Məqsəd: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 42: Sətir 42:
== M ==
== M ==
* Məqsəd haqqında nəzəriyyə təbiəti tamamilə təhrif edir. O, səbəbi həqiqətən təşkil edən şeyə hərəkət kimi baxır və əksinə. Daha sonra, o, təbiətcə əvvəl gələni sonrakı, yüksək və mükəmməl olanı isə qeyri-mükəmməl edir. Əslində isə, birbaşa Allah tərəfindən edilən hərəkət ən mükəmməldir və nəyinsə baş verməsi üçün səbəb nə qədər çox olarsa, hərəkət bir o qədər qeyri-mükəmməl olar. Əgər Allah yaratdığı bütün şeyləri öz məqsədinə çatmaq üçün edərsə, o zaman birinci şeylərə görə yaradılan sonuncu şeylər bütün başqa şeyləri üstələyərdi. Daha sonra, bu nəzəriyyə Allahın mükəmməlliyini məhv edir. Çünki, əgər Allah yaratdığını hansısa bir məqsəd üçün edirsə, deməli o, malik olmadığı həmin bu məqsədə can atır. Baxmayraq ki, ilahiyyatçılar və metafiziklər ehtiyacdan doğan məqsədlə bənzətmə məqsədini fərqləndirsələr də, onlar etiraf edirlər ki, Allah hər şeyi şeylərə görə yox, özü üçün yaradıb. Çünki, şeylər yaradılmamışdan qabaq Allahdan başqa heç nəyi ifadə edə bilməzlər. Deməli, onlar razılaşmalıdırlar ki, Allah vasitə hazırlamaq istədiyi şeydən məhrumdur. [[Benedikt Spinoza]]

* Məqsəd tək, ölməmək. [[Nəcib Fazil Qısakürək]]
* Məqsəd vasitəyə haqq qazandırır. [[Nikkolo Makiavelli]]
* Məqsəd vasitəyə haqq qazandırır. [[Nikkolo Makiavelli]]
* Məqsədə çatmaq üçün bir böyük addım atmaqdansa, yüz kiçik addım atmaq yaxşıdır. [[Helmut Kol]]
* Məqsədə çatmaq üçün bir böyük addım atmaqdansa, yüz kiçik addım atmaq yaxşıdır. [[Helmut Kol]]
* Mübarizə bizi məqsədə yaxınlaşdırır və cəmiyyətdə yerimiz olduğunu sübut edir. [[Ernest Heminquey]]
* Mübarizə bizi məqsədə yaxınlaşdırır və cəmiyyətdə yerimiz olduğunu sübut edir. [[Ernest Heminquey]]

== R ==
== R ==
* Ruh təbiət qanununa tabe deyildir, çünki insanın göz önündə tutduğu məqsəd sabit deyil hər zaman dəyişir. [[Alfred Adler]]
* Ruh təbiət qanununa tabe deyildir, çünki insanın göz önündə tutduğu məqsəd sabit deyil hər zaman dəyişir. [[Alfred Adler]]

15:34, 4 sentyabr 2021 versiyası

A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

A

  • Allahın iradəsini bilməkdən, ona itaət etməkdən sonrakı məqsəd Onun əl işlərinin sübutu olan müdriklik, qüdrət və yaxşılıq atrubutlarından nəyisə bilmək olmalıdır. Ceyms Preskott Coul

B

  • Böyük insanlar öz qarşılarına müəyyən məqsəd qoyurlar, qalan adamlar isə istəklərinə uyğun hərəkət edirlər.. Vaşinqton İrvinq

D

E

Ə

  • Əgər ehtiyac içində yaşayırsınızsa, onda maliyyə problemlərini həll edin. İnternetdən istifadə edin, o sizə hərraclarda nəyisə daha ucuz almağa imkan verir. Əgər siz hazırda əmək haqqından əmək haqqına yaşayırsızsa, onda bu dövrü iki həftə yerinə üç həftəyə kimi genişləndirin. Sonra, işlər yoluna girməyə başlayanda, 1 aylıq, sonra 3, 6 və nəhayət bir il irəli üçün planlaşdıra bilərsiz. Məqsəd –5 il irəlini planlaşdıracağınız ana çatmaq. Culian Smit

G

  • Gələcəyiniz onu qurduğunuz kimi olacaq. Onu necə görmək istəyirsinizsə elə bu gündən onu o formada qurun. Arzunuz nə qədər dərin olsa, məqsəd də bir o qədər aydın olacaq. Bu da əvvəllər qarşısıalınmaz kimi görünən maneələrin aradan qaldırılmasına imkan yaradacaq. Napoleon Hill

H

  • Haqsız vasitələr tələb edən məqsəd haqlı məqsəd deyil. Karl Marks
  • Hər bir işdə məqsəd olmalıdır, məqsəd yoxdursa, heç nə eləmirsən; məqsəd kiçikdirsə, böyük işlər görü bilmirsən. Deni Didro
  • Hər hansı məqsədə çatmaq üçün bir çox arzu və istəklərdən imtina etməlisən. Konfutsi
  • Həyat, eqoist və ya düşüncəsizcə hərəkətlər səbəbiylə yox edilə bilməyəcəyi kimi, daha uca bir dəyər və ya məqsəd üçün də fəda edilə bilməz. Albert Şveytser
  • Həyat elmin qarşısına məqsəd qoyur, elm həyat yolunu işıqlandırır. Nikolay Mixaylovski
  • Həyatda məqsəd - insan ləyaqətinin və insan xoşbəxtliyinin ürəyidir.[2] Konstantin Uşinski
  • Həyatdan zövq almaq üçün qarşıda bir məqsəd olmalıdır. Çarlz Kaleb Kolton
  • Həyatın məqsədi - məqsədli bir həyatdır.. Depak Çopra
  • Həyatın mənasını onun gözəlliyində aramaq və onu daha gözəl məqsədlərə yönəltmək lazımdır.. Maksim Qorki

