Nağıl: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 45: Sətir 45:
* Nağıllar reallıqdan daha üstündür - ona görə yox ki, onlar bizə əjdahaların mövcudluğunu deyir, ona görə ki, əjdahaları məğlub etməyin mümkün olduğunu göstərir. [[Nil Qeyman]]
* Nağıllar reallıqdan daha üstündür - ona görə yox ki, onlar bizə əjdahaların mövcudluğunu deyir, ona görə ki, əjdahaları məğlub etməyin mümkün olduğunu göstərir. [[Nil Qeyman]]
* Nağıllar uşaqlara əjdahaların mövcud olduğunu öyrətmir. Uşaqlar əjdahaların mövcud olduğunu artıq bilirlər. Nağıllar əjdahaların öldürülə biləcəyini öyrədir. [[Gilbert Çesterton]]
* Nağıllar uşaqlara əjdahaların mövcud olduğunu öyrətmir. Uşaqlar əjdahaların mövcud olduğunu artıq bilirlər. Nağıllar əjdahaların öldürülə biləcəyini öyrədir. [[Gilbert Çesterton]]
* Nağıllar yazmağa çalışdım, amma heç nə alınmadı. Onlardan birini oğullarıma göstərdim, onlar “Ata, səncə, uşaqlar tamamilə axmaqdır?” sözləri ilə qaytardılar. [[Qabriel Qarsiya Markes]]


== P ==
== P ==

16:08, 26 dekabr 2021 versiyası



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Ağlımızın günahı ucbatından biz duyğu orqanlarımızın bizə təlqin etdiklərini təhrif edirik. Nə qədər ki, hisslərimiz təkamülü, dünyanın gərdişini, baş verən dəyişmələri göstərir, bizi aldatmır… Lakin Heroklit bu fikrində həmişə haqlıdır və dünya durduqca da haqlı olacaqdır ki, gerçəklik yalnız bir fiksiyadır. “Xəyali” dünya yeganə dünyadır: “gerçək” dünya isə nağıldan başqa bir şey deyildir. Fridrix Nitsşe
  • Anarxizm romantik bir nağıl deyil, həyatımızın idarə olunmasını krallara, kahinlərə, siyasətçilərə, generallara və bölgə komissarlarına həvalə edə bilməyəcəyimizi göstərən beş min illik təcrübəyə əsaslanan həssas bir gerçəkləşmədir. Edvard Abi

B

D

  • Dünən mütləq doğru deyə israr etdiyiniz nə qədər çox şeyi bu gün nağıl deyə anladırsınız. Roye Montenye
  • Dünya başdan-başa əsli olmayan bir nağıldan başqa bir şey deyildir. Əbülqasım Firdovsi
  • Dünyada ərəblər kimi gözəl nağıl uyduran, farslar kimi bu nağılı gözəl danışan və türklər kimi bu nağıla inanan ikinci bir millət yoxdur. Mirzə Fətəli Axundov
  • Dünyada sevgidən dərin heç nə yoxdur. Ancaq nağıllarda şahzadə qurbağanı öpür və o, gözəl oğlana çevrilir. Həyatda hər şey əksinədir. Şahzadə qız şahzadə oğlanı öpür və o, iyrənc qurbağaya çevrilir. Paulo Koelyo

E

Ə

  • Əfsanəsiz xalq, əsatirsiz ölkə yoxdur: köçərilərdə onlar şifahi nağıl və hekayətlər şəklində nəsildən-nəslə ötürülür; yarımmədənilər üçün bu əfsanə və əsatirlər onların inamının əsası, onların yazılarının, ədəbiyyat və tarixlərinin əsas məzmunudur; mədəni xalqlarüçün isə onlar təxəyyülü qidalandırmaq üçün ən gözəl qida, mənəvi sərvətdir. Mirzə Kazım bəy
  • Əsarətçilərin yad dili yerli xalqa rəsmi olaraq yeritməsi mümkündür, hətta öa ana dilində danışan əhalinin tərkibi nə qədər qarışıq olsa belə, mümkündür. Məsələn, Rusiya imperiyasında rus dilinin, Hindistanda ingilis dilinin, Əlcəzairdə fransız dilinin, İranda fars dilinin rəsmi olaraq xalqa qəbul etdirilməsi kimi. Məcbur edilir ki, bu pərçim olunmuş dildən iclaslarda və mediada, kitab səhifələrində, tədris vəsaitlərində istifadə edilsin. Ancaq xalqın dilinə atalar sözlərini və zərb-məsəlləri, laylaları və ağıları, mərasim və sevgi mahnılarını, nağıl və əfsanələri, bütöv bir epik düzümü zorla necə qəbul etdirmək olar? Onlar əbədidir, əzəlidir və heç bir xalq digər xalqa ana dilinin folklor ahəngini zorla qəbul etdirə bilməz. Anar

