Corc Vaşinqton: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 64: Sətir 64:
== T ==
== T ==
* Tanrı və Onun xassələri haqqında danışanda bunu ciddiliklə və ehtiramla et.
* Tanrı və Onun xassələri haqqında danışanda bunu ciddiliklə və ehtiramla et.
* Tələlərdən qaçmaq istəyən kapitan onların harada olduğunu bilməlidir.


== Ü ==
== Ü ==

02:17, 21 fevral 2022 tarixindəki versiya

Corc Vaşinqton

Corc Vaşinqton (ing. George Washington) - (1732–1799) – Amerikanın siyasi xadimi, ümumxalq tərəfindən seçilmiş ABŞ-ın ilk prezidenti (1789–1797) , “banilər atasından” biri, ABŞ-ın müstəqilliyi uğrunda gedən müharibədə kolonistlər ordusunun baş komandanı (1775–1783)



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Ayaq üstdə ölmək, dizi üstdə yaşamaqdan daha yaxşıdır.
  • Az adamın ən yaxşı müştəriyə tab gətirmə comərdliyi var.
  • Azadlıq kök atdıqca tez böyüyər.
  • Azadlıq uğrunda vuruşanda diqqətli olmalı və başqalarının vicdan azadlığını pozmamalı və həmişə yadda saxlamalıyıq ki, insan ürəklərinin hakimi Allahdır.

B

  • Başqa millətə nifrətlə və ya xeyirxah hisslərlə yanaşan millət müəyyən mənada kölədir. Bu cür millət öz düşmənçiliyinin, yaxud xeyirxah hisslərinin əsiridir. Milləti öz vəzifəsindən və maraqlarından uzaqlaşdırmaq üçün bu hisslərin biri də kifayətdir.
  • Bəzən mülayimlik ciddi ölçülərdən daha güclü təsir edir. Ona görə də mənim ən birinci arzum davranışımda bu mülayimliyə malik olmaqdır.
  • Bir halda ki, qılınc bizim azadlıqlarımızı təmin edən son vasitədir, azadlığımız möhkəm təmin edilən kimi, ilk olaraq onu yerə qoymaq lazımdır.
  • Böhtançıya verilə bilən ən gözəl cavab həqarətlə susmaqdır.

C

  • Ciddi məsələlərə heç zaman rişxənd etməyin.

Ç

  • Çalış ki, ruhunda səma atəşinin vicdan adlanan kiçik qığılcımları sönməsin.

D

  • Dostluq gec bitən bitkidir. O, öz adına layiq olmamışdan əvvəl talenin sınaqlarından keçməli və onun dönüklüyünə dözməlidir.
  • Dostluq ömrün sonunadək boy atan bir ağacdır.

Ə

  • Əgər düşmənə məlum olmayan gizli mənbələrimiz olarsa, bu mənbələr vətəndaşlarımızın sarsılmaz qətiyyətindən, bizim haqlı olmağımızdan və Allahın bizi tərk etməyəcəyinə dair əminliyimizdən ibarət olmalıdır.
  • Əgər öz ad-sanına hörmət edirsənsə yaxşı keyfiyyətli adamla otur-dur çünki, tək olmaq pis dostluqdan yaxşıdır.
  • Əgər sən öz adını-sanını qiymətləndirirsənsə, həyatını yaxşı insanlarla bağla.
  • Əldə etmək asan, əldə etdiyini qorumaq isə çətindir.

F

  • Fərarilik etsə onu ölüm gözləyəcəyini bilən qorxaq döyüşə cürətlə atılacaq.

H

  • Hamı ilə mehriban ol, bəzilərinə isə yaxınlaşma. Bu bəzilərini yaxşı yoxla, sonra onlara etibar et.
  • Heç vaxt ciddi şeyləri ələ salma.
  • Hərbi xidmət üçün intizamsızlıqdan pis şey yoxdur; çünki bir ordunun digəri üzərində üstünlüyünü silah-sürsatın və şəxsi heyətin sayından çox intizam verir. [1]

X

  • Xalqın əhval-ruhiyyəsi ilə həmişə heablaşmaq lazımdır. Bu, mənəvi ruhumuzun və özünü qurban verməyə hazır olmağımızın məcburiyyəti əhəmiyyətli dərəcədə dəyşə biləcək müharibəmizdə xüsusilə düzgündür.

İ

  • İnsan uğur qazana bilməsə də, uğur üçün əlindən gələni edibsə, heç vaxt onu qınamaq fikrinə düşməyin.
  • İnsanlar haqsız təyin edilmiş müdirə çox həvəssiz tabe olurlar.
  • İnsanlar məcburiyyət qarşısında qalanda onların xeyirləri üçün düşünülmüş tədbirləri qəbul etməyəcək və yerinə yetirməyəcəklər.

K

  • Keçmişə yalnız keçmiş səhvlərdən faydalı nəticələr çıxarmaq və çox əziyyətlə əldə edilmiş təcrübədən istifadə etmək üçün nəzər salmaq lazımdır.

M

  • Mən tamamilə əminəm ki, heç kim həyatda xeyirin və şərin asılı olduğu azadlığın qiymətsiz hədiyyəsinin müdafiəsi üçün silaha sarılmaqda tərəddüd etməməlidir. Amma, bunu da cürət edib bildirirəm ki, silah ən son vasitədir.

N

  • Nə olursa olsun, masa arxasında hirslənmə. Əgər hirslənmək üçün bir əsas olsa belə, hirsini büruzə vermə.
  • Nizam-intizam ordunun ruhudur. O, kiçik bir ordunu əzəmətli bir gücə çevirir, zəiflərə uğur, hamıya hörmət gətirir.

O

  • Olmayanlar barəsində pis danışma. Çünki, bu şərəfsizlikdir.

P

  • Parlamentin əlini mənim cibimə salmaq hüququ mənim onun cibinə girmək hüququmdan çox deyil.

S

  • Suyun altındakı daşlardan qaçmaq istəyən kapitan onların harada olduğunu bilməlidir.
  • Sülhü saxlamağın ən effektli vasitəsi müharibəyə hazırlıqdır.

T

  • Tanrı və Onun xassələri haqqında danışanda bunu ciddiliklə və ehtiramla et.
  • Tələlərdən qaçmaq istəyən kapitan onların harada olduğunu bilməlidir.

Ü

  • Ümid edirəm ki, mən hesab etdiyim bütün titullardan ən qibtə ediləni olan səmimi adam xarakterini qoruyub saxlamaqda sarsılmazlıq və kifayət qədər comərdlik əldə edəcəyəm.

V

  • Vətənpərvər orduda və azad ölkədə şöhrətə yol hamı üçün açıqdır.
  • Vicdan güzgü kimidir ı heç vaxt aldatmır.

Y

  • Yaxşı, mən çətin ölürəm, amma mən ölməkdən qorxmuram.

İstinadlar

Wikipedia logo
Wikipedia logo
Corc Vaşinqton haqqında Vikipediyada məqalə var.
  1. Brayan Treysi. Bəhanələrə yox! daxili intizamın gücü. Bakı, 2013.səh.137