Məhəmməd Füzuli: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 21: Sətir 21:


== G ==
== G ==
* Gər çox istərsən, Füzuli, izzətin, az et sözü,
* Gər çox istərsən, Füzuli, izzətin, az et sözü, <br>Kim çox olmaqdan qılıbdır çox əzizi xar söz.
* Gər dersə Füzuli ki, “gözəllərdə vəfa var”, <br>Aldanma ki, şair sözü, əlbəttə, yalandır.
Kim çox olmaqdan qılıbdır çox əzizi xar söz.


== H ==
== H ==

16:38, 10 dekabr 2021 versiyası

Fizulinin divanı (Azərbaycan dilində) - 1915-ci il nəşri. Azərbaycan tarixi muzeyi. (Bakı)

Məhəmməd Füzuli - (əsl adı: Məhəmməd ibn (oğlu) Süleyman; 1494, Kərbəla – 1556, Kərbəla) — orta əsr Azərbaycan şairi, mütəfəkkir və filosof, Azərbaycan ədəbiyyatı tarixində divan janrının ən məşhur və görkəmli nümayəndələrindən biri. Bir çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Mənbələrdə digər adı Molla Məhəmməd Bağdadidir. Ancaq şairin Bağdadda deyil, onun yaxınlığındakı məşhur Kərbəla şəhərində doğulduğu məlumdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Məhəmməd Füzuli Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.[1]



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Açılmamaış dəfinədir hər bir canın xəzinəsi,

İnci saçan dilindədir, hər insanın xəzinəsi.

B

  • Biz bir ruhuq iki bədəndə.

E

  • Elmsiz şeir təməli olmayan divara bənzər və təməli olmayan divar da tez yıxılar.
  • Eşq aşiqlər üçün həqiqət yolunu işıqlandırır.
  • Ey Füzulu, mən qənaət mülkünün sultanıyam,
    Səltənət isbatı əynimdə palasi-fəqir bəs.

D

  • Dil gülünc etməsin deyə insanı,

İnsan ağzı oımuş dilin zindanı.

  • Dünya hər kəsin öz malını satdığı bir bazardır.

G

  • Gər çox istərsən, Füzuli, izzətin, az et sözü,
    Kim çox olmaqdan qılıbdır çox əzizi xar söz.
  • Gər dersə Füzuli ki, “gözəllərdə vəfa var”,
    Aldanma ki, şair sözü, əlbəttə, yalandır.

H

  • Hakim oldur ki, onun olmaya felində riya.
  • Hər kəs ki lovğadır, onda olmaz hünərdən əsər.

İ

  • İlahi feyzdən bir xəzinədir söz.

Q

  • Qənaət sahibi olmayan acgözlər bir tikə çörək üçün dövlətlilərin qapılarındakı köpəklərlə boğuşmalıdır.

S

  • Söz mənadan asılıdır, məna sözdən hər zaman,

Bir - birindən asılıdır, necə ki cism ilə can.

  • Söz sərrafı heç bilirsən nə biliklə ucalıbdır,

Davud gözəl səsi ilə deyil, nəbiliklə ucalıbdır.

  • Söz ucaldıb, söz yüksəldib səcdəsində duranı da,

Əzəl sirrin hökmünü də, alqışı da, Quranı da.

  • Sözün, şeirin qiyməti onun düzlüyündədir.

Y

  • Yalan ilə qurulan yuvanın səadəti də yalandır.[2]

Mənbə

  • Ağıla və qəlbə işöq saçan sözlər. Bakı,2014

İstinadlar

  1. """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin siyahısı"nın təsdiq edilməsi haqqında" [[Azərbaycan Respublikası Nazirlər Kabineti]]nin [[7 may]] [[2019-cu il]] tarixli, 211 nömrəli Qərarı" (azərb.). nk.gov.az. 2019-05-11. İstifadə tarixi: 2019-05-13.
  2. Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,