Malayal atalar sözləri: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
kRedaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
[[Şəkil:Idioma malayalam.png|thumb|Hindistanın cənubunda Malayal dilli əhalinin yaşadığı region]]
Malayalam (həmçinin malayal dili də adlanır) - əsasən Hindistanın Kerala ştatında danışılan dil. Hindistanın 22 rəsmi dillərindən biridir. Kerala əyaləti və Lakşadvip və Pondiçerri birlik torpağlarında rəsmi dildir. Dravid dillərinə aiddir. 35 milyon nəfər bu dildə danışır.
Malayalam (həmçinin malayal dili də adlanır) - əsasən Hindistanın Kerala ştatında danışılan dil. Hindistanın 22 rəsmi dillərindən biridir. Kerala əyaləti və Lakşadvip və Pondiçerri birlik torpağlarında rəsmi dildir. Dravid dillərinə aiddir. 35 milyon nəfər bu dildə danışır.
{{ABC}}
{{ABC}}

04:01, 21 oktyabr 2021 tarixindəki versiya

Hindistanın cənubunda Malayal dilli əhalinin yaşadığı region

Malayalam (həmçinin malayal dili də adlanır) - əsasən Hindistanın Kerala ştatında danışılan dil. Hindistanın 22 rəsmi dillərindən biridir. Kerala əyaləti və Lakşadvip və Pondiçerri birlik torpağlarında rəsmi dildir. Dravid dillərinə aiddir. 35 milyon nəfər bu dildə danışır.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Adam acıqlananda quyuya atıla bilər, ancaq yeddi qat artıq acıq oradan çıxmağa kömək edə bilməz.
  • Ağac onu kəsən adama da kölgə salar.
  • Ağıl varsa, yol da var.
  • Alim hər yerdə alimdir, kral isə ancaq öz krallığında kraldır.
  • Anasına qulaq asmayan, vətənini də eşitməz.
  • Ancaq yeriyə bilən ayaqlar büdrəyər.

B

  • Balaca ilanı da böyük ağacla vur.
  • Balıqların balacası böyüyünə yem olur.
  • Başmağın qədri istidə bilinər, odun qədri soyuqda.
  • Bəxtəvərlik gələndə dörd tərəfdən gələr.
  • Bərkə düşəndə bəbir də ot otlayar.

Ç

  • Çetti koru aldatsa, allah da Çettini aldadar. (Çetti - Cənubi Hindistanda tacir və sələmçi təbəqəsidir).
  • Çıraq özününkü də olsa, öpəndə dilin-ağzın yanacaq.
  • Çox tanınan adamın baş ağrıları da çox olar.

D

  • Dağ öz çəkisini bilirmi?
  • Dazlıq ilə paxıllığın dərmanı yoxdur.
  • Deməmiş gələn, yeməmiş gedər.
  • Divarın da qulağı var.
  • Dostunun altı dəfə çağırmağındansa, özünün bir dəfə çağırmağına daha çox gələn olar.
  • Durub nöqsandan danışacaqsan - dostun azalacaq.

E

  • Elə ilan yoxdur ki, toxunanda çalmasın.
  • Elə ki, kəl başını qaldırıb baxdı göyə - ağac axtar ki, arxasında gizlənəsən.

Ə

  • Əgər dörd adam deyirsə, torpaq da gərək tabe olsun.
  • Əgər ölübsə, nə fərqi var: üzü qibləyədir, ya tərsinə.
  • Əqrəbi xilas edərsən, qayıdıb səni çalar.
  • Əvvəlcə düyünü fikirləş, sonra da qalan şeyləri.
  • Əyrinin kölgəsi də əyri olar.

H

  • Heç danışmazsan - olarsan lal.
  • Hər zirvənin öz dərəsi var.
  • Hətta da fil də büdrəyər.
  • Həyasızlığın cavabı çomaqdır.

İ

  • İçərsən - sözün düzünü deyərsən.
  • İlanın yuvasını qazsan, zəhərsiz ilan da olsa çalar.

K

  • Kora da yatmaq gərəkdir.

Q

  • Qarğanın mininə də bir daş bəsdir.
  • Qarnı tox olanın qulağı eşitməz.
  • Qiymətli daşı zibil içində gizləyərlər.

M

  • Min adamın gözünü korlayandan sonra göz həkimi oldu.

O

  • Oğrunu tutmadınsa, kim tutuldu - onu as.
  • Oğruya inan, boyu çıxmayana inanma.

Ö

  • Ölçü özü-özünü ölçməz.
  • Ölmək istəmirdin - doğulmayaydın.
  • Öz kölgən həmişə öz dalınca gələr.

P

  • Pulsuz adam ətirsiz gül kimidir.

S

  • Sakitlik olmayan yerdə kəl də qalmaz.
  • Sənə baxmayan krala salam verə bilərsənmi?
  • Siçovulu öldürmək üçün evə od vurdular.

Ş

  • Şirin söz baş gicəldər.

T

  • Təbilə şapalaq qalar, marara - pul. ("Marar" - ibadətxana təbilçilərinə deyilir.)
  • Timsah səni tutsa, sən timsahı oxşa.

U

  • Uzaqdakı dostdan, yaxındakı düşmən yaxşıdır.

Ü

  • Üzüyün kiçik olmasına görə barmağını kəsən olubmu?

Y

  • Yağış kəsəndən sonra da ağaclardan damcılayar.
  • Yavaş-yavaş yesən, tikanı da yemək olar.
  • Yeməyə öyrəşən ağızla, döyməyə öyrəşən əl heç vaxt sakit olmaz.
  • Yıxılmış ağaca çıxmaq asandır.

Mənbə

  • Dünya xalqlarının atalar sözləri. Bakı, 2015