Qrem Qrin
Görünüş
(Qraham Qrin səhifəsindən yönləndirilmişdir)
Henri Qraham Qren, (2 oktyabr 1904 - 3 aprel 1991) İngilis yazıçısı, dramaturq, qısa hekayə yazıçısı, səyahət yazıçısı və tənqidçisi
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Başqalarına güvənmədən yaşaya bilməzsən, çünki bu, öz həbsxananda oturmaq deməkdir.
- Başqalarının iztirabını unutmaq asandır.[1]
- Bəzən düşünürəm ki, əzab axtarışı və əzabın yaddaşı bizi bütün insan vəziyyəti ilə təmasda saxlamaq üçün yeganə vasitədir. Əzab çəkməklə biz xristian mifinin bir hissəsi oluruq.
- Bəzən düşünürəm ki, yazmayanların və ya şəkil çəkməyənlərin və mahnı bəstələməyənlər insanların vəziyyətinə xas olan dəlilikdən, melanxoliyadan, dəhşətdən, çaxnaşmadan necə xilas ola bilirlər.
- Bidət fikir azadlığının başqa adıdır.
Ə
[redaktə]- Əxlaq, maraq kəsildikdən sonra qocalığın kədərli hikməti ilə gəlir.
H
[redaktə]- Hamımız ölümlə barışırıq, amma heç kim həyatla barışmır.
X
[redaktə]- Xahiş edirəm mənə xoşbəxt bir insan göstər, mən də sənə eqoizm, pislik və cəhalət göstərim.
İ
[redaktə]- İnsan, əgər insan qalacaqsa, tərəf tutmaq məcburiyyətindədir.
- İnsanlar, yaşı onları başa düşməyə məcbur edənə qədər sadə məntiq və reallığı sevmirlər.
- İnsanlar arasındakı münasibətlərdə incəlik və yalan minlərlə həqiqətə dəyər.
K
[redaktə]- Kilsə bütün qaydaları bilir, amma insanın nə düşündüyünü bilmir.
Q
[redaktə]- Qədim kitabların füsunkar təravəti şərabı andırır.
M
[redaktə]- Mən ideologiyamı pozsa da həqiqəti anlamağa çalışıram.
P
[redaktə]- Problem ondadır ki, mən öz inamsızlığıma inanmıram.
N
[redaktə]- Nağılçının vəzifəsi dövlətin icazəsi hüdudlarından kənarda qalanlara rəğbət hissi və anlayış ölçüsünü oyatmaqdır.
Ş
[redaktə]- Şöhrət ən güclü stimuldur.
T
[redaktə]- Tövbə etməklə günah yükünü atmaq bizim üçün nə qədər asan görünür.
U
[redaktə]- Uşaqlığımızda həmişə qapının açıldığı və həyatımıza gələcəyin daxil olduğu bir an var.
Z
[redaktə]- Zalım adamı asan tanıya bilərsən. Kinoda ağlayar.
- Zərərsizləri günahlandırmaq olmaz, çünki onlar həmişə günahsızdır. Yalnız onları cilovlaya və kökündən kəsə bilərsiniz. Günahsızlıq bir dəlilik formasıdır
Mənbə
[redaktə]- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005
İstinadlar
[redaktə]- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.244.