G

H

  • Halbuki mən bir nağılı olan adamdım. Əhməd Hamdi Tanpınar
  • Heç eşitmisinizmi ki, kişi öz məşuqəsinə 1001 gecəlik nağıl danışsın? Xeyr. Yalnız qadınlar kişilərə 1001 gecəlik nağıl danışa bilər. Corc Bernard Şou
  • Həyat bir nağıla bənzər, uzunluğu yox, yaxşı olub-olmaması mühümdür. Seneka

X

  • Xoşbəxtlik, qapıları əjdahalar tərəfindən qorunan nağıl sarayları kimidir. Onlara sahib olmaq üçün mübarizə aparmaq lazımdır. Aleksandr Düma (ata)

K

Q

  • Qəribəliklər maraqlı olur: bunu nə isə nağıl edənlərin xoş olsun deyə birinin üstünə beşini qoymasından görmək olar. Aristotel
  • Qonağa nağıl yedirtməzlər. Osetin atalar sözləri

L

  • Laboratoriyasındakı alim təkcə texnik deyil, həm də sanki nağıl kimi təsirləndirən təbiət hadisələri ilə qarşılaşan bir uşaqdır. Mariya Küri

M

  • Mənim bu günə qədər nail olduqlarım əsl nağıldır. Allahdan və insanlardan bundan daha artığını istəməyə cürətim çatmaz. Andrea Boçelli

N

  • Nağıl dili yüyrək olar. Azərbaycan atalar sözləri/N
  • Nağıllar reallıqdan daha üstündür - ona görə yox ki, onlar bizə əjdahaların mövcudluğunu deyir, ona görə ki, əjdahaları məğlub etməyin mümkün olduğunu göstərir. Nil Qeyman
  • Nağıllar uşaqlara əjdahaların mövcud olduğunu öyrətmir. Uşaqlar əjdahaların mövcud olduğunu artıq bilirlər. Nağıllar əjdahaların öldürülə biləcəyini öyrədir. Gilbert Çesterton
  • Nağıllar yazmağa çalışdım, amma heç nə alınmadı. Onlardan birini oğullarıma göstərdim, onlar “Ata, səncə, uşaqlar tamamilə axmaqdır?” sözləri ilə qaytardılar. Qabriel Qarsiya Markes

P

S

  • Sevib də yanmaqdan qorxan insanın, nağıl danışmaqdır peşəsi. Ömər Xəyyam
  • Sosializmin həm də kapitalist mürtəceliyi ortasında heç kimin bir şeylərini fəda etmədən qurulacağını düşünmək bir nağıldır. Ernesto Çe Gevara
  • Sözü yadında saxlayan ağıllı, nağılı yadından saxlayan isə müdrik olur. Monqol atalar sözləri

T

U

  • Uşaqlarla oynamağı və söhbət etməyi sevirəm... onlara yemək vermək və nağıl danışıb yatızdırmaq...ailədən uzaq olmaq mənim həyatımın acısıdır.. həyat. Mən evdə istirahət emtəyi, sakit oxumağı, dibçəklərdən gələn gözəl ətirləri qoxmağı, ailəmlə bir masada əyləşmək və yoldaşımla uşaqları gəzdirməyi çox sevirəm. Belə sadə şeylərdən zövq ala bilmirsinizsə sizin həyatınız dəyəri əlinizdən alınıb və siz bunu gündəlik işinizdə hiss edirsiniz. Nelson Mandela

İstinadlar