sevgilini qazanmaq deyil, onda özünü itirməkdir. Əlif Şəfəq
  • Biz asudə vaxta malik olmaq üçün asudə vaxtdan məhrum oluruq, sülh içində yaşamaq üçün isə müharibə edirik. Aristotel
  • Çox pul qazanmaq - igidlik; onu saxlamaq - müdriklik; məharətlə xərcləmək isə - incəsənətdir. Bertold Averbax
  • Dostluq pul kimidir, onu qazanmaq saxlamaqdan daha asandır. Samuel Butler
  • Dövlətin funksiyası pul qazanmaq yox, pulun ədalətli bölgüsünü təmin etməkdir. Vay o günə ki, dövlət də pul qazanmağa aludə olsun. Tur Xander
  • Düşmən qazanmaq istəyirsənsə, özünü dostlardan yüksək tut, dost qazanmaq istəyirsənsə, onları özündən yüksək tut. Aristotel
  • Düşmən qazanmaqdan qorxanın dostu da olmaz. Peter Hille
  • Heç kim cəzanı qazanmaz, mükafatı da. Ağılınızı qazanmaq kimi fikirlərdən təmizləyin, ancaq o zaman azad düşünə biləcəksiniz. Ursula Kroeber Le Guin
  • Həqiqi zəfərlər qan tökülmədən qazanılan zəfərlərdir. Pittak
  • Hər hansı bir işdə uğur qazanmaq üçün gərək bir az da dəli olasan. Uilyam Şekspir
  • Mənim prinsipim ondan ibarətdir ki, əvvəlcə sadəcə sağ qazanmaq uğrunda mübarizə aparmaq lazımdır, daha sonra qazanmaq. Corc Soros
  • Mənim üçün ən böyük təhlükə onda idi ki, mən əlimdə olan bütün hakimiyyət və nüfuza görə qazandığım çoxlu pullara borclu olduğumu etiraf etməli idim. Corc Soros
  • Öz vicdanınızı öldürün, çünki o, tez bir zamanda uğur qazanmaq istəyən adamın ən qəddar düşmənidir. Onore Mirabo
  • Sənin haqlı və ya haqsız olmağın qətiyyən vacib deyil. Vacib olan sənin haqlı olanda nə qədər pul qazanmağın və səhvə yol verəndə nə qədər pul itirməyindir. Corc Soros
  • Söz böyük şeydir, ona görə böyükdür ki, sözlə insanları birləşdirmək də olar, ayırmaq da, sözlə məhəbbət də qazanmaq olar ədavət və düşmənçilik də. Lev Tolstoy
  • Şahmat həyat kimidir. Hər fiqurun öz funksiyası vardır. Bəziləri zəifdir, bəziləri isə güclü. Bəziləri oyunun əvvəlində işinə yarayar, bəziləri sonunda. Amma qazanmaq üçün hamısından istifadə etməlisən. Eynilə həyatda olduğu kimi, şahmatda da hesab tutulmaz. On fiqurunu itirib, yenə də oyunda qalib ola bilərsən. Adam Faver
  • Uğur qazanmaq istəyirsənsə, yaltaqlıqdan uzaq ol.[1] İbn Sina
  • Üç şeyin çoxluğu və üç şeyin azlığı adama ziyandır: çox danışmaq və az bilmək, çox xəyal etmək və az iş görmək, çox xərcləmək və az qazanmaq. İspan atalar sözləri
  • Yaxşı bir "omba" sahibi olmanın, Yaxşı bir "baş" sahibi olmaqdan daha çox pul qazandıran bir ölkədə, heç bir şey irəli gedə bilməz. Can Dündar
  • Və o zaman qırdığın bu ürək, indi qırır başqa ürəkləri! Eşqdə qazanmaq dedikləri itirməkdir bir çox şeyi... Murathan Mungan

İstinadlar

[redaktə]
  1. Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014