Vikisitat:Vandalizm

Vikisitat saytından
(VS:V səhifəsindən yönləndirilmişdir)
Qısayol:
VS:V


VandalizmVikisitatın mötəbərliyinə və nüfuzuna qəsdən xələl yetirmək məqsədi ilə səhifələrin məzmununun silinməsi, zərərli əlavələrin edilməsi.

Vandalizm özünü əsasən keyfiyyətli səhifənin məzmununun təhqir, söyüş və qraffiti ilə, ya da onun mövzusuna tamamilə dəxli olmayan mətnlə dəyişdirilməsində göstərir. Təcrübəsizlikdən və ya bilməyərəkdən səhifənin məzmununda yanlış düzəlişlərin edilməsi vandalizm kimi dəyərləndirilmir.