İ

  • * İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsəd Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır. Heydər Əliyev
  • İnsan özünün bütün qüvvələrini hərəkətə gətirmək üçün qarşısına onu ruhlandırmağa qabil olan nəcib bir məqsəd qoymalıdır.[3] Ernest Renan
  • İnsanın həyatda məqsədi özünə əbədi şöhrət qazanmaqda deyil, ömrün hər bir gününü kiçik bir əbədiyyətə çevirməkdədir.. Andre Morua
  • İnsanlar bilsəydilər ki, bəşəriyyətin məqsədi maddi tərəqqi deyil. Tərəqqi labüd artımdır, məqsəd isə birdir- bütün insanların rifahı. Lev Tolstoy

K

  • Kapitalistin əsas məqsədi çox pul qazanmaq deyil, əsas məqsəd həyatı yaxşılaşdırmaqdır. Henri Ford
  • Komediya çıxartmaqdan əsl məqsəd tərbiyədir. Insan çox vaxt öz zindəganlığında özünün və ya qeyri-şəxsin qüsuratını görmür və yainki hiss etmir. Amma komediya çıxardanda bunların hamısını görüb yaxşını yamandan seçir və mümkün olan qədər çalışır ki, yaman sifətləri özündən rədd etsin. Nəriman Nərimanov

Q

  • Qanunlar iki məqsədə görə tərtib edilir. Birinci məqsəd ondan ibarətdir ki, qanunvericilər onları böyük xalqlar və qaydaya düşmüş ölkələr üçün, ikinci məqsəd isə işləməməyə, avaraçılığa toxunmamaq nöqteyi-nəzərindən tərtib edirlər. Saltıkov-Şedrin
  • Qarşında müəyyən məqsəd olanda məsafəyə fikir vermirsən. Ceyn Ostin
  • Qarşınıza konkret məqsəd qoymamışsınızsa, heç nəyə nail ola bilməyəcəksiniz.. Mişel de Monten

M

  • Məqsəd haqqında nəzəriyyə təbiəti tamamilə təhrif edir. O, səbəbi həqiqətən təşkil edən şeyə hərəkət kimi baxır və əksinə. Daha sonra, o, təbiətcə əvvəl gələni sonrakı, yüksək və mükəmməl olanı isə qeyri-mükəmməl edir. Əslində isə, birbaşa Allah tərəfindən edilən hərəkət ən mükəmməldir və nəyinsə baş verməsi üçün səbəb nə qədər çox olarsa, hərəkət bir o qədər qeyri-mükəmməl olar. Əgər Allah yaratdığı bütün şeyləri öz məqsədinə çatmaq üçün edərsə, o zaman birinci şeylərə görə yaradılan sonuncu şeylər bütün başqa şeyləri üstələyərdi. Daha sonra, bu nəzəriyyə Allahın mükəmməlliyini məhv edir. Çünki, əgər Allah yaratdığını hansısa bir məqsəd üçün edirsə, deməli o, malik olmadığı həmin bu məqsədə can atır. Baxmayraq ki, ilahiyyatçılar və metafiziklər ehtiyacdan doğan məqsədlə bənzətmə məqsədini fərqləndirsələr də, onlar etiraf edirlər ki, Allah hər şeyi şeylərə görə yox, özü üçün yaradıb. Çünki, şeylər yaradılmamışdan qabaq Allahdan başqa heç nəyi ifadə edə bilməzlər. Deməli, onlar razılaşmalıdırlar ki, Allah vasitə hazırlamaq istədiyi şeydən məhrumdur. Benedikt Spinoza
  • Məqsəd tək, ölməmək. Nəcib Fazil Qısakürək
  • Məqsəd vasitəyə haqq qazandırır. Nikkolo Makiavelli
  • Məqsədə çatmaq üçün bir böyük addım atmaqdansa, yüz kiçik addım atmaq yaxşıdır. Helmut Kol
  • Mübarizə bizi məqsədə yaxınlaşdırır və cəmiyyətdə yerimiz olduğunu sübut edir. Ernest Heminquey

R

  • Ruh təbiət qanununa tabe deyildir, çünki insanın göz önündə tutduğu məqsəd sabit deyil hər zaman dəyişir. Alfred Adler

S

  • Sözlər bir adamın zəkasını göstərə bilər, lakin məqsədini göstərən davranışlardır. Bencamin Franklin

T

  • Tarix ruhun zamana görə inkişafıdır, tarixin öz məqsədləri vardır, bu məqsəd-azadlığın inkişafı, vətəndaş cəmiyyətində vətəndaşın azadlığıdır. Hegel
  • Tarixdə heç nə şüursuz şəkildə, arzuolunan məqsəd olmadan baş verməyib. Fridrix Engels

Z

  • Zorakılıq vasitələrinin texniki inkişafı indi o həddə çatıb ki, heç bir siyasi məqsəd bu vasitələrin dağıdıcı potensialına bərabər olmayan və ya bu silahlı münaqişələrdə bu vasitələrdən istifadəni əsaslandıra bilməz. Hanna Arendt

İstinadlar

  1. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005. səh.82
  2. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.68
  3. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.66