Eşşək: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 27: | Sətir 27: | ||
* Eşşək palçığa bir dəfə batar. [[Azərbaycan atalar sözləri/E]] |
* Eşşək palçığa bir dəfə batar. [[Azərbaycan atalar sözləri/E]] |
||
* Eşşək tozda ağnayanda həvəsi gələr. [[Azərbaycan atalar sözləri/E]] |
* Eşşək tozda ağnayanda həvəsi gələr. [[Azərbaycan atalar sözləri/E]] |
||
* Eşşək üstə qəmə bağlayana gülərlər. [[Azərbaycan atalar sözləri/E]] |
|||
* Eşşəkdən qurban olmaz, amma dəyərində puldan qurbanlıq olar. [[Kürd atalar sözləri]] |
* Eşşəkdən qurban olmaz, amma dəyərində puldan qurbanlıq olar. [[Kürd atalar sözləri]] |
||
* Eşşəkdən yıxılmaqdansa, atdan yıxılmaq yaxşıdır. [[Gürcü atalar sözləri]] |
* Eşşəkdən yıxılmaqdansa, atdan yıxılmaq yaxşıdır. [[Gürcü atalar sözləri]] |
14:11, 6 noyabr 2021 tarixindəki versiya
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
- Aciz eşşəyə hər kəs minər. Ləzgi atalar sözləri
- Arifə bir söz bəsdir, eşşəyə bir əsa. Ləzgi atalar sözləri
- At qovulmaz, eşşək gəlib ötməsə. Lak atalar sözləri
- At olmayan yerdə eşşək də atdır. Azərbaycan atalar sözləri/A
- At pambıq, eşşək daş üstə salar. (Asp eğandə pambəsə, hə eğandə zambəsə.) Talış atalar sözləri
- Aydınlıq olmayınca kişinin mindiyi atmıdır, eşşəkmidir, bilinməz. Azərbaycan atalar sözləri
C
- Canı ağrıyan eşşək, atdan yeyin gedər. Azərbaycan atalar sözləri/C
E
- Eşq hətta eşşəyi rəqs etdirər. Fransız atalar sözləri
- Eşşək aldım, qatır çıxdı. Azərbaycan atalar sözləri/E
- Eşşək anqıranda itin başı ağrıyar. Azərbaycan atalar sözləri/E
- Eşşək batdağa bir dəfə batar. Azərbaycan atalar sözləri/E
- Eşşək eşşəyə uzunqulaq deyər. Azərbaycan atalar sözləri/E
- Eşşək eşşəyi borc qaşıyar. Azərbaycan atalar sözləri/E
- Eşşək hələ o eşşəkdi, palanı dəyişsə də. Azərbaycan atalar sözləri/E
- Eşşək işləyər, at yeyər. Azərbaycan atalar sözləri/Ehtiyat və sayıqlıq
- Eşşək qazanar, at yeyər. Azərbaycan atalar sözləri/E
- Eşşək qocalmaqla tövləbaşı olmaz. Azərbaycan atalar sözləri/E
- Eşşək Məkkəyə getməklə Hacı olmaz. [1]Azərbaycan atalar sözləri/E
- Eşşək nə bilir ki, zəfəran nədir? Azərbaycan atalar sözləri/E
- Eşşək olasan, çulun məxmər? Azərbaycan atalar sözləri/E
- Eşşək olasan, tükün bu narınlığında! Azərbaycan atalar sözləri/E
- Eşşək palçığa bir dəfə batar. Azərbaycan atalar sözləri/E
- Eşşək tozda ağnayanda həvəsi gələr. Azərbaycan atalar sözləri/E
- Eşşək üstə qəmə bağlayana gülərlər. Azərbaycan atalar sözləri/E
- Eşşəkdən qurban olmaz, amma dəyərində puldan qurbanlıq olar. Kürd atalar sözləri
- Eşşəkdən yıxılmaqdansa, atdan yıxılmaq yaxşıdır. Gürcü atalar sözləri
- Eşşəyin qulağını mişar ilə kəsirmişlər, bu nə səsdi deyirmiş. Gürcü atalar sözləri
- Eşşəyin qızıldan olsa da yükü,
Yenə də eşşəkdir parıldar tükü. Nizami Gəncəvi
H
- Hökmdar bir keyfiyyəti şirdən və durnadan, dörd keyfiyyəti xoruzdan, beşini qarğadan, altısını itdən və üçünü isə eşşəkdən almalıdır. O, şirdən böyük və kiçik olmasından asılı olmayan ən müxtəlif məsələləri həll etməyə daima hazır olmağı öyrənməlidir. O, durnadan hisslərini idarə etməyi, qoyulan məsələni həll etmək üçün düzgün yer və vaxt seçməyi öyrənməlidir. O, xoruzdan dörd şeyi öyrənməlidir: vaxtında durmağı, döyüş ruhuna malik olmağı, müttəfiqlər və tabeliyində olanlar arasında məsuliyyəti müəyyən etməyi və döyüşdən sonra həzz almağı. O, qarğadan beş şeyi mənimsəməlidir: başqalarından gizli intim münasibətdə olmağı, gizli hərəkətləri necə etməyi, düşməni necə gözləməyi və zərərsizləşdirməyi, soyuqqanlı olmağı və hər şeyə qarşı inamsızlığı. İtin insana da xas olan altı üstünlüyü var: daha çoxa malik olma arzusu, aza qane olma bacarığı, dərin yuxu, asan oyanma, yiyəsinə sadiqlik və cəsarət. O, eşşəkdən üç şeyi öyrənməlidir: ağırlığından asılı olmayaraq yük daşımağı, istiyə və soyuğa dözməyi, həmçinin yolun nə qədər uzun və yorucu olmasından asılı olmayaraq razı qalmağı. Bütün bu iyirmi keyfiyyəti özündə cəm edə bilən uzaqgörən insan bütün düşmənlərini məğlub edəcək, özü isə məğlub olmayacaq. Çanakya
Q
- Qara eşşək başına üyən ursan, qatır olmaz. Kitabi Dədə Qorqud
Ö
- Ölmə eşşəyim, ölmə, yaz gələr yonca bitər. Azərbaycan atalar sözləri
S
- Sahibi çox olan eşşəyi sonda qurdlar yeyər. İspan atalar sözləri
T
- Tərk edənin getdiyi yerdə axtardığını tapa bilmiyəndə dönüb "darıxdım" deməyi, darıxdığından deyil, eşşək kimi peşman olduğundandır. Əziz Nesin
V
- Varlının eşşəyi də yeyin gedər. Azərbaycan atalar sözləri/V
İstinadlar
- ↑ Atalar sözü və məsəllər:/B.Tahirbəyovun redaktəsi ilə.Bakı: Azərnəşr, 1971,151.səh.100.